Məhkəmə qərarları › İş №2(008)-1376/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1376/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1376/2022 31.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barəldə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin tərəfindən tərtib edilmiş 09.12.2021-ci il tarixli, NDM seriyalı 027153 №-li aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 2365 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan aktla razı deyi., bu səbəbdən Energetika Nazirliyinin qaynar xəttinə zəng etmiş, onlar tərəfindən 16.12.2021-ci il tarixdə yerində baxış keçirilmiş, aktın əsassız olduğu sübut olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərk, onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatların dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhəri, Maştağa qəsəbəsi, bağ evi 155K iddiaçının mülkiyyətindədir (1420365 №-li Çıxarış). Həmin evin zirzəmi hissəsində bağırsaq sexi fəaliyyət göstərir, quraşdırılmış sayğac üzrə abonent kimi X4 qeydiyyata düşmüş olsa da, həmin sayğac üzrə bütün ev elektrik enerjisi ilə təmin olur. Bu səbəbdən iddianı abonent deyil, mülkiyyətçi qaldırmışdır. 09.12.2021-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və NDM seriyalı 027153 №-li aktla rəsmiləşdirilmişdir. Akta əsasən istehlakçı tərəfindən elektrik enerjisindən sayğacdan kənar istifadə edilməsi, kənar xəttin qidalandırıcı kabelin izolyasiyasının pozulması suvağın altında budaqlanma yolu ilə çəkilməsi aşkar edilmişdir. Adıçəkilən akt abonentin «nümayəndəsi» Telman Ənsərovun iştirakı tərtib edilmiş, Telman Ənsərov aktı imzalamaqdan imtina etmişdir.Telman Ənsərovun abonentin nümayəndəsi olmasına dair hər hansı bir etibarnamə mövcud olmamışdır. "xxxx" ASC-nin 10.12.2021-ci il tarixli hesablama sənədi əsasında 21289 kvts enerjinin itirilməsinə görə 2365 manat məbləğində itirilmiş sərfiyyat hesablanmışdır. Sonradan iddiaçı Energetika Nazirliyinin qaynar xəttinə zəng etmiş, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı filialını (sonradan – Agentlik) əməkdaşları tərəfindən yerində baxış keçirilmiş, həmin baxış 16.12.2021-ci il tarixli 20/21E-0661 №-li Aktla rəsmiləşdirilmişdir. Həmin Aktdan görünür ki, sayğacın giriş xəttinin suvaq altı çəkildiyi üçün kəner xətt şübhəsi yaranmış, suvaq altı çəkilmiş giriş xətti çıxarılmış və müdaxilə izləri aşkar edilməmişdir. Agentlik tərəfindən bu barədə "xxxx" ASC-yə məlumat verilmişdir. Hazırda iddiaçı aktın ləğv edilməsi və hesablanmış borcun silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqmda” Qanununun 7.4-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qanunun 7.6-cı maddəsinə görə enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Məhkəmə zesab edir ki, iddiaçının əməkdaşları ehtimal əsasında kənar xəttin olduğu qənaətinə gəlmişdilər, onların bu ehtimalını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, Agentlik tərəfindən əsaslı araşdırma aparılmış, suvaq sökülmüş və müdaxilə izlərinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22.12.2017-ci il tarixli 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinin: 1.1-ci bəndinə əsasən Agentlik digər hallarla yanaşı Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə) istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir. 3.1.7-ci bəndinə əsasən müvafiq sahədə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə nəzarəti həyata keçirir, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görür; 3.1.8-ci bəndinə əsasən müvafiq sahədə istehlakçıların hüquqlarının və qanuni mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirlər hazırlayır və həyata keçirir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. "xxxx" ASC-nin tərəfindən tərtib edilmiş 09.12.2021-ci il tarixli, NDM seriyalı 027153 №-li aktın ləğv edilsin və həmin akt əsasında hesablanmış 2365 manat borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar