Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-138/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 cəlb edilməklə aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə, iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 cəlb edilməklə “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı barəsində tərtib edilmiş cərimə aktları, borclar, müqavilə və digər sənədlərin etibarsız hesab edilməsi, həmin aktlar əsasında hesablanmış borcların əsassız olduğu üçün, silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərtib olunmuş akt üzrə 16176,84 (on altımin yüz yetmiş altımanat səksən dörd qəpik) manat, təbii qazdan istifadəyə görə 3592.85 (üç min beş yüz doxsan iki manat səksən beş qəpik) manat və 149.95 (yüz qırx doqquz manat doxsan beş qəpik) manat dövlət rüsumunun əvəzi, cəmi 19919,64 (on doqquz min doqquz yüz on doqquz manat altmış dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh (Alan müştərinin adı: X4, İBAN: AZ50İBAZ********************, Alan bank: Azerigaz şöbəsi, SWİFT: İBAZAZ2X, Müxbir hesab: AZ03NABZ********************, Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştərinin VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin ünvanda təbii qazdan və digər kommunal xidmətlərdən o və ailəsi istifadə edirlər. Ancaq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətində deyil və heç vaxt da olmamışdır. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində tərəfindən istifadə olunan təbii qazın həcminin ölçülməsi üçün olan qaz sayğacı yaşayış sahəmdən kənarda, aşıq şəraitdə, ictimai istifadə ərazisi olan küçədə quraşdırılaraq, sayğac faktiki olaraq ictimai istifadəyə verilmişdir. Bir müddət əvvəl “ Azəriqaz” X2 rayon Qaz İdarəsinin əməkdaşları tərəfindən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğaca müdaxilə olunduğu üçün 18.250,44 manat cərimə olunmağı və güya təbii qazdan istifadəyə görə 4.032,15 manat borcunun qaldığı ona bildirilmişdir. Sonradan ona təqdim olunan aktlardan da göründüyü kimi onun adı, soyadı, iştirakı və imzası həmin aktlarda yoxdur. Belə ki, Vətəndaşlıq hüquqlarım pozularaq iştirakı olmadan əsassız olaraq akt tərtib edilmişdir. Cavabdeh aşağıda istinad olunan sənədlərin oxunması mümkün olan nüsxələrini və ya təsdiq olunmuş surətlərini ona verməmişdir. Ondan və ailəsindən gizlicə olaraq həmin cərimə və boc aktlrını tərtib etmişdir. Hesab edir ki, aşağıdakı əsaslarla cavabdehin hərəkətləri və onların tərtib etdikləri "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" aktlar və digər sənədlər etibarsız hesab edilməli, həmin aktlar əsasında hesablanmış borclar silinməlidir. İddiaçı Cavabdeh İB iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixliAKX-04205xx/xx-2022 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus evə təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı **********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndini və 6.5- ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə 1. xx.xx.2017-ci il tarixli ******* saylıakt əsasında 743.4 manat; 2. xx.xx.2018-ci il tarixli ******* saylıakt əsasında 1948.2 manat; 3. xx.xx.2018-ci il tarixli ******* saylıakt əsasında 194.4 manat; 4. xx.xx.2018-ci il tarixli ******* saylıakt əsasında 43.2 manat; 5. xx.xx.2018-ci il tarixli ******* saylıakt əsasında 36 manat; 6. xx.xx.2018-ci il tarixli ******* saylıakt əsasında 41.8 manat; 7. xx.xx.2018-ci il tarixli ******* saylıakt əsasında 86.4 manat; 8. xx.xx.2018-ci il tarixli ******* saylıakt əsasında 199.8 manat; 9. xx.xx.2018-ci il tarixli ******* saylıakt əsasında 21.6 manat; 10. xx.xx.2018-ci il tarixli ******* saylıakt əsasında 97.2 manat; 11. xx.xx.2019-cu il tarixli ******* saylıakt əsasında 142.2 manat; 12. xx.xx.2019-cu il tarixli ******* saylıakt əsasında 97.2 manat; 13. xx.xx.2019-cu il tarixli ******* saylıakt əsasında 185.4 manat; 14. xx.xx.2019-cu il tarixli ******* saylıakt əsasında 185.4 manat; 15. xx.xx.2019-cu il tarixli ******* saylıakt əsasında 32.4 manat; 16. xx.xx.2019-cu il tarixli ******* saylıakt əsasında 46.8 manat; 17. xx.xx.2019-cu il tarixli ******* saylıakt əsasında 46.8 manat; 18. xx.xx.2019-cu il tarixli ******* saylıakt əsasında 46.8 manat; 19. xx.xx.2019-cu il tarixli ******* saylıakt əsasında 46.8 manat; 20. xx.xx.2019-cu il tarixli ******* saylıakt əsasında 46.8 manat; 21. xx.xx.2019-cu il tarixli ******* saylıakt əsasında 185.4 manat; 22. xx.xx.2019-cu il tarixli ******* saylıakt əsasında 496.8 manat; 23. xx.xx.2020-ci il tarixli ******* saylıakt əsasında 712.8 manat; 24. xx.xx.2020-ci il tarixli ******* saylıakt əsasında 496.8 manat; 25. xx.xx.2020-ci il tarixli ******* saylıakt əsasında 280.8 manat; 26. xx.xx.2020-ci il tarixli ******* saylıakt əsasında 224.6 manat; 27. xx.xx.2021-ci il tarixli ******* saylıakt əsasında 4600.8 manat; 28. xx.xx.2021-ci il tarixli ******* saylıakt əsasında 540 manat; 29. xx.xx.2021-ci il tarixli ******* saylıakt əsasında 1840.32 manat; 30. xx.xx.2022-ci il tarixli ******* saylıakt əsasında 540 manat; 31. xx.xx.2022-ci il tarxili ******* saylıakt əsasında 332.64 manat; 32. xx.xx.2022-ci il tarixli ******* saylıakt əsasında 436.32 manat; 33. xx.xx.2022-ci il tarixli ******* saylıakt əsasında 540 manat; Dövlət rüsumunun ödənilməsi haqqında məlumat 34. xx.xx.2022-ci il tarixli ******* saylıakt əsasında 362.88 manat; 35. xx.xx.2022-ci il tarixli ******* saylıakt əsasında 298.08 manat Cavabdeh İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 16176,84 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Cavabdehin təbii qazdan istifadəyə görə 3592.85 manat borcu qalmışdır. Cavabdeh borcundan müəyyən ödənişlər etmiş, hazırda cavabdehin iddiaçıya 19769,69 manat borcu vardır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X1 İB-nin iddiansının təmin edilməsini, İddiaçı iddiasının rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış İddiaçı və mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə İddiaçı və mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı **********0000 nömrəli abonent kodunun ona məxsus olmadığını, ümumiyyətlə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun sahibliyində və mülkiyyətində olmadığını, həmin üvnana quraşdırılmış sayğacın nə üçün onun adına rəsmiləşdirilməsindən məlumatsız olduğunu bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədn xahiş etmişdir. Azəriqaz İB-nin iddiasının rədd edilməsinin, onun iddiasının isə təyin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək sözügedən evin X5 istifadəsində olduğunu bildimişdir. Ancaq nə üçün həmin şəxsin istifadəsində olan evə quraşdırılmış qaz sayğacı üzrə abonent kodu onun adına olmasından məlumatlı olmadığını bildimiş, ümumiyyətlə Azəriqaz İB tərəfindənb təqdim edilən xx.xx.2022-ci il tarixli, AKX-04205xx/xx-2022 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” müqaviləsi onunla bağlanmadığını həmin müqavilədə onun adından çəkilmiş imzanının ona məxsus olmadığını bildirmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AKX-04205xx/xx-2022 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - **********00000 nömrəli abonent saldosundan görünür ki, İddiaçı 2023-ci ilin fevral ayının sonu üçün cəmi 19760.69 manat məbləğində borc olduğu müəyyən edilir. Qeyd edilən borcun 1730.40 manat olan hissəsi 2020-ci ilin sonu üçün istelakçıya hesablanmış sərfiyyat borcu, 1935.35 manat olan hissəsi 2021-ci ilin sonu üçün istelakçıya hesablanmış sərfiyyat borcu olduğu müəyyən edilir. Qeyd edilən borcun 743.40 manat olan hissəsi 2017-ci ilin sonu üçün qalıq və aktlar üzrə hesablanmış borc, 2668.60 manat olan hissəsi 2018-ci ilin sonu üçün qalıq və aktlar üzrə hesablanmış borc, 1558.80 manat olan hissəsi 2019-cu ilin sonu üçün qalıq və aktlar üzrə hesablanmış borc, 1715 manat olan hissəsi 2020-ci ilin sonu üçün qalıq və aktlar üzrə borc, 6981.12 manat olan hissəsi 2021-ci ilin sonu üçün qalıq və aktlar üzrə borc, 2509.92 manat olan hissəsi isə 2022-ci ilin sonu üçün qalıq və aktlar üzrə hesablanmış borc məbləği olduğu müəyyən edilir. - Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, abonent sayğacdan kənar təibi qazdan istifadə etməsi aşkar edilmişdir. xx.xx.2017-ci il tarixli, ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent sayğacdan kənar təibi qazdan istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 3717 m3 dəymiş ziyan hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent sayğacdan kənar qanunsuz təbii qazdan istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 9741m3 dəymiş ziyan hesablanmışdır.- - xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, abonent sayğacdan kənar qanunsuz təbii qazdan istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 972m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent sayğacdan kənar qanunsuz təbii qazdan istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 216 m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent sayğacdan kənar qanunsuz təbii qazdan istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 180m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent sayğacdan kənar qanunsuz təbii qazdan istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 209 m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 432 m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 1998m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 216m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 972m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 1422m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 972m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 1854m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 1854m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 324m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 468m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 468m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 468m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, abonent təbii qazdan qeyriqanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, **********00000 nömrəli xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 468m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 468m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 1854m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 4968m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 7128m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 4968m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 2808m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 2246m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən 46008 m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən 4500m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən 15336m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 4500m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 2772m3 dəymiş ziyan hesablanmışdır. xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 3636m3 dəymiş ziyan hesablanmışdır. xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 4500m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 3024m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 2484m3 dəymiş ziyan hesablanmışdır. - - xx.xx.2023-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonentə məxsus olan sayğacın plasmas borusunun deşilməsi müəyyən edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 17280m3 dəymiş ziyan hesablanmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1396/2024 nömrəli 17 aprel 2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş İddiaçı Cavabdeh İB-nə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair 0082-1192/2024 saylı mülki işlə birləşdirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2025-ci il tarixli 3-16-16/2-4/212/2024 nömrəli ekspert rəyindən görünür ki, AKX- 04205xx/xx-2022 nömrəli xx.xx.2022-ci il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilənin 2-ci vərəqin arxa tərəfində “8.Tərəflərin hüquqi ünvanları və rekvizitləri” bölməsinin “İstehlakçı” qrafasındakı imza- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25 .02.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə məhkəmə Azəriqaz İB-nin, həmçinin İddiaçı iddia tələblərinə ayrı-ayrılıqda hüquqi qiymət verərək qeyd edir ki, hazırki mübahisənin yaranmasının səbəbi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sərfiyyatından qanunsuz istifadəyə görə, bundan başqa sayğaca müdaxilə edilməsi habelə qaz sərfiyyatında istifadə edilməsi lakin ödənişin olunmaması nəticəsində **********00000 nömrəli abonentə hesablanmış borc ilə bağlı olmuşdur. Hazırki mübahisə predmentinin tərəfi olan İddiaçı sözügedən ünvan ilə heç bir əlaqəsinin olmadığını, məhz həmin ünvana quraşdırılmış qaz sayğacına və sayğacdan kənar qanunsuz qoşulma ilə bağlı yaranmış cərimə borcları habelə sərfiyyat borcuna görə məsuliyyət daşımadığını irəli sürərək sözügedə aktların və onun əsasında istehlakçı kimi ona hesablanmış cərimə borclarının silinməsini xahiş etmişdir. Azəriqaz İB isə öz növbəsində sözügedən fərdi yaşayış evinin İddiaçı məxsus olduğunu məhz bu səbəbdəndə tərəflər arasında xx.xx.2022-ci il tarixdə AKX-04205xx/xx-2022 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmış olduğunu irəli sürmüş, sözügedən aktlara əsasən İddiaçı hesablanmış cərimənin, habelə qazdan istifadə nəticəsində hesablanmış sərfiyyat borcunun İddiaçı məcburi qaydada tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mübahisənin həlli üçün tərəflər arasında öhdəliyin yaranmasına əsas olan xx.xx.2022-ci il tarixli AKX-04205xx/xx-2022 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” müqaviləsində İddiaçı tərəfindən icra olunmuş imzanın ona məxsus olub-olmaması halı müəyyən etmək üçün məhkəmə ətəşünaslıq ekspertizası təyin edilmiş, ekspertin rəyindən müəyyən edilmişdir ki, sözügedən müqavilədə istehlakçı kimi icra edilmiş imza İddiaçı tərəfindən icra edilməmişdir. Bundan başqa Azəriqaz İB həmin ünvanla bağlı bağlanmış müqavilənin tarixindən əvvəlki tarixdə də sözügedən fərdi yaşayış evinin İddiaçı istifadəsində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdi. Belə olan halda məhkəmə heasb edir ki, nə qədərki tərəflərin öhdəliyini müəyyən edən alqı-satqı müqaviləsi İddiaçı tərəfindən bağlanmamışdır, sözügedən müqavilə etibarsız hesab edilməli həmin müqavilə əsaında İddiaçı adına aktlar üzrə hesablanmış borclar silinməlidir, həmçinin sərfiyyat borcunun tutulmasına dair iddiaçı Azəriqaz İB-nin iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı Cavabdeh İB 149,55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; Ödənilmiş 110 (bir yüz on) manat məhkəmə xərci iddiaçı Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh İB-nin “tərtib olunmuş akt üzrə 16176,84 (on altımin yüz yetmiş altımanat səksən dörd qəpik) manat, təbii qazdan istifadəyə görə 3592.85 (üç min beş yüz doxsan iki manat səksən beş qəpik) manat və 149.95 (yüz qırx doqquz manat doxsan beş qəpik) manat dövlət rüsumunun” cavabdeh İddiaçı Cavabdeh İB-nin xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməsin. İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AKX-04205xx/xx- 2022 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” müqaviləsi etibarsız hesab edilsin. Azıriqaz İB tərəfindən xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı; xx.xx.2022-ci il tarixli ******* saylı; xx.xx.2022-ci il tarxili ******* saylı; xx.xx.2022-ci il tarixli ******* saylı; xx.xx.2022-ci il tarixli ******* saylı; xx.xx.2022-ci il tarixli ******* saylı akt; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında İddiaçı cəmi 18250.04 (on səkkiz min iki yüz əlli manat dört qəpik) manat hesablanmış cərimə borcları silinsin. 110 (bir yüz on) manat ekspertiza xərci iddiaçı Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddiaçı dövlət rüsumu ödəmədiyindən Cavabdehndən 138,53 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-138/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-138/2025
30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver