Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1258/2023 30.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakları ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı notariat ofisi qeyd edilməklə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı notariat ofisi qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X1 adına olan əmlakın onun adına vərəsəlik işinin açılması, vərəsə kimi tanınmağı vəzifəsinin Bakı şəhəri 17 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 ilə xx.xx.1998-ci il tarixdə rəsmi nikah qeydiyyatına daxil olmaqla, ailə qurmuşlar. Birgə nikahdan bir övladları xx.xx.1999-cu il təvəllüdlü X5 anadan olmuşdur. X4 xx.xx.2013-cü il tarixdə ürək qan damar çatışmamazlığından vəfat etmişdir. Hazırda qızı X5 mərhum həyat yoldaşı X2 məxsus olan əmlakın onun adına keçməsinə etiraz etmir. Onun adına vərəsəlik işi açılması üçün Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə 17 saylı notariat ofisininı notariusu müraciətinə cavab olaraq bildirmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunvericiliyin tələblərinə əsasən müddətin buraxılması izah edilmişdir. Belə ki, notariat hərəkətinin aparılmasından imtina edilməsi barədə qərar çıxarılmışdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında qeyd etdi ki, o, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, 4042-60 məhəllə, ev 2, mənzil 56 ünvanında qeydiyyatdadır və hazırda da həmin ünvanda yaşayır. Ərizəçi işin aidiyyəti üzrə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilməsinə etirazının olmadığnı bildirdi. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyətı üzrə Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 44.2 və 44.2.2-ci maddələrinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında ərizələrə ərizəçinin yaşadığı yer üzrə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyətı üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 31, 44, 45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı notariat ofisi qeyd edilməklə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyətı üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1258/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1258/2023
30.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver