Məhkəmə qərarları › İş №2(008)-128/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-128/2024

21.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-128/2024 21.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçının nümayəndəsi X9, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehnun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evindən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və.s” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış evindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh həmin yaşayış sahəsindən çıxarılması, evin onun sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qardaşı, xx.xx.1975-ci ildə anadan olmuş, Birinci Qarabağ müharibəsinin əlili X54 ilə 1999-cu ildə faktiki nikaha daxil olub evlənmiş, xx.xx.2011-ci il tarixdə də nikahları rəsmiləşdirilməklə 1999-cu ildən etibarən faktiki olaraq gəlin köçdüyü ünvan 1 ünvanda yerləşən evdə yaşamışdır. Cavabdeh iddiası əsasında Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)- 3924/2015 №-li qətnaməsi ilə X54 fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və həmin məhkəmə mübahisələri ilə əlaqədar onların arasında ər-arvad münasibətləri pozulmuş və Fuad Məlikov faktiki olaraq bacılarının yanında yaşamağa başlamışdır. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 492 №-li sərəncamı ilə də o, xx.xx.1975-ci il təvəllüdlü X31 üzərində qəyyum təyin edilmiş, həmin vaxtdan etibarən Fuad Məlikov faktiki olaraq bacısı və qəyyumu kimi onun yanında və himayəsində yaşayır. Cavabdeh 2015-ci ildə cavabdehlər X40, ona və başqalarına qarşı Sabunçu rayon məhkəməsində iddia qaldıraraq Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Rahib Qədimov küçəsində yerləşən evin ümumi sahəsi 35,0 kv.metr, yaşayış sahəsi 24,0 kv.metr, 1 mətbəx və 1 yaşayış otağından ibarət “A” hissəsinə yaşayış və istifadə hüququnun tanınmasını tələb etmiş, Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)-2781/2015 №-li qətnaməsi ilə iddia təmin olunmamış, lakin Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli 2(103)-6517/2015 №-li qətnaməsi ilə Sabunçu rayon məhkəməsinin həmin qətnaməsi ləğv edilərək Cavabdeh və onun uşaqlarının ünvan 1 saylı evə istifadə hüquqları tanınmış, həmin qətnamə də Ali Məhkəmənin 12 may 2016cı il tarixli 2(102)-1647/2016 №-li qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanmışdır. Bundan sonra Cavabdeh həmin evə pasport qeydiyyatına götürülərək Sabunçu rayon Polis İdarəsi tərəfindən onun adına xx.xx.2016-cı il tarixdə Seriya AZE ******** №-li Şəxsiyyət Vəsiqəsi verilmişdir. Bu barədə məhkəmə mübahisələrinin getdiyi dövrdə, xx.xx.2016-cı il tarixli AZ- 1 228613 №-li nikahın pozulması haqqında şəhadətnamə əsasında X54 ilə Cavabdeh arasında olan nikah da ləğv edilmişdir. Həmin dövrdə Cavabdeh tərəfindən Fuad Məlikova qarşı azyaşlı uşaqları üçün aliment tələb etmə, F.Məlikovla nikahlarının pozulması qeydinin etibarsız sayılması, fəaliyyət qabiliyyəti olmayan F.Məlikovun üzərində onun deyil, özünün qəyyum təyin olunması və başqa tələblərlə iddialar qaldırılaraq aralarında çoxsaylı məhkəmə mübahisələri baş vermiş və aliment tələbi istisna olmaqla Cavabdeh digər iddia tələblərinin heç biri təmin edilməmişdir. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* №-li Çıxarışla xüsusi mülkiyyət hüququ ilə X18 (Həqiqət və Fuad Məlikovların nənəsi) adına qeydiyyata alınaraq evin Texniki Pasportu tərtib edilmişdir. Sonra da qeyd olunan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla xüsusi mülkiyyət hüququ ilə onun adına dövlət qeydiyyatına alınmışdır. Lakin həmin evdə yaşayan Cavabdeh tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarına müayinə üçün imkan verilmədiyinə görə bu vaxta kimi evin yeni Texniki Pasportunun hazırlanması mümkün olmamışdır. Hazırda həmin evdə, onun mülkiyyətçisi, yəni o, Cavabdeh və onun artıq həddi-buluğa çatmış 2 oğlu ilə bərabər cəmi 20-25 nəfər pasport qeydiyyatında olmaqla orada yaşayış sahəsindən istifadə hüquqlarına malikdir. İş üzrə Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evinə nə vaxtdan və hansı əsasla pasport qeydiyyatına alınması, eləcə də onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evində hal- hazırda kimlər pasport qeydiyyatında olmaları, həmin şəxslərin pasport qeydiyyatına alınma tarixləri və əsasları barədə məlumat verilməsi üçün xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon X17 müraciət olunmaqla zəruri sənəblərin surətləri təqdim edilməsinə baxmayaraq, Pasport qeydiyyatı şöbəsi tərəfindən bu günə kimi sorğuya cavab verilməmişdir. Cavabdehin yuxarıda sadalanan qanunsuz hərəkətləri, evin mülkiyyətçisi ilə bərabər orada pasport qeydiyyatında olmaqla yaşayış sahəsindən istifadə hüquqları olan həmin şəxslərin də qa qanuni mənafelərinə də ziyan vurur və iş üzrə obyektiv qərar qəbul olunması üçün həmin evdə pasport qeydiyyatında olan şəxslərin adları və dairəsi əhəmiyyətlidir. Ona görə də məhkəmə tərəfindən Sabunçu rayon X1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evində hal-hazırda pasport qeydiyyatında olan şəxslər barədə Sabunçu rayon X17 rəsmi qaydada sorğu göndərilməklə müvafiq məlumat tələb olunmalıdır. Bundan başqa işə mahiyyəti üzrə baxılmağa başlanana kimi, həmin evdə pasport qeydiyyatında olan şəxslərin dairəsi tərəfindən dəqiq müəyyən edilərək onların şəxsiyyət vəsiqələrinin surətlərinin məhkəməyə təqdim olunması, eləcə də onların da məhkəmədə şahid qismində dindirilməsi təmin olunacaqdır. Yuxarıda qeyd olunan hərəkətləri ilə də Cavabdeh tərəfindən, evin mülkiyyətçisinin və orada pasport qeydiyytında olmaqla yaşayış hüquqları olan şəxslərin, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evinə gəlmələrinə imkan verilmir, evin mülkiyyətçisi və orada yaşayan şəxslərlə heç bir əlaqəsi olmayan şəxslər həmin evə gətirilir, evin həyətinə qoyulmuş su bakı çıxarılıb məhv edilməklə, eləcə də evdə özbaşına tikinti-təmir işləri aparılmaqla mülkiyyətçinin mülkiyyət və digər hüquqları kobud surətdə pozulur, mülkiyyətçiyə, onun mülkiyyətində olan evinə sahiblik edib istifadə olunmasına maneələr törədilir. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evinin mülkiyyətçisi kimi onunla Cavabdeh arasında həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtləri barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyildir, həmçinin Cavabdeh yaşayış evindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır ki, bu fakt da həmin şəxsə kompensasiya verilməsi halını istisna edir. Bununla əlaqədar onun tərəfindən 01 iyun 2022-ci il tarixdə Cavabdeh 1 ay müddətində ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evi boşaldılaraq həmin evin onun sahibliyi və istifadəsinə qaytarılması barədə xəbərdarlıq məktubu göndərilmiş, lakin üstündən 1 ay yarımdan da artıq müddət keçməsinə baxmayaraq bir nəticəsi yoxdur. Ona görə də onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməli və həmin fərdi yaşayış evi boşaldılaraq o, həmin yaşayış sahəsindən çıxarılmalı və ev onun sahibliyi və istifadəsinə qaytarılmalıdır. Daha sonra iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, mülkiyyətində olan fərdi yaşayış evində o, cavabdeh, cavabdehin həddi-buluğa çatmış iki oğlu ilə bərabər 27 nəfərdən artıq şəxs hazırda pasport qeydiyyatında olmaqla, orada yaşayış sahəsindən istifadə hüquqlarına malikdir. Həmin şəxslər özü, qardaşı X54, qardaşı arvadı X7, qardaşı qızı Məlikova (Rzayeva) Könül Balabəy qızı, qardaşı oğlu X32, qardaşı oğlu X33, qardaşı X41, qardaşı arvadı X24, qardaşı qızı X19, qardaşı oğlu X42, qardaşı arvadı X14, qardaşı qızı X20, nəvələri X4, X10, X11, qardaşı oğulları X47, X48, qardaşının keçmiş arvadı Cavabdeh, əmisi oğlu X34, əmisi gəlini X25, əmisi oğlunun oğlu X35, əmisi oğlunun qızı X49, qohumları X43, X55, X56, X65 və X57. Bundan başqa, həmin evdə X36, X66 və X58 pasport qeydiyyatındadırlar. Qeyd olunanlara əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh həmin yaşayış sahəsindən çıxarılması, evin onun sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim etmiş və ərizəni onunla əsaslandırmışdır ki, onun 07 avqust 1975-ci ildə anadan olmuş qardaşı X54 1-ci Qarabağ müharibəsinin veteranı olmaqla 1994-cü ildə döyüş bölgəsində ağır yaralanmış və 2-ci qrup müharibə əlili kimi pensiyaçıdır. Onlar Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi R.Qədimov küçəsi ev 5 ünvanında yerləşən atababalarından qalma birmərtəbəli həyət evində yaşamışlar. Fuad Məlikov 1999-cu ildə, hazırkı iş üzrə cavabdeh Məlikova (əvvəlki soyadı Məhərrəmova) Xalidə Eldar qızı ilə limonad sexində bir yerdə işlədikləri vaxt aralarında münasibətləri yaranmış, bir-iki ay keçəndən sonra da Xalidə Fuada qoşulub gələrək qeyri-rəsmi şəkildə, yəni rəsmi nikah bağlamadan ailə qurmuş və xx.xx.2000-ci ildə Məlikov Nicat, 01,02.2003-cü ildə də Məlikov Eldar adlı uşaqları doğulmuşdur. Nikahlarını isə xx.xx.2011-ci il tarixdə rəsmiləşdirmiş, həmin nikahın rəsmiləşdirilməsində də Cavabdeh xüsusi məqsədi olmuşdur. Belə ki, 2010-cu ildən başlamaqla, X52 müharibəsində aldığı yaralarla bağlı xəstəlikləri üzə çıxaraq ağırlaşmış, sonra da ona əlilliyə görə pensiya təyin edilmişdir. Məhz bundan sonra da Xalidə dayısı, 1-ci Qarabağ müharibəsinin iştirakçısı, müharibə əlili kimi imtiyazları olan və həmçinin dövlətdən maşın almış X15 ilə əlbir olaraq, Fuadın da Qarabağ əlili kimi imtiyazlarından istifadə etmək qərarına gəlmiş, bu məqsədlə də Xalidə ilə Fuadın nikahları qanuna müvafiq qaydada rəsmiləşdirilmiş, Fuadın pensiya kartını da götürüb pulu özlərinə xərcləmiş, 2014-cü ilin may ayında da Fuadı aldadaraq etibarnamə götürməklə onun adına əlil maşını alıb rəsmi qeydiyyata salmadan istifadə etmiş, bu günə kimi də maşını qaytarmırlar. Fuadın bacıları, yəni o və Səriyyə bundan xəbər tutub etirazlarını bildirmiş və 2014-cü ildə Fuadın pensiya kartını Baxşəlidən götürmüşlər. Cavabdeh dayısı Baxşəli Heydərovla birlikdə 2015-ci ilin yanvar ayında X63 qəsəbəsində yerləşən psixiatrik xəstəxanaya yerləşdirmiş, aradan 2 saat keçməmiş bundan xəbər tutan bacıları, yəni o və Səriyyə Fuadı xəstəxanadan çıxarıb evlərinə aparmış və onu Xalidədən uzaq tutmağa çalışmışlar. Onsuz da 2010-cu ildə Fuadın xəstəliyi ağırlaşandan sonra Xalidə ona baxmamış və Fuada ancaq bacıları baxmışdır. Bununla da X64 arasında ərarvad münasibətlərinə faktiki olaraq son qoyulmuş və həmin vaxtdan sonra onların yaşadıqları Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi R.Qədimov küçəsi ev 5 ünvanında yerləşən ata-babalarından qalma evdə yaşamaları mümkün olmamış və 2015ci ilin yanvar ayından etibarən o, qardaşı Fuadla birlikdə faktiki olaraq, bacıları X16 məxsus Sabunçu rayonu Balaxanı qəsəbəsi Balasadıq Zeynallı küçəsi 13 ünvanında yerləşən evdə yaşayırlar. Bundan sonra X5 məsləhəti ilə birlikdə hərəkət edən Cavabdeh, 2015-ci ilin fevral ayında cavabdehlər X40, ona və başqalarına qarşı Sabunçu rayon məhkəməsində iddia qaldıraraq Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Rahib Qədimov küçəsində yerləşən evin ümumi sahəsi 35,0 kv.metr, yaşayış sahəsi 24,0 kv.metr, 1 mətbəx və 1 yaşayış otağından ibarət “A” hissəsinə yaşayış və istifadə hüququnun tanınmasını tələb etmiş, Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)-2781/2015 №-li qətnaməsi ilə iddia təmin olunmamış, lakin Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli 2(103)-6517/2015 №-li qətnaməsi ilə Sabunçu rayon məhkəməsinin həmin qətnaməsi ləğv edilərək Cavabdeh və onun azyaşlı uşaqları Nicat və Eldarın ünvan 1 saylı evə istifadə hüquqları tanınmış, həmin qətnamə də Ali Məhkəmənin 12 may 2016-cı il tarixli 2(102)-1647/2016 №-li qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan həmin 11 noyabr 2015-ci il tarixli 2(103)- 6517/2015 №-li qətnaməsində Cavabdeh və onun uşaqlarının ünvan 1 saylı evə istifadə hüquqlarının tanınması üçün, iddiaçı Cavabdeh Fuad Məlikovla xx.xx.1999-cu ildə faktiki nikaha daxil olmaqla ailə qurmaları, nikahlarını xx.xx.2011-ci ildə rəsmiləşdirmələri, həmin nikahdan da 2 uşaq -xx.xx.2000-ci il təvəllüdlü Nicat və xx.xx.2003-cü il təvəllüdlü Eldarın doğulmaları, iddiaçı Cavabdeh 1999-cu ildə sözügedən mənzilə, yəni Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Rahib Qədimov küçəsində yerləşən evdə yaşayanların razılığı ilə köçüb, cehizlərini də ora gətirməklə iki yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə həmin evin ümumi sahəsi 35,0 kv.metr, yaşayış sahəsi 24,0 kv.metr, 1 mətbəx və 1 yaşayış otağından ibarət “A” hissəsində ailə üzvü kimi yaşayıb birgə təsərrüfat aparması, əmlakının da orada olub evdən istifadə etmələri əsas götürülmüşdür. Bundan sonra Cavabdeh həmin evə pasport qeydiyyatına götürülərək Sabunçu rayon Polis İdarəsi tərəfindən onun adına xx.xx.2016-cı il tarixdə Seriya AZE ******** №-li Şəxsiyyət Vəsiqəsi verilmişdir. Yaşayış evindən istifadə hüquqlarının tanınması barədə həmin məhkəmə mübahisələrinin getdiyi dövrdə, yəni 2015-ci ildə ərizəçi Cavabdeh (nümayəndəsi X15 ilə birlikdə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə Sabunçu rayon məhkəməsinə müraciət edərək əri, 07 avqust 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş X31 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)-3924/2015 №-li qətnaməsi ilə də həmin ərizə təmin olunaraq 07 avqust 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş X54 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Həmin qətnamədən şikayət verilməmiş, qətnamə vaxtında qanuni qüvvəyə minərək icraya yönəldilmiş və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X31 bacısı, yəni onun ərizəsi əsasında Sabunçu rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasında X31 üzərində qəyyum təyin olunması prosedurlarına başlanmış, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 07 dekabr 2015-ci il tarixli 492 №-li sərəncamı ilə də o, xx.xx.1975-ci il təvəllüdlü X31 üzərində qəyyum təyin edilmiş, həmin vaxtdan da Fuad Məlikov faktiki olaraq bacısı və qəyyumu, yəni onun yanında və himayəsində yaşamaqda davam etmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2016-cı il tarixli AZ-İ 228613 №-li nikahın pozulması haqqında şəhadətnamə əsasında da X54 ilə Cavabdeh arasında olan nikah rəsmi qaydada ləğv edilmişdir. Bundan sonra Cavabdeh (nümayəndəsi X15 ilə birlikdə) 2016-cı ildə cavabdeh X40 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sabunçu rayon məhkəməsinin 20 aprel 2016-cı il tarixli 2(008)-5553/2016 №-li qətnaməsi ilə 26 fevral 2000-ci il təvəllüdlü X26 və 01 fevral 2003-cü il təvəllüdlü X27 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay bir uşağa görə 117 AZN olmaqla, iki uşağa görə ümumilikdə sabit pul məbləğində hər ay 234 AZN məbləğində alimentin cavabdeh X28 tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli 2(103)-7031/2016 №-li qətnaməsi ilə də birinci instansiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilərək 26 fevral 2000-ci il təvəllüdlü X26 və 01 fevral 2003-cü il təvəllüdlü X27 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, hər iki uşağa görə cavabdeh X31 qazancının (bütün gəlirlərinin) üçdə bir hissəsi həddində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, həmin qətnamə də Ali Məhkəmənin 06 aprel 2017-ci il tarixli 2(102)-2254/17 №-li qərarı ilə dəyişdirilmədən saxlanmışdır. 2016-cı ildə həmin iddia tələbi ilə bərabər Cavabdeh (nümayəndəsi X15 ilə birlikdə) cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin Komissiyanın xx.xx.2015-ci il tarixli qərarının ləğv olunması, qəyyum təyin edilməsinə dair məsələyə yenidən baxılması vəzifəsinin Sabunçu RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 may 2016-cı il tarixli 2-1(82)-766/2016 №-li qərarı ilə həmin iddia təmin edilərək, Sabunçu rayon İcra Hakimiyyətinin “X31 üzərində qəyyum təyin edilməsi barədə” 07 dekabr 2015-ci il tarixli 492 saylı sərəncamı ləğv edilmiş və X31 üzərində qəyyum təyin edilməsi məsələsinə Cavabdeh iştirakı təmin edilməklə yenidən baxılması vəzifəsi Sabunçu rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuş, həmin qərar da Bakı Apellyasiya Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli 2-1(103)-2244/2016 №-li qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanmışdır. Bundan sonra həmin məhkəmə qərarı da qanuni qüvvəyə minərək icra olunması üçün Sabunçu rayon İcra Hakimiyyətinə göndərilmiş və həmin məsələyə Cavabdeh iştirakı ilə yenidən baxılmış, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 14 fevral 2017-ci il tarixli 66 №-li sərəncamı ilə yenə də o, xx.xx.1975-ci il təvəllüdlü X31 üzərində qəyyum təyin edilmişdir. Cavabdeh (nümayəndəsi X15 ilə birlikdə) 17 mart 2017-ci ildə yenidən Sabunçu rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, həmin İcra Hakimiyyəti Başçısının 14 fevral 2017-ci il tarixli sərəncamının ləğv edilməsi və özünün X31 üzərində qəyyum təyin edilməsini xahiş etmiş, imtina cavabı aldıqdan sonra cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının X31 üzərində qəyyum təyin edilməsi barədə xx.xx.2017-ci il tarixli 66 №-li sərəncamını ləğv edib X31 üzərində onun qəyyum təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 avqust 2017-ci il tarixli 2-1(82)-2637/2017 №-li qərarı ilə iddiaçı Cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinə (üçüncü şəxs İddiaçı) qarşı “qəyyum təyin edilmə barədə sərəncamın ləğv edilməsi və qəyyum təyin edilmə” tələbinə dair iddiası rədd edilmiş və həmin qərar da Bakı Apellyasiya Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli 2-l(103)-2614/2017 №-li qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanmışdır. Ali Məhkəmənin 18 aprel 2018-ci il tarixli 2-1 (102)- 881/18 №-li qərarı ilə də Bakı Apellyasiya Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli 2- 1(103)-2614/2017 №-li həmin qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Həmin qətnamədən 15 mart 2018-ci il tarixdə verdiyi apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin olunaraq Sabunçu rayon məhkəməsinin 13 fevral 2018-ci il tarixli 2(008)- 1191/2018 №-li qətnaməsi ləğv edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, hazırkı iş üzrə tərəflər arasındakı münasibətlər olduqca gərgindir və onların, xüsusilə də fəaliyyət qabiliyyəti olmayan X3 arvadı Cavabdeh ilə birlikdə yaşamaları qətiyyən mümkün deyildir və burada, keçmiş əri Fuad Məlikovun üzərində qəyum təyin olunaraq, onun Qarabağ əlili kimi imtiyazlarını ələ keçirə bilməyən Cavabdeh yeganə məqsədi pasport qeydiyyatında olub yaşadığı, onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evini ələ keçirməkdir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan həmin fərdi yaşayış evi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* №-li Çıxarışla xüsusi mülkiyyət hüququ ilə X18 (Həqiqət və Fuad Məlikovların nənəsi) adına qeydiyyata alınaraq evin Texniki Pasportu və Daşınmaz əmlakın real bazar münasibətlərinə uğun dəyərinin müəyyənləşdirilməsinə dair Arayış tərtib edilmiş, həmin Arayışda da göstərilir ki, xx.xx.2017-ci il tarixə həmin evin bazar dəyəri 54000 (əlli dörd min) manat təşkil edir. Sonra da qeyd olunan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla xüsusi mülkiyyət hüququ ilə onun adına dövlət qeydiyyatına alınmışdır. Lakin həmin evdə yaşayan Cavabdeh tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarına müayinə üçün imkan verilmədiyinə görə bu vaxta kimi evin yeni Texniki Pasportunun hazırlanması mümkün olmamışdır. Hazırda həmin evdə, onun mülkiyyətçisi özü, Cavabdeh və onun artıq həddi-buluğa çatmış 2 oğlu ilə bərabər cəmi 28 nəfər şəxs pasport qeydiyyatında olmaqla orada yaşayış sahəsindən istifadə hüquqlarına malikdir. Sabunçu rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi Üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 10 №-li Arayışı (Forma-2) və əldə etdiyi şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərindən də göründüyü kimi özü, qardaşı X54, qardaşı arvadı X7, qardaşı qızı Məlikova (Rzayeva) Könül Balabəy qızı, qardaşı oğlu X32, qardaşı oğlu X33, qardaşı X41, qardaşı arvadı X24, qardaşı qızı X19, qardaşı oğlu X42, qardaşı arvadı X14, qardaşı qızı X20, nəvələri X4, X10, X11, qardaşı oğulları X47, X48, qardaşının keçmiş arvadı Cavabdeh, əmisi oğlu X34, əmisi gəlini X25, əmisi oğlunun oğlu X35, əmisi oğlunun qızı X49, qohumları X43, X55, X56, X65 və X57, X36, X66 və X58 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evində pasport qeydiyyatındadırlar. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh təqsiri, onu evə buraxmaması üzündən, mübahisəli evin mülkiyyətçisi kimi o, 2015-ci ilin fevral ayından başlayaraq pasport qeydiyyatında olduğu, anadan olub uşaqlıq dövründən yaşadığı, sonradan da vərəsəlik hüququ əsasında onun mülkiyyətinə keçən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evində yaşaya bilmir və mülkiyyətində olan həmin daşınmaz əmlak üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir və bir növ həmin əmlakdan məhrum edilmiş vəziyyətdədir. Ona görə də o, həmin vaxtdan hazıra kimi keçən 8 ilə yaxın müddətdə, qəyyumu olmaqla himayəsindəki fəaliyyət qabiliyyəti olmayan qardaşı X54 ilə birlikdə faktiki olaraq ünvan 2 ünvanda yerləşən X2na məxsus evdə yaşamağa məcbur qalmışdır. X2 buna görə ondan pul almasa da hər ay ev və digər xərclərin ödənilməsinə köməklik etmək məqsədilə 100-200 manat məbləğində əlavə vəsait xərcləyir. Həmin ərazidə də 2 nəfər şəxsin ev kirayə haqqı 200-250 manat arası dəyişir. Bununla da Cavabdeh təqsiri üzündən ona ayda 150 manat, 1 ildə də 1800 manat olmaqla 2015-ci ildə 1650 manat, 2016-2021 -ci illərdə (6 il) 1800 x 6 il = 10800 manat, 2022-ci ilin 8 ayında da 150 x 8 = 1200 manat - həmin dövrdə yaşamağa görə kirayə haqqının əvəzi kimi ödədiyi 13650 manat zərər vurulmuşur. Bundan başqa müəyyən edilmişdir ki, Cavabdeh təqsiri üzündən onun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə 31 avqust 2022-ci il tarixə "xxxx" ASC-nin Sabunçu rayon sukanal İdarəsinə 378,18 manat pul borcu vardır. Bundan başqa Cavabdeh tərəfindən yaşadığı həmin ev üzrə 2018-ci ildən başlanaraq dəfələrlə qanunsuz yolla, yəni sayğacdan kənar təbii qazdan istifadə hallarına yol verilmiş, bu hallar da səlahiyyətli orqanlar tərəfindən rəsmiləşdirilmiş və ev üzrə 12 sentyabr 2022-ci il tarixə 5715,50 manat qaz borcu yaranmışdır. Bu hallardan da son vaxtlar xəbər tutmuşdur və təbii ki, qeyd edilən yaşayış evi üzrə toplanmış su və qaz istifadəsinə görə toplanmış borclar evin mülkiyyətçisi olaraq ondan tələb edilir. Bu da Cavabdeh qanuna zidd hərəkətləri nəticəsində ona əlavə olaraq 6094 manat zərər vurulması deməkdir. Həmçinin Cavabdeh tərəfindən qeyd olunan onun mülkiyyətində olan evdə qanunsuz təmir-tikinti işləri aparılaraq həyətdəki tövlə, su bakı və nərdivan sökülüb götürülmüş, eləcə də həyətdə olan meyvə ağacları çıxarılıb məhv edilmiş və şəxsi ev əşyalarının da salamat qalma ehtimalı yoxdur. Yaşayış evinə daxil ola bilmədiyinə görə də həmin qanunsuz sökülmələrin nəticəsində vurulmuş zərəri dəqiq müəyyən edə bilmirik və həmin hərəkətlərə görə vurulmuş zərərin təxminən 4500-5000 manat dəyərində olması qənaətindədir. Eləcə də hazırkı iş üzrə hüquqi xidmət göstərilməsi üçün vəkilin hesabına 200 manat pul ödənilmiş, dövlət rüsumu olaraq da dövlətə 265 manat pul keçirilmişdir. Mülki işin aparılması üçün vəkilə etibarnamə verilməsi, nəqliyyat və digər xərclər də nəzərə alınmaqla Cavabdeh hüquqa ziddi nərəkətləri nəticəsində ona cəmi 13650 + 6094 + 4750 + 200 + 265 + 41 = 25000 (iyirmi beş min) manat zərər vurulmuşdur. Göründüyü kimi, Cavabdeh tərəfindən, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evi faktiki olaraq ələ keçirilməklə, evin mülkiyyətçisi və orada pasport qeydiyytında olmaqla yaşayış hüquqları olan digər şəxslərin evə gəlmələrinə imkan verilmir, evin mülkiyyətçisi və orada yaşayan şəxslərlə heç bir əlaqəsi olmayan şəxslər həmin evə gətirilir, evin həyətinə qoyulmuş su bakı, nərdivan, həyətdəki meyvə ağacları çıxarılıb məhv edilməklə, eləcə də evdə özbaşına tikinti-təmir işləri aparılmaqla mülkiyyətçinin mülkiyyət və digər hüquqları kobud surətdə pozulur, mülkiyyətçiyə, onun mülkiyyətində olan evinə sahiblik edib istifadə olunmasına imkan verilmir. Yuxarıda qeyd olunduğu kimi Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində ona, himayəsindəki və qəyyumu olduğu qardaşı X54 ilə birlikdə X2nın evində yaşamağa məcbur olduğuna görə kirayə xərci kimi çəkdiyi 13650 manat, mülkiyyətindəki, lakin faktiki olaraq yaşaya və istifadə edə bilmədiyi ev üzrə istifadə olunmuş su və qaz istifadəsinə görə toplanmış borcun əvəzi kimi ödənilməli olan 6094 manat, mülkiyyətindəki evdə qanunsuz aparılmış təmir-tikinti işlərinə və əmlaklarının məhv olmasına görə 4750 manat, hazırkı iş üzrə hüquqi xidmət göstərilməsi üçün vəkilin hesabına köçürülmüş 200 manat, dövlət rüsumu olaraq köçürülmüş 265 manat, eləcə də mülki işin aparılması üçün vəkilə etibarnamə verilməsi, nəqliyyat və digər xərclər üçün də 41 manat olmaqla, cəmi 13650 + 6094 + 4750 + 200 + 265 + 41 = 25000 (iyirmi beş min) manat zərər vurulmuş və həmin zərərin əvəzi Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Bundan başqa, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evinin mülkiyyətçisi, onunla Cavabdeh arasında həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud olmadığına, eləcə də cavabdeh həmin evə məhkəmə aktı əsasında yaşayış hüququ əldə etdiyinə görə, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən istifadə hüququna mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməlidir. Cavabdeh ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən istifadə hüququnun tanınmasına dair məhkəmə aktına gəldikdə yuxarıda qeyd olunduğu kimi, Cavabdeh və onun uşaqlarının ünvan 1 saylı evə istifadə hüquqlarının tanınması üçün, iddiaçı Cavabdeh Fuad Məlikovla xx.xx.1999-cu ildə faktiki nikaha daxil olmaqla ailə qurmaları, nikahlarını xx.xx.2011-ci ildə rəsmiləşdirmələri, həmin nikahdan da 2 uşaq - xx.xx.2000-ci il təvəllüdlü Nicat və xx.xx.2003-cü il təvəllüdlü Eldarın doğulmaları, iddiaçı Cavabdeh 1999-cu ildə sözügedən mənzilə, yəni Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Rahib Qədimov küçəsində yerləşən evdə yaşayanların razılığı ilə köçüb, cehizlərini də ora gətirməklə iki yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə həmin evin ümumi sahəsi 35,0 kv.metr, yaşayış sahəsi 24,0 kv.metr, 1 mətbəx və 1 yaşayış otağından ibarət “A” hissəsində ailə üzvü kimi yaşayıb birgə təsərrüfat aparması, əmlakının da orada olub evdən istifadə etmələri əsas götürülmüşdür. Hazırda da həmin hallar artıq aradan qalxmış, yəni Cavabdeh ilə Fuad Məlikov arasında bağlanmış nikah həm faktiki olaraq, həm də rəsmi qaydada pozulmaqla onlar ər-arvad deyil və birgə təsərrüfat aparmırlar, üstəlik də Fuad Məlikov fəaliyyət qabiliyyəti olmayan şəxs kimi onun qəyyumu kimi onun himayəsində yaşayır, onun Cavabdeh ilə evliliklərindən anadan olmuş uşaqları da artıq həddi-buluğa çatmış şəxslərdir və evin mülkiyyətçisi kimi onlara qarşı heç bir iddia tələbləri yoxdur. Yuxarıda qeyd edildiyi kimi Daşınmaz əmlakın real bazar münasibətlərinə uğun dəyərinin müəyyənləşdirilməsinə dair Arayışdan görünür ki, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evinin xx.xx.2017-ci il tarixə həmin evin bazar dəyəri 54000 (əlli dörd min) manat təşkil edir. Həmin evdə də onun mülkiyyətçisi kimi onunla bərabər 28 nəfər şəxs pasport qeydiyyatında olmaqla onların hamısının yaşayış evindən istifadə hüquqları vardır və bazar qiymətinə müvafiq verilməli kompensasiyanın ümumi məbləği kimi evin dəyəri olan 54000 manatın yarısını, yəni 27000 manatı qəbul etsələr, yaşayış hüququ olan hər bir şəxsə 1000 (bir min) manat olmaqla Cavabdeh 1000 (bir min manat) kompensasiya verilməklə, onun xüsusi mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməli və həmin fərdi yaşayış evi boşaldılaraq o, həmin yaşayış sahəsindən çıxarılmalı və ev, onun sahibliyi və istifadəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində ona, himayəsindəki və qəyyumu olduğu qardaşı X54 ilə birlikdə X2nın evində yaşamağa məcbur olduğuna görə kirayə xərci kimi çəkdiyi 13650 manat, mülkiyyətindəki, lakin faktiki olaraq yaşaya və istifadə edə bilmədiyi ev üzrə istifadə olunmuş su və qaz istifadəsinə görə toplanmış borcun əvəzi kimi ödənilməli olan 6094 manat, mülkiyyətindəki evdə qanunsuz aparılmış təmir-tikinti işlərinə və əmlaklarının məhv olmasına görə 4750 manat, hazırkı iş üzrə hüquqi xidmət göstərilməsi üçün vəkilin hesabına köçürülmüş 200 manat, dövlət rüsumu olaraq köçürülmüş 265 manat, eləcə də mülki işin aparılması üçün vəkilə etibarnamə verilməsi, nəqliyyat və digər xərclər üçün də 41 manat olmaqla, vurulmuş zərərin əvəzi kimi cəmi: 25000 (iyirmi beş min) manat məbləğində pulun Cavabdeh tutulub ona ödənilməsi, Cavabdeh 1000 (bir min manat) kompensasiya verilməklə, onun xüsusi mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evi boşaldılaraq Cavabdeh həmin yaşayış sahəsindən çıxarılması və evin onun sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim etmiş və ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş iddia ərizəsində qeyd olunduğu kimi, Cavabdeh təqsiri, onu evə buraxmaması üzündən, mübahisəli evin mülkiyyətçisi, yəni o, 2015-ci ilin fevral ayından başlayaraq pasport qeydiyyatında olduğu, anadan olub uşaqlıq dövründən yaşadığı, sonradan da vərəsəlik hüququ əsasında onun mülkiyyətinə keçən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evində yaşaya bilmir və mülkiyyətində olan həmin daşınmaz əmlak üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir və bir növ həmin əmlakdan məhrum edilmiş vəziyyətdədir. Ona görə də o, həmin vaxtdan hazıra kimi keçən 8 ildən artıq müddətdə, qəyyumu olmaqla himayəsindəki fəaliyyət qabiliyyəti olmayan qardaşı X54 ilə birlikdə faktiki olaraq ünvan 2 ünvanda yerləşən X2na məxsus evdə yaşamağa məcbur qalmışdır. X2 buna görə ondan pul almasa da hər ay ev və digər xərclərin ödənilməsinə köməklik etmək məqsədilə 100-200 manat məbləğində əlavə vəsait xərcləyir. Həmin ərazidə də onun mülkiyyətindəki Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi R.Qədimov küçəsi ev 5 ünvanında yerləşən, birmərtəbəli, köhnə təmirli vəziyyətdə olan 105 kv.metr sahədən ibarət evin, ümumi sahəsi 35,0 kv.metr, yaşayış sahəsi 24,0 kv.metr, 1 mətbəx və 1 yaşayış otağından ibarət girişi və sanitar qovşağı ayrı olan yaşayış sahəsinin kirayə haqqı 150 manatdır. Bununla da Cavabdeh təqsiri üzündən ona ayda 150 manat, 1 ildə də 1800 manat olmaqla 2015-ci ildə 1650 manat, 2016-2022-ci illərdə (7 il) 1800 x 7 il = 12600 manat, 2023-ci ilin 8 ayında da 150 x 8 = 1200 manat – həmin dövrdə yaşamağa görə kirayə haqqının əvəzi kimi ödədiyi 15450 manat zərər vurulmuşur. 9. Bundan başqa müəyyən edilmişdir ki, Cavabdeh təqsiri üzündən onun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə 31 avqust 2022-ci il tarixə "xxxx" ASC-nin Sabunçu rayon sukanal İdarəsinə 378,18 manat pul borcu vardır. Bundan başqa Cavabdeh tərəfindən yaşadığı həmin ev üzrə 2018-ci ildən başlanaraq dəfələrlə qanunsuz yolla, yəni sayğacdan kənar təbii qazdan istifadə hallarına yol verilmiş, bu hallar da səlahiyyətli orqanlar tərəfindən rəsmiləşdirilmiş və ev üzrə 2023-ci ilin iyul ayına 6308,50 manat qaz borcu yaranmışdır. Bu hallardan da son vaxtlar xəbər tutmuşdur və təbii ki, qeyd edilən yaşayış evi üzrə toplanmış su və qaz istifadəsinə görə toplanmış borclar ondan tələb edilir. Bu da Cavabdeh qanuna zidd hərəkətləri nəticəsində ona əlavə olaraq 6686,78 manat zərər vurulması deməkdir.İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023cü il tarixli 10/3281 №-li rəyindən də görünür ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi R.Qədimov küçəsi ev 5 ünvanında yerləşən tikililərin texniki pasportun məlumatları ilə uyğun gəldiyi müəyyən edilir. Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi R.Qədimov küçəsi ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində tövlə, 8 tonluq su çəni və dəmir nərdivan faktiki olaraq mövcud olmadığı, tövlə tikilisinin, su çəninin və dəmir nərdivanın sökülüb çıxarılma əlamətlərinin olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, həyətyanı torpaq sahəsinin hüdudları daxilində iki ağacın olduğu müəyyən edilir. Cavabdeh yaşadığı ev köhnə təmirli vəziyyətdə olduğunu nəzərə alaraq həmin evdə hər hansı təmir-tikinti işlərinin aparılmadığı müəyyən edilir. Tədqiq olunan evin həyətyanı torpaq sahəsinin daxilində yerləşən tövlə tikilisinin, 8 tonluq su çəninin və nərdivanın sökülməsi nəticəsində ona zərər dəydiyi müəyyən edilir. Lakin tövlə tikilisi, 8 tonluq su çəni və nərdivan söküldüyündən, faktiki olaraq mövcud olmadığından dəymiş zərərin miqdarını müəyyən etmək mümkün olmadı. Ona görə də həmin hərəkətlər nəyicəsində vurulmuş zərərin miqdarını dəqiq müəyyən etmək mümkün olmadığına görə həmin zərərin dəyərini təxminən 2000 manat qiymətləndirir. Eləcə də hazırkı iş üzrə hüquqi xidmət göstərilməsi üçün vəkilin hesabına 200 manat pul ödənilmiş, vəkilə etibarnamələrin verilməsi üçün 28,75 manat pul ödənilmiş, dövlət rüsumu olaraq da dövlətə 250 manat pul keçirilmişdir. Göründüyü kimi Cavabdeh hüquqa ziddi nərəkətləri nəticəsində ona cəmi 15450 + 6686,78 + 2000 + 200 + 28,75 + 250 = 24615 (iyirmi dörd min altı yüz on beş ) manat zərər vurulmuşdur. Göründüyü kimi, Cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evi faktiki olaraq ələ keçirilməklə, evin mülkiyyətçisi və orada pasport qeydiyytında olmaqla yaşayış hüquqları olan digər şəxslərin evə gəlmələrinə imkan verilmir, evin mülkiyyətçisi və orada yaşayan şəxslərlə heç bir əlaqəsi olmayan şəxslər həmin evə gətirilir, evin həyətinə qoyulmuş su bakı, nərdivan, həyətdəki meyvə ağacları çıxarılıb məhv edilməklə, mülkiyyətçinin mülkiyyət və digər hüquqları kobud surətdə pozulur, mülkiyyətçiyə, onun mülkiyyətində olan evinə sahiblik edib istifadə olunmasına imkan verilmir. Yuxarıda qeyd olunduğu kimi Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində ona, himayəsindəki və qəyyumu olduğu qardaşı X54 ilə birlikdə X2nın evində yaşamağa məcbur olduğuna görə kirayə xərci kimi çəkdiyi 15450 manat, mülkiyyətindəki, lakin faktiki olaraq yaşaya və istifadə edə bilmədiyi ev üzrə istifadə olunmuş su və qaz istifadəsinə görə toplanmış borcun əvəzi kimi ödənilməli olan 6686,78 manat, mülkiyyətindəki evin həyətində yerləşən əmlakların məhv olmasına görə 2000 manat, hazırkı iş üzrə hüquqi xidmət göstərilməsi üçün vəkilin hesabına köçürülmüş 200 manat, dövlət rüsumu olaraq köçürülmüş 250 manat, eləcə də mülki işin aparılması üçün vəkilə etibarnamə verilməsi üçün də 28,75 manat olmaqla cəmi: 15450 + 6686,78 + 2000 + 200 + 28,75 + 250 = 24615 (iyirmi dörd min altı yüz on beş ) manat zərər vurulmuş və həmin zərərin əvəzi Cavabdeh tutulub ona ödənilməlidir. Bundan başqa ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evinin mülkiyyətçisi kimi onunla Cavabdeh arasında həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud olmadığına, eləcə də cavabdeh həmin evə məhkəmə aktı əsasında yaşayış hüququ əldə etdiyinə görə, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən istifadə hüququna mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməlidir. Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən istifadə hüququnun tanınmasına dair məhkəmə aktına gəldikdə yuxarıda qeyd olunduğu kimi, Cavabdeh və onun uşaqlarının ünvan 1 saylı evə istifadə hüquqlarının tanınması üçün iddiaçı Cavabdeh Fuad Məlikovla xx.xx.1999-cu ildə faktiki nikaha daxil olmaqla ailə qurmaları, nikahlarını xx.xx.2011-ci ildə rəsmiləşdirmələri, həmin nikahdan da 2 uşaq – xx.xx.2000-ci il təvəllüdlü Nicat və xx.xx.2003-cü il təvəllüdlü Eldarın doğulmaları, iddiaçı Cavabdeh 1999-cu ildə sözügedən mənzilə, yəni Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Rahib Qədimov küçəsində yerləşən evdə yaşayanların razılığı ilə köçüb, cehizlərini də ora gətirməklə iki yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə həmin evin ümumi sahəsi 35,0 kv.metr, yaşayış sahəsi 24,0 kv.metr, 1 mətbəx və 1 yaşayış otağından ibarət “A” hissəsində ailə üzvü kimi yaşayıb birgə təsərrüfat aparması, əmlakının da orada olub evdən istifadə etmələri əsas götürülmüşdür. Hazırda da həmin hallar artıq aradan qalxmış, yəni Cavabdeh ilə Fuad Məlikov arasında bağlanmış nikah həm faktiki olaraq, həm də rəsmi qaydada pozulmaqla onlar ər-arvad deyil və birgə təsərrüfat aparmırlar, üstəlik də Fuad Məlikov fəaliyyət qabiliyyəti olmayan şəxs kimi onun himayəsində yaşayır, onun Cavabdeh ilə evliliklərindən anadan olmuş uşaqları da artıq həddi-buluğa çatmış şəxslərdir və onlara qarşı heç bir iddia tələbləri yoxdur. Yuxarıda qeyd edildiyi kimi həmin ərazidə onun mülkiyyətindəki Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi R.Qədimov küçəsi ev 5 ünvanında yerləşən, birmərtəbəli, köhnə təmirli vəziyyətdə olan 105 kv.metr sahədən ibarət evin, ümumi sahəsi 35,0 kv.metr, yaşayış sahəsi 24,0 kv.metr, 1 mətbəx və 1 yaşayış otağından ibarət girişi və sanitar qovşağı ayrı olan yaşayış sahəsinin kirayə haqqı 150 manatdır Bu hesabla da oxşar yaşayış sahəsinin 1 illik kirayə qiyməti 1800 manat təşkil edir və bu qaydada 3 illik 1800 x 3 = 5400 (beş min dörd yüz) manat Cavabdeh kompensasiya verilməklə, onun xüsusi mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməli və həmin fərdi yaşayış evi boşaldılaraq o, həmin yaşayış sahəsindən çıxarılmalı və ev, onun sahibliyinə və istifadəsinə qaytarılmalı, bu barədə olan qətnamə də Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş zərərin tutulması, Cavabdeh kompensasiya ödənilərək, onun xüsusi mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evinin boşaldılaraq yaşayış sahəsindən çıxarılması və evin onun sahibliyinə və istifadəsinə qaytarılması eyni zamanda icra olunmalıdır. Göstərilənlərə əsasən Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində ona, himayəsindəki və qəyyumu olduğu qardaşı X54 ilə birlikdə X2nın evində yaşamağa məcbur olduğuna görə kirayə xərci kimi çəkdiyi 15450 manat, mülkiyyətindəki, lakin faktiki olaraq yaşaya və istifadə edə bilmədiyi ev üzrə istifadə olunmuş su və qaz istifadəsinə görə toplanmış borcun əvəzi kimi ödənilməli olan 6686,78 manat, mülkiyyətindəki evin həyətində yerləşən əmlakların məhv olmasına görə 2000 manat, hazırkı iş üzrə hüquqi xidmət göstərilməsi üçün vəkilin hesabına köçürülmüş 200 manat, dövlət rüsumu olaraq köçürülmüş 250 manat, eləcə də mülki işin aparılması üçün vəkilə etibarnamə verilməsi üçün də 28,75 manat olmaqla cəmi: 15450 + 6686,78 + 2000 + 200 + 28,75 + 250 = 24615 (iyirmi dörd min altı yüz on beş ) manat zərər vurulmuş və həmin zərərin əvəzi Cavabdeh tutulub ona ödənilməsi, Cavabdeh 5400 (beş min dörd yüz) manat kompensasiya verilməklə, onun xüsusi mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evi boşaldılaraq onun, həmin yaşayış sahəsindən çıxarılması və evin onun sahibliyinə və istifadəsinə qaytarılması və bu barədə olan qətnamənin də Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş zərərin tutulması, Cavabdeh kompensasiya ödənilərək, onun xüsusi mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evinin boşaldılaraq yaşayış sahəsindən çıxarılması və evin onun sahibliyinə və istifadəsinə qaytarılmasının eyni zamanda icra olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X29, habelə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, Həqiqəti evdən heç kim qovmamışdır, hazırda Həqiqət bacısıgildə yaşayır, iddiaçının təklif etdiyi kompensasiyanın məbləği ədalətli deyildir, onun başqa yaşayış yeri yoxdur, həyətdə dəmir nərdivan və 8 tonluq su çəni olmayıb, onun satdığı çən 8 tonluq deyildi, tövlənin dəyərini bilmir, imkanı olmadığından təbii qazdan istifadəyə görə borcu ödəyə bilməmişdir. Suya görə borcu yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Sabunçu RİHB-nın 492 nömrəli xx.xx.2015-ci il tarixli sərəncamının surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il təvəllüdlü X31 üzərində qəyyum təyin edilmişdir. - AZ-İ seriyalı 695970 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X54 ilə X12 xx.xx.2011-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Məlikova soyadı verilmişdir. - AZ-İ seriyalı 228613 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X54 ilə Cavabdeh nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 43 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 105.40 kv.m olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 105.40 kv.m olan fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət kimi X21 adına qeydiyyatdan keçmişdir. - xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən 1 ay müddətində ünvan 1 ünvanında yerləşən, sahəsi 105.40 kv.m olan fərdi yaşayış evini boşaltmağı, həmin evin sahibliyinə və istifadəsinə qaytarılmasını tələb etmişdir. - Bakı şəhəri Sabunçu RİHB-nın Balaxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 nömrəli xx.xx.2022-ci il tarixli 2 nömrəli forma arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 105.40 kv.m olan fərdi yaşayış evində İddiaçı, X54, X7, X22, X32, X33, X41, X24, X19, X42, X14, X20, X4, X10, X11, X47, X48, Cavabdeh, X34, X25, X49, X35, X43, X55, X56, X13 Murad Faiq oğlu pasport qeydiyyatındadırlar. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3924/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş X31 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5553/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü X26 və xx.xx.2003cü il təvəllüdlü X27 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 117 AZN olmaqla, iki uşağa görə ümumilikdə sabit pul məbləğində hər ay 234 AZN məbləğində alimentin cavabdeh X28 tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2254/2017 nömrəli xx.xx.2017ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7031/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6517/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2015-ci il tarixli 2(008)- 2781/2015 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, Cavabdeh və onun uşaqları xx.xx.2000-ci il təvəllüdlü Nicat və xx.xx.2003-cü il təvəllüdlü Eldarın Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi R.Qədimov küçəsi 5 saylı evə istifadə hüquqlarının tanınması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1647/2016 nömrəli xx.xx.2016cı il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6517/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-766/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin “X31 üzərində qəyyum təyin edilməsi barədə” xx.xx.2015-ci il tarixli 492 saylı sərəncamının ləğv edilməsi və X31 üzərində qəyyum təyin edilməsi məsələsinə Cavabdeh iştirakı təmin edilməklə yenidən baxılması vəzifəsinin Sabunçu rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2244/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərarının surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 766/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2637/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə (üçüncü şəxs İddiaçı) qarşı qəyyum təyin edilmə barədə sərəncamın ləğv edilməsi və qəyyum təyin edilmə tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2614/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2637/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-881/2018 nömrəli xx.xx.2018ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2614/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması qərara alınmışdır. - "xxxx" ASC tərəfindən verilmiş hesab-fakturanın surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixə 378.18 manat borcu vardır. - “Azəriqaz” İB tərəfindən verilmiş abonent saldosundan görünür ki, İddiaçı 2022-ci ilin iyul ayına 5715.50 manat borcu vardır. - təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. - təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. - təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. - təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. - Bakı şəhəri Sabunçu RİHB-nın Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1491 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 105.40 kv.m olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdən İddiaçı mülkiyyətindədir, evdə iddiaçı və cavabdehlə ilə birlikdə 27 nəfər qeydiyyatdadır, cavabdeh 2016-cı ildən qeydiyyatdadır. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Sabunçu RİHB-nın 66 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamının surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il təvəllüdlü X31 üzərində qəyyum təyin edilmişdir. - daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 105.40 kv.m olan fərdi yaşayış evinin xx.xx.2017-ci il tarixinə bazar dəyəri 54.000 manat təşkil edir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3281 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən tikililərin texniki pasportun məlumatları ilə uyğun gəldiyi müəyyən edilir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində tövlə, 8 tonluq su çəni və dəmir nərdivan faktiki olaraq mövcud olmadığı, tövlə tikilisinin, su çəninin və dəmir nərdivanın sökülüb çıxarılma əlamətlərinin olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, həyətyanı torpaq sahəsinin hüdudları daxilində iki ağacın olduğu müəyyən edilir. Cavabdeh yaşadığı ev köhnə təmirli vəziyyətdə olduğunu nəzərə alaraq həmin evdə hər hansı təmir-tikinti işlərinin aparılmadığı müəyyən edilir. Tədqiq olunan evin həyətyanı torpaq sahəsinin daxilində yerləşən tövlə tikilsinin, 8 tonluq su çəninin və nərdivanın sökülməsi nəticəsində İddiaçı zərərin dəydiyi müəyyən edilir. Lakin tövlə tikilisi, 8 tonluq su çəni və nərdivan söküldüyündən, faktiki olaraq mövcud olmadığından dəymiş zərərin miqdarını müəyyən etmək mümkün olmadı. - Abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin iyul ayına “Azəriqaz” İB-nə 6308.50 manat borcu vardır. - xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Vəkil hesabına 100 manat hüquqi yardım xərci ödənilmişdir. - xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Vəkil hesabına 100 manat hüquqi yardım xərci ödənilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 02-158/23 nömrəli xx.xx.2023-cü il tarixli qiymətləndirmə barədə hesabatdan görünür ki, ünvan 1 ünvanına yaxın ərazilərdə yerləşən birmərtəbəli köhnə təmirli vəziyyətdəki ayrı giriş-çıxışı və sanitar qovşağı olan evin təxminən ümumi sahəsi 35,0 kv.metr, yaşayış sahəsi 24,0 kv.metr olan 1 mətbəx və 1 yaşayış otağından ibarət sahəsinin orta kirayə haqqının dəyəri 1 ay üçün 150 manat təşkil edir. - Abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin avqust ayına “Azəriqaz” İBnə 6339.30 manat borcu vardır. - “Azəriqaz” İstehsalat Birliyi ilə cavabdeh İddiaçı arasında bağlanmış AKX- 05721xx/xx-2023 nömrəli xx.xx.2023-cü il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-721/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı məxsus **********10000 saylı abonent koduna əsassız olaraq hesablanmış 1908 (min doqquz yüz qırx səkkiz) manat məbləğində borcun cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinməsi qət edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8946 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105.40 kv.m mənzilin və ona oxşar şəraitli mənzilin bir aylıq icarə haqqının orta bazar qiyməti təxminən 250,00 manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İş materiallarından və işin müəyyən edilmiş hallarından da göründüyü kimi, mübahisələndirilən mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının qardaşının keçmiş arvadıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6517/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh və onun uşaqları xx.xx.2000-ci il təvəllüdlü Nicat və xx.xx.2003-cü il təvəllüdlü Eldarın Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi R.Qədimov küçəsi 5 saylı evə istifadə hüquqlarının tanınması qət edilmişdir. Hazırda məhkəmədə cavabdehin istifadə hüququnun olub-olmaması mübahisələndirilmir. İşin mübahisəli halı istifadə hüququna xitam verilməsi üçün ödənilməli olan kompensasiya ilə bağlıdır. Bununla bağlı ilk öncə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-ci il tarixli qərarında qeyd olunanlara nəzər yetirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 12 iyul 2016-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 12 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları mövcud olduğundan, mülkiyyətçi tərəfindən ona Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə əsasən istifadə hüququna xitam verilməsi üçün bazar qiymətinə uyğun kompensasiya ödənilməli idi. Belə ki, məhkəmə iclasında iddiaçı ilə cavabdeh mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün təklif olunan kompensasiya məbləği ilə bağlı razılığa gələ bilməmişlər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında iddiaya baxan birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Məhkəmə, iddiaçının kompensasiyanın məbləğini təklif edərkən mənzilin yerləşdiyi ərazidə real bazar qiymətlərini nəzərə almadığını qeyd edir və kompensasiyanın məbləğinin 5400 manat məbləğində təklif edilməsini ağlabatan və reallığa uyğun qiymət hesab etmir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh 5400 (beş min dörd yüz) manat kompensasiya verilməklə, onun xüsusi mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi istifadə hüquqlarına xitam verilməsi hissəsində rədd edildiyindən, həmin fərdi yaşayış evinin boşaldılaraq cavabdehin həmin yaşayış sahəsindən çıxarılması və evin onun sahibliyinə və istifadəsinə qaytarılması və bu barədə olan qətnamənin də Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş zərərin tutulması, Cavabdeh kompensasiya ödənilərək, onun xüsusi mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evinin boşaldılaraq yaşayış sahəsindən çıxarılması və evin onun sahibliyinə və istifadəsinə qaytarılmasının eyni zamanda icra olunması hissələrində də rədd edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində ona, himayəsindəki və qəyyumu olduğu qardaşı X54 ilə birlikdə X2nın evində yaşamağa məcbur olduğuna görə kirayə xərci kimi çəkdiyi 15450 manat, mülkiyyətindəki evin həyətində yerləşən əmlakların məhv olmasına görə 2000 manat vurulmuş zərərin əvəzinin Cavabdeh tutulub ona ödənilməsi hissələrində də əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı mübahisədə cavabdeh tərəfindən ona ziyan vurulmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan ziyanın nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Bundan başqa, ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində tövlə, 8 tonluq su çəni və dəmir nərdivan faktiki olaraq mövcud olmadığı, tövlə tikilisinin, su çəninin və dəmir nərdivanın sökülüb çıxarılma əlamətlərinin olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, həyətyanı torpaq sahəsinin hüdudları daxilində iki ağacın olduğu müəyyən edilir. Cavabdeh yaşadığı ev köhnə təmirli vəziyyətdə olduğunu nəzərə alaraq həmin evdə hər hansı təmir-tikinti işlərinin aparılmadığı müəyyən edilir. Tədqiq olunan evin həyətyanı torpaq sahəsinin daxilində yerləşən tövlə tikilsinin, 8 tonluq su çəninin və nərdivanın sökülməsi nəticəsində İddiaçı zərərin dəydiyi müəyyən edilir. Lakin tövlə tikilisi, 8 tonluq su çəni və nərdivan söküldüyündən, faktiki olaraq mövcud olmadığından dəymiş zərərin miqdarını müəyyən etmək mümkün olmadı. Belə olan halda, məhkəmə qeyd olunan hissələrdə iddia tələbini əsaslı hesab etmir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində su və qaz istifadəsinə görə toplanmış borcun əvəzi kimi ödənilməli olan 6686,78 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi hissəsində qismən əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya mülkiyyətindəki evdə yaşamağa maneçilik törətdiyi, mübahisəli evdə cavabdehin və uşaqlarının yaşadığı müəyyən edilmişdir. Belə olan halda, cavabdeh iddiaçının mülkiyyətindəki evdə istifadə etdiyi su və təbii qaza görə yaranmış borcu ödəməlidir. İş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində sudan istifadəyə görə xx.xx.2022-ci il tarixə 378.18 manat, təbii qazdan istifadəyə görə isə 2023-cü ilin iyul ayına 6308.50 manat borc yaranmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-721/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı məxsus **********10000 saylı abonent koduna əsassız olaraq hesablanmış 1908 (min doqquz yüz qırx səkkiz) manat məbləğində borcun cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinməsi qət edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində su və təbii qazdan istifadəyə görə yaranmış borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia qismən təmin edilməli, 6308.50 manat məbləğində borcdan məhkəmə qətnaməsinə əsasən silinmiş 1908 manat məbləğində borc çıxılmalı və təbii qazdan istifadəyə görə 4400.50 manat (63xx.xx-1908), sudan istifadəyə görə 378.18 manat borc olmaqla, cəmi 4778.68 manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində su və təbii qazdan istifadəyə görə Cavabdeh 4778.68 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 67.78 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, İddiaçı tərəfindən artıq ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalı, həmçinin, məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 160 manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək tutulmalı və X6, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində su və təbii qazdan istifadəyə görə Cavabdeh 4778.68 manat məbləğində pul və 67.78 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 160 manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək tutulsun və X6, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddiaçı tərəfindən hüquqi xidmət göstərilməsi üçün vəkilin hesabına köçürülmüş 200 manat, vəkilə etibarnamə verilməsi üçün ödənilmiş 28,75 manat, habelə iddianın təmin edilməyən hissəsində dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar