Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1313/2025 17.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakları ilə, Ərizəçi 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisi maraqlı şəxs qismində qeyd edilməklə mirasın qəbulu müddətinin uzadılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisini maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək v ərhum həyat yoldaşı X3 vərəsəliyini qəbul etməsi üçün, qanunla müəyyən edilmiş mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbi onunla əsaslandırmışdır ki, o, X5 ilə nikahını rəsmiləşdirməklə ailə qurmuşdur. X5 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Mərhum həyat yoldaşından miras olaraq "xxxx" ASC-də 12 ədəd səhmi qalmışdır. Həmin səhmlərin alınması üçün miras əmlak olaraq vərəsəliik şəhadətnaməsi almaq üçün 4 saylı Bakı Asan Xidmət Mərkəzinin 4 Saylı Notariat ofisinə müraciət etdi. Lakin 4 Saylı Notariat ofisindən onun mərhum həyat yoldaşı X2 miras qalmış əmlak üçün vərəsəlik şəhadətnaməsinin verilməsi üçün 6 aylıq müddəti ötürdüyü bildirildi. Bu səbəbdən də ona həmin müddətin bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, yoldaşı qəfldən öldüyündən o, depressiya yaşadı, uzun müddət müalicə aldı, bu səbəbdən vaxtında notariusa müraciət edə bilmədi. Məhkəmə ərizəçinin izahatının dinləyib, iş materiallarının arşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi (sonradan – ərizəçi) xx.xx.1961 -ci il tarixdə Zəngilan rayonunda doğulmuş, məcburi köçkün kimi Bakı şəhəri, Sabunçu rayonunda məskunlaşmışdır (AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, AA seriyalı 229702 №-li məcburi köçkün vəsiqəsi, Sabunçu RİH başçısının Ramana qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış). Ərizəçi və X5 xx.xx.1981-ci il tarixdə nikahlarını bağlamışdılar (İİ-JQ seriyalı 409158 №-li nigahın bağlanması haqqında şəhadətnamə). Onların üç uşaqları var: xx.xx.1985-ci il tarixdə doğulmuş X7, xx.xx.1986-cı il tarixdə doğulmuş X6, xx.xx.1982-ci il tarixdə doğulmuş X4 ( 374624, 498153 və 463570 №-li doğulm haqqında şəhadətnamələr, Sabunçu RİH başçısının Ramana qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış). X5 xx.xx.2019-cu il tarixdə ölmüşdür (AZ-İİ seriyalı 001957 №-li ölüm haqqında şəhadətnamə). Onun öldüyə günə mülkiyyətində aşağıdakı əmlak olmuşdur: "xxxx" ASC-də 12 ədəd səhmi ("xxxx" ASC-də 12 ədəd səhmi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış). Ərizəçi xx.xx.2024-cü il tarixdə 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinə müraciət edərək vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin ərizəçiyə miras qoyan şəxsin vəfatından 6 ay keçdiyindən mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Ərizəçinin üç uşağı atalarından sonra qalmış miras əmlakı qəbul etmədiyi və etmək niyyətində olmadığı barədə ərizələr imzalamış, imzaları 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinin notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmişdir. Hazırda ərizəçi mərhum ərinə məxsus olmuş əmlakın qəbul edilməsi müddətinin bərpa edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizəçi miras qoyanın birinci növbə olan vərəsəsi olduğundan, vərəsəliyin qəbulunda mübahisə olmadığından, ərizəçi xəstəliyi səbəbindən vaxtında müraciət etmədiyindən ərizə təmin edilməli və miras əmlakların qəbul edilməsi müddəti ona nisbətdə bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2019-cu il tarixində ölmüş X2 qalmış miras əmlak - "xxxx" ASC-də 12 ədəd səhmin qəbul edilməsi müddəti Ərizəçi nisbətdə bərpa edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1313/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1313/2025
17.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver