Məhkəmə qərarları › İş №2(008)-1265/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1265/2023

24.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1265/2023 24.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti MKTD-nın Sanitariya və Texniki Təmizlik İdarəsinin nümayəndəsi X4, Mübahisə predmenti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti MKTD-nın Sanitariya və Texniki Təmizlik İdarəsinə qarşı mübahisə predmenti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu olmaqla “sosial müdafiə fonduna köçürülməmiş məbləğin köçürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti MKTD-nın Sanitariya və Texniki Təmizlik İdarəsinə qarşı mübahisə predmenti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu olmaqla “sosial müdafiə fonduna köçürülməmiş məbləğin köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona görə 2007-2013-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsində işlədiyi dövrdə ödənilməmiş 8643 manat 73 qəpik məbləği, məcburi Dövlət Sığorta Haqqını həmin müəssisədən tutularaq Dövlət Sosial Müdafiə Fonduna köçürülməsi öhdəliyini, cavabdeh Mənzil Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsində sahə rəizi vəzifəsində işləmişdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” sistemində 2007-2013-cü illər üçün tədbiq edilmiş məcburi dövlət sosial sığorta haqları idarə tərəfindən tam ödənilmədiyindən, sözügedən illər üzrə fərdi şəxsi hesabımda hesablanmış və ödənilmiş məcburi dövlət sığorta haqları arasında fərqin yarandığı müəyyən edilmişdir. Daha sonra o həmin məsələ ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də 10 iyun 2022-ci il tarixli **********7 saylı məktuba imtina almışdır. İdarə imtina məktubunda bildirmişdir ki, “Sosial Sığorta Haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. “Sosial Sığorta Haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş dəyişikliyə görə sığorta haqqının qaytarılması vəzifəsi İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Halbuki, Vergi Xidmətinə müraciət edərkən, ona bildirilib ki, həmin səlahiyyət 2019-cu ildən onlara verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər İcra Hakimiyyəti MKTD-nın Sanitariya və Texniki Təmizlik İdarəsinin nümayəndəsi X6 iddia tələbinin əsasız olduğunu qeyd edərək, məhkəməyə təqdim etdikləri etiraz ərizəsini müdafiə edərək bildirmişdir ki, İddiaçı cavabdeh Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinə qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, işlədiyi 2007-2013-cü illər dövründə ödənilməmiş 8643 manat 73 qəpik məcburi dövlət sosial sığorta məbləğinin Dövlət Sosial Müdafiə Fonduna köçürülməsi tələbini qoymuşdur. İddiaçının iddia ərizəsini və ona əlavə edilmiş sənədlərə əsaslanaraq , cavabdeh olaraq iddianı etiraf etmirlər və hesab edirlər ki, iddia aidiyyatı üzrə verilməmiş, məhkəmə tərəfindən təmin edilməməlidir. Bildirirlər ki, həqiqətən İddiaçı Ağahüseyn oğlu Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin İxtisaslaşdırılmış Sanitariya- Təmizlik və Kommunal Xidmətlər İdarəsində 2007-2013-cü illərdə fəaliyyət göstərmişdir. Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentin xx.xx.2013-cü il tarixli 13/3 №- li sərəncamına əsasən, idarənin təsərrüfat hesablı sahəsi (məişət tullantılarının daşınması və zərərsizləşdirilməyə təhvil verilməsi) işçiləri və texnikası ilə, o cümlədən İddiaçı yeni yaradılmış "xxxx" MMC-yə verilmişdir. Həmin tarixdən İddiaçı şəxsi sənədləri, əmək kitabçası və digər mühasibat sənədləri köçürülmə yolu ilə "xxxx" MMC-yə təhvil verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 24 oktyabr 2014-cü il tarixli, 313 №-li sərəncamı ilə “Sanitariya Xidməti, sahibsiz heyvanlara qarşı mübarizə İdarəsi”nin Nizamnaməsinə edilən dəyişikliklər təsdiq edilmiş və “Sanitariya və Texniki Təmizlik İdarəsi” müəyyən edilmişdir və hal- hazırda bu ad altında fəaliyyət göstərir. Sanitariya və Texniki Təmizlik İdarəsi dövlət büdcəsindən maliyyələşir və yuxarı təşkilat tərəfindən təsdiq edilmiş maliyyə-büdcə smetası əsasında ciddi qaydada maliyyə məsrəflərinə əməl edilməsi tələb olunur. Müəssisənin büdcə smetasında İxtisaslaşdırılmış Sanitariya və Texniki Təmizlik İdarəsinin keçmiş borc məbləğlərinin ödənilməsi nəzərdə tutulmamış, eyni zamanda maliyyə imkanı verilməmişdir. Hesab edir ki, iddiaçı cavabdehi düzgün müəyyən etməmiş, tələbini başqa, əsl cavabdehə yönəltməlidir. Əlavə olaraq bildirmişdir ki, işçilərdən məcburi dövlət sosial haqlarının tutularaq ödənilməsi, hesabatının verilməsi qaydasında yeniliklər edilmişdir. Ona görə, işçinin uzun müddət əvvəl yaranmış sığorta haqlarının ödənilməsi müəssisənin imkanları xaricindədir. Məhkəmənin vermiş olduğu suala cavab olaraq bildirmişdir ki, iddiaçının işlədiyi dövürdə onun əmək haqqından olaraq sosial siğorta haqları tam şəkildə tutulsada, tam şəkildə Sosial Müdafiə fonduna ödənilməmişdir, lakin hazırda müəsisənin həmin ödənişləri ödmək kimi bir öhdəliyi olmadığından iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmenti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 iddia tələbinin təmin və ya rədd edilməsinə etiraz etmədiyini bildirmişlərdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022ci il tarixli məktubundan görünür ki, X1 və Kammunal Xidmətər İdarəsinin Sanitariya Təmizlik Xidməti sahəsi xx.xx.2013-cü il tarixdə X3 Departamentinin 13/03 saylı xx.xx.2013-cü il tarixli sərəncamına və X1 və Kommunal Xidmətlər İdarəsinin 04 saylı xx.xx.2013-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinin tələblərinə uyğun olaraq Kommunal Xidmətlər Müəssisəsi MMC-yə köçürülmə yolu ilə köçürülmüşdür və Sanitariya Təmizlik Xidməti sahəsində çalışan bütün işçilərin sənədləri aktlaşdırılaraq Kommunal Xidmətlər Müəssisəsi MMC-yə təhvil verilmişdir. Halhazırda Sanitariya Təmizlik və Texniki Təmizlik İdarəsi büdcə təşkilatı olduğundan Dövlət Sosial Siğorta Fondunun məcburi dövlət siğorta haqları üzrə ötən illər ərzində yaranmış borcların ödənilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publin hüququ şəxsinin Sosial Siğorta və Fərdi Uçot üzrə Məkəzi Filialının vermiş olduğu hesabatdan görünür ki, İddiaçı 2007-ci ilin iyun ayından 2013-cü ilin fevral ayınadək Bakı şəhər Mənzil-Komunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsində işlədiyi dövürdə məcburi dövlət sosial sığorta haqqına cəlb olunan gəlirləri 46056.67 manat olmuş, ondan 11514.17 manat olan hissəsi hesablanaraq işçidən tutulan hissə olduğu halda 2870.41 manat hissəsi ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli, **********7 nömrəli sığortaolunanın fərdi şəxsi hesabı haqqında məlumatdan görünür ki, araşdırma zamanı İdarə tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində 2007 - 2013-cü illər üçün təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatlarda qeyd olunan əmək ödənişlərinə nisbətdə ödənilməli məcburi dövlət sosial sığorta haqları İdarə tərəfindən tam ödənilmədiyindən sözügedən illər üzrə fərdi şəxsi hesabınızda hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları arasında fərq yaranmışdır. “Sosial Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10- cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. 2007 - 2013-cü illər üzrə fərdi şəxsi hesabınızda yaranmış uyğunsuzluqla bağlı İdarəyə və onun uçotda olduğu vergi orqanına müraciət edə biləcəyi bildirilmişdir. İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək İxtisaslaşdırılmış Sanitariya və Kamunal Xidmətləri İdarəsinə işə qəbul edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/6-6901 nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 7.8-ci maddəsinə əsasən sığortaedən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatları mühasibat uçotu sənədlərinə uyğun olaraq tərtib etməklə,dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanınatəqdim edir. Həmin Qanunun 7.9-cu maddəsinə əsasən sığortaedən dövlət sosial sığorta sistemində fərdi uçotu həyatakeçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müddətdə hər birsığortaolunanına dair aşağıdakı məlumatları təqdim edir: 7.9.1. sığortaolunanın sosial sığorta nömrəsi; 7.9.2. sığortaolunanın adı, soyadı və atasının adı; 7.9.3. hər bir sığortaolunan üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (məlumat təqdim olunan dövrün hər ayı üzrə); 7.9.4. hər bir sığortaolunan üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı (məlumat təqdim olunan dövrün hər ayı üzrə). 9.2.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək işəgötürənin vəzifələrinə daxildir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı 2007-ci ilin iyun ayından xx.xx.2013-cü il tarixədə Bakı şəhər İcra Hakimiyyəti MKTD İxtisaslaşdırılmış Sanitariya və Kamunal Xidmətləri İdarəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publin hüququ şəxsinin Sosial Siğorta və Fərdi Uçot üzrə Məkəzi Filialının vermiş olduğu hesabatdan, habelə cavabdeh tərəfin nümayəndəsinin vermiş olduğu izhatadan da məlum olur ki, qeyd edilən dövürlər ərizində müəssisə tərəfində işçin əmək haqqında 11514.17 manat sosial sığorta haqlarının hesablanaraq tutulduğuna baxmayraq, qeyd edilmiş tutulmaların yalnız 2870.41 manat olan hissəsi Dövlət Sosial Müdafiə Fonduna köçürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavbadeh məüsissə tərəfindən iddiaçının əmək haqqından tutulmuş lakin ödənməmiş 8643.73 manat məbləğində siğorta haqqı cavabdehdən tutularaq Dövlət Sosial Müdafiə Fonduna köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsindən 8643.73 (səkkiz min altı yüz qırx üç manat yetmiş üç qəpik) manat məbləğində İddiaçı məxsus məcburi dövlət siğorta haqqı tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar