Məhkəmə qərarları › İş №2(076)-292/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-292/2024

14.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-292/2024 14.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, İlkin idia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “evdən cehiz əşyaları ilə birlikdə çıxarılma və evə köçürülmə” tələbinə dair ilkin; İddiaçı Cavabdeh İddiaçı qarşı şəxsi mülkiyyətdə olan fərdi yaşayış evindən istifadə hüququnun müəyyən müddətə saxlanılması” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanda yerləşən, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməyinə, Cavabdeh əşyaları ilə birlikdə həmin evdən çıxarılması, 100+1 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən ilk iddiaçıya qarşı qaldırmış olduğu xx.xx.2015-ci il təvəllüdlü Zamiq adlı uşağının və iddiaçının ünvan 1 ünvanda yerləşən, ilkin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən müəyyən müddətə istifadə hüquqlarının saxlanılması dair qarşılıqlı iddianın icraata qəbul edilməsi, ilkin iddiaçının ona qarşı qaldırdığı ünvan 1 ünvanda yerləşən özünün mülkiyyətində olan evinə kpçürülməsəi, onun isə cehiz əşyaları ilə birlikdə həmin evdən çıxarılmasına dair tələbinə dair ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın, yəni xx.xx.2015-ci il təvəllüdlü Zamiq adlı uşağının və iddiaçının ünvan 1 ünvanda yerləşən, ilkin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən müəyyən müddətə, yəni 9 il müddətı istifadə hüququnun saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-594/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Məhəmməd oğlunun Şəmkir rayonun Tatarlı kəndində yerləşən cavabdeh X2 yaşadığı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qeyd edilən qətnamədə iddiaçının köçürülməsinin qərara alındığı ünvan ilə iddiaçının hazırda köçürülməsini tələb etdiyi ünvan eynidir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-594/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qətnamə mövcud olduğundan və həmin qətnamə qanuni qüvvədə olduğundan, bununla da eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvədə olan qətnaməsi olduğundan, ilkin iddia tələblərinin iddiaçının ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsində iş üzrə icraata xitam verilməli və ilkin iddia tələblərinə qalan hissəsinə məhkəmə tərəfindən olduğu kimi baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “evdən cehiz əşyaları ilə birlikdə çıxarılma və evə köçürülmə” tələbinə dair ilkin iddia ərizəsinin “evə köçürülmə” tələbinə dair hissəsində mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar