Məhkəmə qərarları › İş №2(008)-1280/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1280/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1280/2022 03.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X7, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin vəkili və nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Samara vilayət notarial dairəsinin Samara notariusu X4rşı etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Samara vilayət notarial dairəsinin Samara notariusu X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Rusiya Federasiyasının Samara vilayət notarial dairəsinin Samara notariusu X6 Azərbaycan vətəndaşı Cavabdeh1 adına 06.07.2021-ci il tarixdə vermiş olduğu ** AA ***7397 №-li etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş Cavabdeh1 adına 06.07.2021-ci il tarixdə Rusiya Federasiyasının Samara vilayət notarial dairəsinin Samara notariusu X11 tərəfindən təsdiqlənmiş Azərbaycan Respublikası vətəndaşı, vəkil X3 ** AA ***7397 №-li etibarnamə verərək, digər hüquqlarla yanaşı, məhkəmədə onun hüquqlarını təmsil etməyi həvalə etmişdir. Vəliyeva X8 Respublikası vətəndaşı olduğu halda, etibarnaməni Rusiya Federasiyasının vətəndaşına məxsus pasportun sahibi kimi imzalamışdır, halbuki Azərbaycan Respublikasında ikilik vətəndaşlıq qanunla qadağan edilir. Bundan başqa, Cavabdeh1 yerinə etibarnaməni Mustafayeva Marina imzalamışdır o səbəbdnə ki, Mələk xəstədir. İddiaçıda olan məlumata görə Mələk xəstə deyi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi X5 izahat verərək qeyd etdi ki, hazırki iş üzrə cavabdeh tərəfindən hazırki iddiaçıya qarşı iddia qaldırılıb, həmin prosesdə nümayüəndə mübahisə predmeti olan etibarnamə ilə Cavabdeh1 məhkəmədə təmsil etmək hüquqlarını vəkilə vermişdir. İddiaçı həmin məhkəmə işini uzatmaq niyyətilə hazırki iddianı qaldırmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Cavabdeh1 İddiaçı və digər iki cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 938 keçid küçəsi, 32 saylı evin 55 saylı mənzilindən özlərinə məxsus əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin iddiaçıya təhvil verilməsi və cavabdehlərin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan hesab edilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin icraatında olan adıçəkilən mülki işdə Cavabdeh1 Rusiya Federasiyasının vətəndaşı kimi onun təmsil etmək üçün vəkil X3 etibarnamə vermişdir. Həmin etibarnaməni Cavabdeh1 xəstə olması ilə əlaqədar onun iştirakı ilə Mustafayeva Marina imzalamışdır. İddiaçı hesab edir ki, həmin etibarnamə etibarsızdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, adıçəkilən etibarnamə qanuna uyğun tərtib edilmədiyi halda tərəf etibarnamə təqdim edilən məhkəmə icraatında X1 hesab edilməsi barədə vəsatət verməlidir. Məhkəmə hesab edir ki, adıçəkilən etibarnamə müstəqil iddia predmet ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Rusiya Federasiyasının Samara vilayət notarial dairəsinin Samara notariusu X6 Azərbaycan vətəndaşı Cavabdeh1 adına 06.07.2021-ci il tarixdə vermiş olduğu ** AA ***7397 №-li etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar