Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1379/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “pozulmuş istehlakçı hüquqlarının müdafiəsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “pozulmuş istehlakçı hüquqlarının müdafiəsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan ünvan 1 ünvanda yerləşən abonent kodu **********00057 olan yaşayış evinə əsassız olaraq “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2021-cü il tarixli ******* nömrəli akt əsasında 1440 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 1036,80 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 1008 manat , cəmi 3484,80 (üç min dörd yüz səksən dörd manat, səksən qəpik) dəymiş ziyan borcunun silinməsi və həmin əsasız aktlar əsasında hesablanmış borcların smart karta ödədiyi ödənişlərdən çıxılan hissəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındaki fərdi yaşayış evi onun evidir. Həmin evdə uzu müddətli yaşamır. Həmin fərdi yaşayış evinə abonent kodu **********00057 olan qaz sayğacı quraşdırılmışdır. Həmin ev təmirsiz olduğu üçün evdə mütəmadi yaşayış olmamışdır. O, bu yaxınlarda Smart karta ödəniş edərək qaz balansını artırmaq istəmişdir. Lakin ödədiyi pulun yarısının ödənildiyinin şahidi olmuşdur. Bu səbəbdən də X1 müraciət edərək pulun nəyə çıxıldığını öyərənmək istəmişdir. “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşı ona guya ki sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etdiyi üçün akt tərtib edildiyini və həmin aktlar əsasında dəymiş ziyan borcunun yazıldığını bildirmişdir. Beləliklə, xx.xx.2021-cü il tarixli ******* nömrəli akt əsasında 1440 manat cərimə, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 1036,80 manat cərimə, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 1008 manat dəymiş ziyan borcu yazılmışdır. “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşının ona təqdim etdiyi fotoşəkillərdən də görünür ki, çox güman ki, “Azəriqaz“ İstehsalat Birliyinin işçiləri evdə yaşayışın olmadığını bilə-bilə özləri ilə gətirdikləri elastik turba parçasını əsas qaz xəttinin üzərinə qoyaraq şəkil çəkmiş və guya ki, qaz xəttinə qanunsuz müdaxilə görüntüsü yaratmışlar. Halbuki həmin elastik şlankın qoyulduğu yerdə heç bi qaz xəttinə müdaxilə izi yoxdur. Etdikləri qanunsuz hərəkət əsasında əsassız aktlar tərtib etmişlər, həmin aktlar əsasında da ondan küllü miqdarda pul tələb edilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan abonent saldosundan görünür ki, **********00057 abonent kodu olan İddiaçı qazdan istifadə nəticəsində 3484,80 manat məbləğində borc hesablanmışdır. xx.xx.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkar edilmişdir. Dəymiş ziyan 13500 m3 hesablanmışdır. Dəymiş ziyanın bərpasına dair 30 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2.25 m3/saat orta günlük iş rejimi 24saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 1.2x24x90=2592 m3 2.25x24x90=4860 m3 2x1.4x24x90=6048 m3 hesablanmışdır. Məhkəmə hesabat müddəti ilə razılaşmayaraq qeyd edir ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 orta günlük iş rejimi 24 saat deyil, 6 saat hesabat 90 gün deyil 30, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2.25 m3 orta günlük iş rejimi 24 saat deyil 12 saat, hesabat müddəti 90 gün deyil, 30 gün kimi, Dəmir Sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat deyil 12 saat, hesabat müddəti 30 gün kimi qəbul edilməlidir. 1,20 x 6 x 30 = 216 x 0,12 = 25,92, 2.25 x 12 x 30 = 810 x 0,12 = 97,20, 1,40 x 12 x 30 = 504 x 0,12 = 60,48, cəmi 183,60 (bir yüz səksən üç manat, altmış qəpik) manat dəymiş ziyan hesablanmasını əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı 183,60 manat dəymiş ziyan məbləği olduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə yazılmış xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlarda məhkəmə təcrübəsinin vahidliyi ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2022-ci ilin may ayından sonra Qaz təchizatı haqqında qanunun 13-cü maddəsinə olan dəyişikliklə bağlı yazılmış aktlar əsasında inzibati orqana müraciət olunmadığı halda yazılmış aktlar nəzərə alınmamalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Dəymiş ziyan olaraq hesablanmış 2044,80 manatla bağlı məhkəmə hesab edir ki, Cavabdeh İB əməkdaşları bu aktların yazılmasına suni şəkildə şərait yaratmışdır. Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent barəsində təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlar tərtib olunmuş, aktın heç biri abonent tərəfindən imzalanmamışdır. Təbii qazdan istifadə qaydaları pozulması aşkar olunduğu halda, abonentin qaz təchizatı dayandırılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” na əsasən cavabdeh təşkilat üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətt üçün şərait yaratmaqla hər ay akt tərtib etmişdir. Belə ki, abonent barədində təbii qazın talanmasına görə dəfələrlə akt tərtib olunsa da, təqsirli şəxsin təbii qazın talanması və ondan istifadə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsinində vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuş olmasına baxmayaraq, hazırki iddia üzerə Cavabdeh İB tərəfindən məlum aktlar əsasında çoxsaylı kənar qoşulmalar nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə hansı səbəblərə görə edilməməsi, edilmişdirsə həmin şikayətin nəticəsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim olunmamışdır. Qanun tələbindən də göründüyü kimi, yoxlayıcı tərəfindən qanusuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanda yerləşən abonent kodu **********00057 olan yaşayış evinə Cavabdeh İB-yi tərəfindən xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında yazılmış 1440 manat borc məbləğindən 1256,40 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 1036,80 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 1008 manat, cəmi 3301,20 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən abonent kodu **********00057 olan yaşayış evinə Cavabdeh İB tərəfindən xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında yazılmış 1440 manat borc məbləğindən 1256,40 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 1036,80 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 1008 manat, cəmi 3301,20 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(008)-1379/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1379/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver