Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1353/2024 29.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə xx.xx.2011-ci il tarixdə adına quraşdırılmış abunə kodu **********200086 olan elektrik sayğacı əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış 2256 (iki min iki yüz əlli altı) manat elektrik enerjisi istehlakı borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, yaşadığı ünvan 1 nömrəli fərdi həyət evində sonuncu sayğac dəyişmələri nəzərə alınmaqla xx.xx.2011-ci il tarixdə İddiaçı (onun) adına **********200086 abunə kodu olan elektrik sayğacı quraşdırılmışdır. Elektrik enerjisi sərfiyyatı üzrə istifadə olunan kommunal məbləğlər, dövlət tərəfindən müəyyən edilmiş qaydalar nəzərə alınmaqla daima, vaxtlı-vaxtında ödənilmişdir. Lakin, xx.xx.2023cü il tarixdə cavabdehin ərazi üzrə nəzarətçisi tərəfindən “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” 601143 nömrəli Protokol tərtib edilərərək, 2011-ci ildə quraşdırılmış 12343787 nömrəli, tipi M-310 A10-80 V 220 göstərici 33875, dövlət möhürü 295323, alt qapaq möhürü 938711 olan əvvəlki sayğacı götürərək, yerində yeni 22127827 nömrəli, tipi M-600 A5100 V220, göstərici 00000, dövlət möhürü 2444933, alt qapaq möhürü ******* nömrəsi olan elektrik sayğacını 036321 nömrəli Akt əsasında quraşdırmış, elektrik xətti yeni sayğaca quraşdırılmışdır. Əvvəlki sayğacı çıxarıb, dəyişən zaman iştirakı ilə sayğacın fotoşəkili çəkilmişdir. Sayğacın hər iki möhürü salamat şəkildə yoxlamaya göndərilmiş, lakin sonradan laboratoriyadan verilmiş məlumata əsasən cavabdeh tərəfindən bildirilmişdir ki, sayğaca müdaxilə olunduğundan aylıq elektrik enerjisi sərfıyyatında ödəmələr az olmuşdur. Cavabdehin nümayəndəsi dərhal ünvanda quraşdırılmış sayğacdan elektrik xəttini ayırmış və nəticədə ailəsi elektrik enerjisi sərfiyyatından hal-hazıradək istifadə edə bilmir. Aidiyyəti üzrə Bakıxanov qəsəbəsində yerləşən "xxxx" ASC-nin yerli təşkilatına müraciət etdikdə, bidirmişlər ki, 2011-ci ildən 2023-cü ilin dekabr ayı da daxil olmaqla istehlakçı kimi ona 2256 manat borc hesablanmışdır. Rəis demişdir ki, ilkin olaraq borcdan 1000 manat ödəməlisən ki, elektrik enerjisindən istifadə edə biləsən, qalan borcu isə 3 ay müddətində hissə-hissə ödəməyi məsləhət bilmişdir. Cavabdehin hərəkətlərini əsassız hesab edirəm, belə ki, hər ay sayğac göstəricilərinə uyğun olaraq ödənişlər etmişdir. 12 il müddətinə bir dəfə də olsa elektirik enerjisi sərfıyyatına görə problem yaşamamışdır. Hazırda isə əvvəlki sayğaci yenisi ilə əvəz edəndə və əvvəlki sayğacın möhürünün salamatlığı bildirilsə də, sayğaca hər hansı müdaxilənin olması mümkün ola bilməz. Lobaratoriya sənədlərini tələb etsəm də, cavabdeh ona bu barədə heç bir sənəd təqdim etməmişdir. İllər ərzində sərfiyyata dair çıxarışdan məlum olur ki, elektrik sayğacı saz vəziyyətdə olmuş və işləmişdir. Hər ay sahə nəzarətçisi tərəfindən enerji sərfiyyatına dair qoyulmuş qəbzlər üzrə etdiyi ödənişlər çıxarışda əks olunmuşdur. Mübahissənin məhkəmədən kənar həlli mümkün olmamışdır. Cavabdeh tərəfindən fərdi həyət evində xx.xx.2011-ci il tarixdə adıma quraşdırılmış **********200086 abunə kodu elektirik sayğacı əsasında əsassız hesablanmış 2256 manat elektirik enerjisi istehlakı borcunun silinməsi barədə, istehlakçı olaraq hüquqlarının pozulması səbəbindən məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ona məxsus saldodan sözügedən akta əsasən ona 2255.71 manat borc yazıldığından iddia tələbini həmin hissədə müdafiə etdiyini bildirmişdir. Həmçinin, onun tərəfindən sayğaca hər hansı bir müdaxilə edilmədiyini, lobaratoriya işçisi tərəfindən müdaxilə edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan **********20086 nömrəli abonent İddiaçı adına olan saldodan görünür ki, iddiaçıya EİQ pozulması səbəbindən iddiaçıya 2023-cü ili dekabr ayında qalıq və aktlar üzrə 2255.71 manat borc hesablanmışdır. 036321 nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindın görünür ki, cavabdehə məxsus əməkdaşlar tərəfində İddiaçı məxsus sayğaca baxışı zamanı müəyyən edilmişdir ki, sayğac müdaxiləlidir və dövrədən keçən yükü düzgün qeyd etmir. Belə ki, sayğacın üst örtük qapağı gövdə hissədən aralı vəziyyətdədir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, sayğac müdaxiləli olduğu və dövrədən keçən yükü düzgün qeyd etmədiyindən 2255.71 manat cərimə borcu yazılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən elektrik sayğacına hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qanunun 17-ci maddəsində qeyd edilmişdir ki, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – Qaydanın) 1.1-ci maddəsində məişət abonentinə (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı olması barədə anlayış verilmişdir. Qaydanın 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydanın 8.32-ci bəndində göstərilmişdir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydanın 8.33-cü bəndində göstərilmişdir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qərarın 7.10-cu bəndində göstərilmişdir ki, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qərarın 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları A.Hüseynov, Y.Salahov, M.Əliyev və X.Cavadov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM 036321 nömrəli Akt sayğacdan yaranmış nasazlıq ilə bağlı olmuşdur. Məhkəmə iclasında sayğacda yaranmış nasazlıqın məhz iddiaçının təqsiri üzündən olması öz təsdiqini tapmadığından həmin akta əsasən yazılmış borc silinməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM 036321 nömrəli akt əsasında elektrik sayğacı abonentinin hesabına əsassız yazılmış 2255.71 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən **********20086 saylı abonent İddiaçı xx.xx.2023-cü il tarixli NDM 036321 saylı akt əsasında hesablanmış 2255.71 (iki min iki yüz əlli beş manat, yetmiş bir qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1353/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1353/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver