Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1351/2025 24.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (dəqiqləşdirilmiş tələblə) Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, ******* №-li akta əsasən dəymiş zərər kimi müəyyən olunan 1317,60 manat və xx.xx.2018-ci il tarixli, ******* №-li akta əsasən dəymiş zərər kimi müəyyən olunan 1944 manat borc məbləğlərinin **********00020 №-li abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən evinə quraşdırılmış qaz sayğacı ona məlumat verilmədən xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixlərdə dəyişdirilmiş və bu bardə ******* və ******* nömrəli aktlar tərtib edilmişdir. Özü və ailəsi 2016-cı ildən indiyə kimi həmin ünvanda yaşamırlar. Belə ki, işi ilə əlaqədar olaraq ailəsi ilə birlikdə yaşamaq üçün Qusar rayonuna köçmüşdür. 2017-ci il tarixdə isə sözügedən evi tamamilə sökdürüb, sonralar isə orada yeni ev tikdirməyə başlamışdır. Evin tikinti-təmir işləri bir neçə ay olar ki tamamlanıb. Bir müddət əvvəl müəyyən etdi ki, onun adına olan **********00020 №-li abonent hesabında 3261,60 manat borc yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə orada sənədlər təqdim edildi. Təqdim edilmiş 2017-ci il tarixli və 29/1710- 01189/3-3 nömrəli, xx.xx.2018-ci il tarixli “sayğacın dövlət yoxlamasından keçirilməsi barədə” aktlara əsasən evindən çıxarılan sayğac yoxlamadan keçmiş, yoxlamanın nəticəsi olaraq sayğacın çıxış plastmas borusunun deşik olması və kipləşdirici rezinin çıxarılması qeyd edilmişdir. xx.xx.2017-ci il tarixli, ******* №-li və xx.xx.2018-ci il tarixli, ******* №-li aktdan, eləcə də xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli tələbnamələrdən aydın oldu ki, Cavabdeh əməkdaşları evindən çıxarılan qaz sayğacının istismara yararsız olması səbəbindən 6588 və 9720 kubmetr qaz itkisini dəymiş ziyan kimi hesablamışlar. Göründüyü kimi Cavabdeh əməkdaşları ona heç bir məlumat vermədən, qaz sayğacını başqa sayğacla əvəz etmiş, sayğacda aşkarlanan qüsurlara görə onun təqsirini sübut etmədən, birinci dəfə 6588 və ikinci dəfə 9720 kubmetr qaz itkisi hesablamış və onun abonent hesabına ümumilikdə 3261,60 manat borc yazmışlar. Evindən çıxarılmış qaz sayğacında baş verən nasazlığ onun müdaxilə və ya səhvi ucbatından baş verməyib. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ünvan 1 ünvanı üzrə **********00020 nömrə ilə abonent kimi Cavabdehndə qeydiyyat alınmışdır. İddiaçıya məxsus sayğac xx.xx.2017-ci il tarixli ******* №-li Akta əsasən çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Çıxarılmış sayğac laboratoriyaya yoxmanılmağa gönədrilmişdir. İddiaçıya məxsus sayğac Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və 2017-ci il tarixli 29/1710-01189/3-3 №-li akta əsasən “sayğacın çıxış plastmas borusunun deşik olması və kipləşdirici rezinin çıxarılması” olması, sayğacın istismara yararsız olması qeyd edilmişdir. xx.xx.2017-ci il tarixli ******* №-li Akta əsasən İddiaçı məxsus ünvanda quraşdırılmış sayğaca müdaxilənin edilməsinin aşkar olunması nəticəsində dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. xx.xx.2017-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, həmin qüsura əsasən 6588 kub metr itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, həmin akta əsasən iddiaçıya 1317,60 manat zərər hesablanmışdır. Quraşdırılmış yeni sayğac yenidən laboratoriyaya yoxmanılmağa gönədrilmişdir. Həmin sayğac Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və xx.xx.2018ci il tarixli 29/1710-01189/3-3 nömrəli akta əsasən «sayğacın çıxış plastmas borusunun deşik olması və kipləşdirici rezinin çıxarılması» və sayğacın istismara yararsız olması qeyd edilmişdir. xx.xx.2018-ci il tarixli, ******* №-li Akta əsasən İddiaçı məxsus ünvanda quraşdırılmış sayğaca müdaxilənin edilməsinin aşkar olunması nəticəsində dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. xx.xx.2018-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, həmin qüsura əsasən 9720 kub metr itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, həmin akta əsasən iddiaçıya 1944 manat zərər hesablanmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən iki akt üzrə hesablanmış borcun silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə, istehlakçının təqsirinə dair cavabdeh tərəfindən sübut təqdim edilmədiyinə görə iddiaçı məsuliyyət daşımır və həmin aktlar əsasında hesablanmış məbləğlər iddiaçıdan istənilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 №-li xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1317,60 manat və 1944 manat, cəmi 3261,6 manat məbləğ iddiaçının abonent kodundan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa səasən istehlakçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir, 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edlidiyi dövlət rüsumu, iddia tələblərini təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə hesab edir ki, 52,61 manat dövlət rüsumu Cavabdehndan dövlət mədaxilinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbayjan Respublikasının Mülki Prosessual Məjəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən evin **********00020 №-li abonent kodundan xx.xx.2017-ci il tarixli, ******* №-li akta əsasən dəymiş zərər kimi müəyyən olunan 1317,60 manat və xx.xx.2018-ci il tarixli, ******* №-li akta əsasən dəymiş zərər kimi müəyyən olunan 1944 manat, cəmi 3261,6 manat borc məbləğləri silinsin. 52,61 manat dövlət rüsumu Cavabdehndan dövlət mədaxilinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1351/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1351/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver