Məhkəmə qərarları › İş №2(008)-1388/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1388/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1388/2022 05.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh3 ASC-nin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 ASC-yə, Bakı şəhəri Cavabdeh2nə, Daşınar və DaşınmAZ Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3 ASC-yə, Bakı şəhəri Cavabdeh2nə, Daşınar və DaşınmAZ Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC tərəfindən tərtib edilmiş 03 may 2021-ci il tarixli 38/01 nömrəli “Hərracın yekunları barədə protokol”un etibarsız hesab edilməsi barədə qətnamə qəbul edlməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)-06/2019 saylı, xx.xx.2019-cu cu il tarixli qərarına əsasən Cavabdeh3 ASC-nin xeyrinə tutulmalı olan 162818.49 ABŞ dolları borc və 30 manat dövlət rüsumunun X4 məxsus 315000 manat məbləğində qiymətləndirilmiş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi və evin açıq hərracda satılması qət edilmişdir. Bakı şəhəri Cavabdeh2 xx.xx.2021-ci il tarixli 60791-4-23 nömrəli məktubuna əsasən "xxxx" MMC tərəfindən həmin daşınmAZ əmlak hərracda satılmışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş 03 may 2021-ci il tarixli 38/01 nömrəli “Hərracın yekunları barədə protokola əsasən təkrar hərracda çox ucuz qiymətə 200812,50 manata tələbkar Cavabdeh3 ASC tərəfindən əldə edilmişdir. Lakin nəzərə alınmalıdır ki, daşınmAZ əmlakın mülkiyyətiçisi X8 17 dekabr 2020-ci il tarixində vəfat etmişdir. X8 iddiaçının anasıdır. Nəzərə alınmalıdır ki, AZərbaycan Respublikası qanunvericiliyinin tələbləri keçirilməklə aparılmış hərrac iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Hesab edirik ki, "xxxx" MMCnin 03 may 2021-ci il tarixli 38/01 nömrəli “Hərracın yekunları barədə protokol aşağıdakı səbəblərə görə etibarsız hesab edilməlidir. İlkin olaraq nəzərə alınmalıdır ki, hərracın keçirilməsi barədə X3 məlumatı olmamış və bu barədə ona heç bir bildiriş verilməmişdir. X8 vəfat etdikdən sonra İcra şöbəsi əmlakın hərracda satılması ilə bağlı hərrac təşkilatına müraciət etmişdir. Göründüyü kimi İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı rAZılığına əsasən hərrac təşkilatını seçməmiş, hərrac təşkilatı tərəfindən ipoteka qovana hərrac barədə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməmiş, ilkin hərracın bas tutmaması ilə bağlı kütləvi informasiya vasitələrində məlumatın dərc edilməsi qaydalarına riayət olunmamış, qanunvericiliyin çoxsaylı tələbləri kobud pozulmuşdur. “İpoteka Haqqında” AZərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac AZərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, anası öldükdən sonra iddia qaldırıldığını, qəzetdə hərracla balı məlumat verilmədiyini, anası öldükdən sonra vərəsəliyi qəbul etmədiyini bildirmişdir. İddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 ASC-nin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lAZımı qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının 15 iyul 1971-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə Sədərək rayonu, İliç kəndində doğulmuşdur. X6, anası X5r. 29 aprel 2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 10040.62 (on min qırx manat, altmış iki qəpik) manat hərrac xərci üçün ödəniş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı, 699387 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə ürək dayanmasından qəflətən ölmüşdür. 38/01 nömrəli, xx.xx.2021-ci il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, A.Pəri küçəsində yerləşən 15/1 saylı fərdi yaşayış evi ipoteka saxlayan "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)-06/2019 nömrəli, 04 fevral 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X2 nümayəndəsi və vəkilinin apellyasiya şikayəti təmin edilmiş, Sədərək Rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli, 2(088)-56/2016 nömrəli qətnaməsinin “faiz borcu üzrə 21294,69 ABŞ dolları, cəmi 172674,83 (yüz yetmiş iki min altı yüz yetmiş dörd dollar , səksən üç sent) ABŞ dolları məbləğində pulun AZərbaycan Respublikası Milli Bankının” sözləri göstərilən hissəsi dəyişdirilməsi, qətnamənin qət etdi hissəsinə “151385.14 ABŞ dolları” məbləğində faiz borcu, cəmi 162818.49 (bir yüz altmış iki min səkkiz yüz on səkkiz dollar qırx doqquz sent) ABŞ dolları AZərbaycan Respublikası Mərkəzi Bankının” sözləri əlavə edilmiş, İpoteka predmeti olan ünvan 2 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 158.2 kvadrat metr yaşayış sahəsindən ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 315000 (üç yüz on beş min) manat məbləğində müəyyən edilmişdir.Cavabdeh X1 145 (yüz qırx beş) manat ekspertiza tədqiqatının dəyəri alınıb AZərbaycan Respublikasına dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. Daşınar və DaşınmAZ Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 02/2793 nömrəli, xx.xx.2019-cu il tarixli açıq hərracın keçirilməsinə dair 01 nömrəli X7 ünvanlanmış bildirişin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsi, yerləşən 15/1 saylı f/yaşayış evi hərraca çıxarılması ilə bağlıkeçirilməli olan açık auksion xx.xx.2019-cu il tarixə, saat 11:00-a təyin edilmişdir. Qeyd edilən bildiriş X9 ünvanına göndərilmiş, lakin qapını açan olmadı qeydi ilə geri qaytmışdır. Daşınar və DaşınmAZ Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 2920 nömrəli, xx.xx.2019-cu il tarixli açıq hərracın keçirilməsinə dair 01/2 nömrəli X7 ünvanlanmış bildirişin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsi, yerləşən 15/1 saylı f/yaşayış evi hərraca çıxarılması ilə bağlıkeçirilməli olan açık auksion xx.xx.2019-cu il tarixə, saat 11:00-a təyin edilmişdir. Qeyd edilən bildiriş X9 ünvanına göndərilmiş, lakin ünvanda yaşayış yoxdur qeydi ilə geri qaytmışdır. Daşınar və DaşınmAZ Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 3156 nömrəli, xx.xx.2019-cu il tarixli açıq hərracın keçirilməsinə dair 02 nömrəli X7 ünvanlanmış bildirişin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsi, yerləşən 15/1 saylı f/yaşayış evi hərraca çıxarılması ilə bağlıkeçirilməli olan açık auksion xx.xx.2019-cu il tarixə, saat 11:00-a təyin edilmişdir. Qeyd edilən bildiriş X9 ünvanına göndərilmişdir xx.xx.2019-cu il tarixli təklif məktubundan görünür ki, ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz AZ olmayan qiymətlə, yəni 200812.5 manat olmaqla ipoteka saxlayana təklif edilmişdir. “Birja Yenilikləri” qəzetinin xx.xx.2019-cu il tarixli nömrəli surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsi, yerləşən 15/1 saylı f/yaşayış evinin təkrar hərracının baş tutumaması barədə məlumat dərc edilmişdir. Birija yeniliklərinə dair kütləvi informasiya vasitəsi olan qAZetin 23-29 avqust 2019-cu il tarixli 181 saylı tirajından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsi, yerləşən 15/1 saylı f/yaşayış evi ilə bağlı hərracının keçirilməsi ilə bağlı elan dərc olunmuşdur. Birija yeniliklərinə dair kütləvi informasiya vasitəsi olan qAZetin 13-19 sentyabr 2019cu il tarixli 184 saylı tirajından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsi, yerləşən 15/1 saylı f/yaşayış evi ilə bağlı hərracının keçirilməsi ilə bağlı elan dərc olunmuşdur. Birija yeniliklərinə dair kütləvi informasiya vasitəsi olan qAZetin 20 aprel 2021-ci il tarixli 244 saylı tirajından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsi, yerləşən 15/1 saylı f/yaşayış evi ilə bağlı bağlı məhdudiyyətlər aradan qalxdığından hərracın keçirilməsi prosesi davam edir. AZərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” AZərbaycan Respublikası qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar AZərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının AZərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AZərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yAZılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra-hərracın təşkilatçısı) sifariş verir. Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lAZımınca icra etmədikdə, ipoteka saxlayan daşınmAZ əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lAZımınca icra etmədikdə, ipoteka saxlayan daşınmAZ əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac AZərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə qeyd edir ki, iddiaçı X7 məxsus daşınmAZ əmlakın hərracın təşkilatçısı olan “Daşınar və DaşınmAZ Əmlakların Satışı üzrə Hərrac Mərkəzi “İpoteka haqqında” AZərbaycan Respublikası qanununun 42.1-ci maddəsinin tələblərinə əməl edərək hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmiş, tərəflərə verilməsini təsdiq etmə üsulu ilə hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış birinci elanı vermiş və bildiriş göndərmişdir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elan vermişdir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatlar göstərilmişdir. HAZırkı mülki iş üzrə iddiaçı Daşınar və DaşınmAZ Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən tərtib edilmiş 03 may 2021-ci il tarixli 38/01 nömrəli “Hərracın yekunları barədə protokol”un etibarsız hesab edilməsinin əsası kimi hərracın keçirilməsi zamanı mülkiyyətçinin vəfat etmiş olmasını əsas gətirsədə, məhkəmə iddiaçının diqqətinə çatdırarq qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən də görünür ki, mülkiyyətçi hesab edilən X10 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, lakin mülkiyyət sahibinin vəfat etməsinə dair cavabdehlərə məlumat verilməmiş və məlumatın verilməsini təsdiq edəcək sübütlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, nə hərracın sifarişçisi olan icra məmurunun, nədə ki, hərrac təşkilatçısının mülkiyyət sahibinin vəfat etməsi ilə bağlı məlumatı olması qeyri-mümkün olmuşdur. Göründüyü kimi hərracın keçirilməsini “İpoteka haqqında” Qanun və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın yekun protokolunun etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud olmadığından iddia tələbi təmin edilə bilməz. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. AZərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirAZlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AZərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 ASC-yə, Bakı şəhəri Cavabdeh2, Daşınar və DaşınmAZ Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar