Məhkəmə qərarları › İş №2(008)-1357/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1357/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1357/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçının Cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi, borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi AKT NDM № 029386 nömrəli aktın etibarsız hesab edilərək ləğv edilməsi və elektrik enerjisi üzrə abonent kodu **********30058 olan, elektrik enerjisinə görə "xxxx" ASC tərəfindən əsassız hesablanmış 904,73 manat məbləğində borcun hesab kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailəsiylə birlikdə yaşayır və həmin ünvan üzrə elektik enerjisi üzrə **********30058 saylı abonent istifadəçisidir. Elektrik enerjisindən istifadəyə uyğun olaraq aylıq ödənişləri tam şəkildə ödəyir, hər hansı bir borcu da olmamışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları yaşadığı ünvanda quraşdırılmış **********0M PAUD nömrəli sayğaca iddiaçının iştirakı və xəbəri olmadan baxış keçirmiş, bununla bağlı AKT NDM № 029386 nömrəli akt tərtib etmişlər. Həmin aktda, qeyd olunur ki, sayğaca baxış keçirilən zaman məlum oldu ki, fərdi yaşayış evindən sayğac sxemindən kənar xəttindən istifadə edilir. Sayğacın çıxış yan xətti açıq vəsiyyətdədir. Cavabdeh təşkilat tərəfindən təqdim edilən abunə haqqında invoysda tərtib edilmiş əsassız akta görə 904,73 manat borcun hesablanması məlum oldu. Hesablanmış həmin borc məbləği ilə razılaşmadığından bununla bağlı cavabdeh təşkilata müraciət edərək əsassız hesablanmış borcun silinməsini tələb etsə də, heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən hesablanmış borc tamamilə əsassızdır. Tərəfindən sayğaca hər hansı bir müdaxilə və kənar xətt qoşulması olmayıb. Yaşadığı evə quraşdırılmış sayğaca baxış keçirilən zaman akt tərtib edilib imzalanarkən "xxxx" ASC-nin əməkdaşları tərəfindən qanun pozuntusuna yol verilmişdir və həmin pozuntular aktın etibarsız hesab edilməsi üçün əsasdır. Belə ki, həmin akt tərtib edilən zaman abonent kimi iştirakı olmamış və tərəfindən imzalanmamışdır. Aktda isə, abonentin nümayəndəsi kimi azyaşlının iştirak etməsi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi kip, bir neçə gün ərzində məcburiyyətdən kənar xətdən istifadə etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərk, onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatların dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ünvan 2 ünvanında **********30058 №-li kodla abonent kimi qeydiyyat alınmışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları yaşadığı ünvanda quraşdırılmış **********0M PAUD nömrəli sayğaca baxış keçirmiş və AKT NDM № 029386 nömrəli aktla nəticəni rəsmiləşdirmişdilər. Həmin akta əsasən sayğac sxemindən kənar qaz xətti yuvasından naqil götürülərək evi qidalandıran xəttə qoşulmuşdur. xx.xx.2022-ci il tarixdə 180 gün götürülərək 6955 kvts elektrin enerjisi itkisi hesablanmış və iddiaçıya 904 manat itirilmiş enerji sərfiyyatı yazılmışdır. Hazırda iddiaçı aktın ləğv edilməsini və hesablanmış 904,73 manatın silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın: 7.4-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.6-cı maddəsinə görə enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.1-ci bəndinə uyğun olaraq dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsi abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Qeyd edildiyi kimi, iddiaçı özü də kənar xəttin olduğunu inkar etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia AKT NDM № 029386 ləğv edilməsi hissəsində rədd edilməlidir. Lakin, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən itirilmiş sərfiyyat 180 gün üçün hesablanmasına hər-hansı əsas olmamışdır. Məhkəmə hesab edir ki, itirilmiş sərfiyyat 30 günlük hesablanmalıdır (2,3 x 0,7 x 24 x 30) x 0,13 manat = 150.69 manat). Odur ki, məhkəmə hesab edir ki, iddia 754,04 manatın silinməsi hissəsində təmin, 150,69 manatın silinməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli, NDM 019326 №-li Aktdan irəli gələn 754,04 manat borc İddiaçı hesab kodundan silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar