Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1307/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2 qızının, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehnə qarşı əmrin ləğv edilməsi, əmək haqqının ödənilməsi və işə bərpa tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehnə (sonradan - Azərterminalkompleks) məhkəmədə iddia qaldıraraq əmək müqaviləsinə xitam verilməsinə dair 23001390 ş №-li, 11.11.2021-ci il tarixli əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2005-ci ildən DGK əməliyyat axtarış idarəsində müxtəlif ərazilərdə və fərqli-fərqli vəzifələrdə nümunəvi əməkdaş olaraq xidmət etmişdir. 29.06.2020-ci il tarixli, 1000/346Ş əmri ilə DGK nin Cavabdeh gömrük infrastrukturunun mühafizəsi xidməti üzrə Bakı şöbəsinin böyük mühafizəçisi vəzifəsinə keçirilmiş, 23001390 ş №-li, 11.11.2021-ci il tarixli əmr ilə həmin vəzifədən xaric edilmidir. Komitədə işləyən zaman Zamanov Razim və kadrlar şöbəsinin rəisi Hacıyev Abbasla birlikdə dəfələrlə iddiaçıya üzbə-üz və Whatsaap proqramı vasitəsilə hədə qorxu gələrək ərizə yazaraq işdən çıxmağını tələb emiş, 19.10.2021-ci il tarixdə Hacıyev Abbas 5 gün ərzində könüllü işdən çıxmadığı halda maddə ilə işdən çıxarılacağını bildirmişdir. İddiaçı könüllü çıxmaq istəmədiyini bildirmiş və işdən azad olması barədə əmri tələb etmiş, əmrin ona poçt vasitəsilə çatdıralacağı deyilmişdir. İddiaçı sonradan bilmişdir ki, 21.10.2021-ci il tarixdə xidməti yerində olmadığı üçün “Gömrük orqanlarında Xidmət haqqında” əsasnamədə nəzərdə tutulmuş müvafiq maddə ilə işdən azad edilmişdir. 16.11.2021-ci il tarixdə DGK-nin sədrinə müraciət ünvanlamışdır. Müraciətə cavab olaraq ona bildirilmişdir ki, iddiaçı işlədiyi dövrdə 21.10.2021-ci il tarixdən 03.11.2021-ci il tarixədək üzrlü səbəb olmadan işə çıxmadığından, əvvəllər tədbiq edilmiş intizam tənbehindən nəticə çıxartadığından işdən azad olmuşdur. Cavabdeh tərəfindən iddiaya etiraz təqdim edilmişdir. Həmin etiraz onunla əsaslandırılmışdır ki, Birliyin Gömrük nəzarəti zonalarında dayanacaq və tərəzi xidməti işinin təşkili şöbəsinin rəisi, gömrük xidməti polkovniki İlkin Əhmədin xidməti zərurətlə əlaqədar Birliyin Gömrük nəzarəti zonalarında dayanacaq xidməti işinin təşkili üzrə “Samur” şöbəsinə təhkim edilən İddiaçı 21.10.2021-ci il tarixdə heç bir səbəb göstərmədən və heç bir məlumat vermədən xidmət yerinə çıxmaması barədə 22.10.2021ci il tarixli raportu daxil olmuşdur. Qeyd olunan raportun araşdırılması məqsədilə, Birlik tərəfindən Dövlət Gömrük Komitəsinin Daxili təhlükəsizlik İdarəsinə müvafiq məktub göndərilmişdir. Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsi tərəfindən tərtib edilmiş və Gömrük Komitəsinin sədri tərəfindən təsdiq edilmiş 10.11.2021-ci il tarixli 34/190/053288 nömrəli “Arayış”da müəyyən edilmişdir ki, xidməti zərurətlə əlaqədar Birliyin Gömrük nəzarəti zonalarında dayanacaq xidməti işinin təşkili üzrə “Samur” şöbəsinə təhkim edilən İddiaçı 21.10.2021-ci il tarixdən 03.11.2021 -ci il tarixədək işlədiyi orqana üzrlü səbəb təqdim etmədən işə çıxmamış, məlumatlandırılmasına baxmayaraq, barəsində aparılan xidməti araşdırmada iştirak etməmiş, iş yeri ilə əlaqəni itirmiş, bununla da iş rejiminin və həmin hərəkət və ya hərəkətsizliyi nəticəsində müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur. İddiaçının barəsində əvvəllər də irad tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etdi ki, o, həqiqətən 21.10.2021-ci il tarixdən 03.11.2021-ci il tarixədək işə çıxmamışdır, amma üzrsüz səbəbdən deyil, kadrlar şöbəsinin rəisinin onun işdən azad olunduğu və əmrin ona poçt vasitəsilə göndəriləcəyi barədə məlumat verdiyinə görə. Ondan vais kartı alınmışdır, o, istəsə də, vais kartı olmadan əraziyə daxil ola bilməzdi. Əmri alandan sonra mübahisələndirmək niyyətində idi. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə etirazın məzmununan uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 100/01/004 №-li 30.01.2013-cü il tarixli qərarı ilə Azərterminalkompleksin Əsasnamsəi təsdiq edilmişdir. Həmin qərar 07.02.2013-cü il tarixdə **********1004 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 29.06.2020-ci il tarixli, 1000/346Ş əmri ilə DGK nin Cavabdeh gömrük infrastrukturunun mühafizəsi xidməti üzrə Bakı şöbəsinin böyük mühafizəçisi vəzifəsinə keçirilmişdir. Azərterminalkompleksin direktorunun: 27.08.2020-ci il tarixli 2300/236ş əmri ilə işə çıxmadığına görə törətdiyi xəta onun nəzərinə çatdırılmış və gələcəkdə oxşar xətalara yol verəcəyi təqdirdə ciddi intizam məsuliyyətinə cəlb edilməsi haqqında xəbərdarlıq edilmişdir; 21.05.2021-ci il tarixli, 2300/147ş №-li əmri ilə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə irad tutulmuşdur. Azərterminalkompleksin gömrük nəzarəti zonalarında dayanacaq və tərəzi xidməti işinin təşkili şöbəsinin rəisi, gömrük xidməti polkovniki İlkin Əhmədin xidməti zərurətlə əlaqədar Birliyin Gömrük nəzarəti zonalarında dayanacaq xidməti işinin təşkili üzrə “Samur” şöbəsinə təhkim edilən İddiaçı 21.10.2021-ci il tarixdə heç bir səbəb göstərmədən və heç bir məlumat vermədən xidmət yerinə çıxmaması barədə 22.10.2021-ci il tarixli raport Azərterminalkompleksinə göndərilmişdir. Bununla əlaqədar Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsi tərəfindən araşdırma aparılmış, 10.11.2021-ci il tarixli 34/190/053288 nömrəli arayış tərtib edilmiş, həmin arayış Gömrük Komitəsinin sədri tərəfindən təsdiq edilmişdir. Arayışa əsasən İddiaçı 21.10.2021-ci il tarixdən 03.11.2021 -ci il tarixədək işlədiyi orqana üzrlü səbəb təqdim etmədən işə çıxmamış, məlumatlandırılmasına baxmayaraq, barəsində aparılan xidməti araşdırmada iştirak etməmiş, iş yeri ilə əlaqəni itirmiş, bununla da iş rejiminin və həmin hərəkət və ya hərəkətsizliyi nəticəsində müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur. Azərterminalkompleks direktorunun 11.11. 2021-ci il tarixli 2300/390Ş nömrəli əmri ilə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini təkrarən kobud şəkildə pozduğuna görə İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Hazırda iddiaçı həmin əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın rədd edilməsini qanuni və əsaslı hesab edir. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 64-cü maddəsinə əsasən gömrük orqanlarında xidməti intizam gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının və bilavasitə tabe olduqları rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Həmin Əsasnamənin 69-cu maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 -ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:
1. irad;
2. töhmət;
3. sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
4. aşağı vəzifəyə keçirilmə;
5. xüsusi rütbənin bir pillə aşağı salınması;
6. vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir);
7. gömrük orqanlarından xaric etmə;
8. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. Bu Əsasnamənin 69-1 -ci maddəsinə əsasən, Əsasnamənin 69-cu maddəsinin 7ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Cavabdeh haqqında Əsasnamə”nin 5.9.15-ci yarımbəndinə əsasən Cavabdeh direktoru Birlikdə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması ilə bağlı fəaliyyəti həyata keçirir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçı həqiqətən 21.10.2021-ci il tarixdən 03.11.2021 -ci il tarixədək iş yerində olmamışdır, iddiaçı özü də bu halı təsdiq edir. Lakin iddiaçının mövqeyinə görə, o, şifahi olaraq işdən kənarlaşdığından xidməti yerinə gedə bilməmişdir. Buna dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hətta iddiaçı hər hansı bir səlahiyyyətli əməkdaş tərəfindən onun işdən kənarlaşdığı bildirmiş olsaydı belə, o, əmri rəsmi qaydada almadan iş yerinə getməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Tahirə Əsədova