Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1393/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ananın milliyətinin «alman» olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ananın milliyətinin «alman» olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Balaxanı qəsəbə icra nümayəndəliyində uşaqları- Təhminə Şükürova barəsində 24.02.1986-cı il tarixli 34 saylı doğum, Yeganə Şükürova barəsində 03.05.1989-cu il tarixli 42 saylı doğum, Natavan Şükürova barəsində 12.12.1977-ci il tarixli 178 saylı doğum, Nərminə Şükürova barəsində 24.11.1980-ci il tarixli 157 saylı doğum, Şahid1 barəsində 17.05.1983-cü il tarixli 67 saylı doğum akt qeydlərində ananın milliyətinin “alman” olması faktının müəyyən edilməsi v barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, onun - Şükürova (Ağamalıyeva) Sevinc Ağaməli qızı barəsində Sabunçu rayon Balaxanı qəsəbə icra nümayəndəliyində qeydə alınmış 23.01.1957-ci il tarixli 30 saylı doğum haqqında şəhadətnaməmdə anası-X20 və anasının milliyyəti “alman” yAZılmışdır. Anası- X20 Almaniya Federativ Respublikasında doğulmuşdur və barəsində yAZılmış doğum haqqında şəhadətnamə də Almaniya Federativ Respublikasında qeydə alınmışdır. Daha sonra atası-Ağamalı Ağamalı oğlu ilə nikaha daxil olaraq AZərbaycan Respublikasında yaşamış və 29.06.2000-ci il tarixdə vəfat etmişdir. Nikah və ölüm barəsində arxiv sənədlərində də anasının milliyyəti “alman” qeyd edilmişdir. Onun barəsində qeydə alınmış doğum şəhadətnaməsində ananın milliyəti “alman” yAZılsa da, Sabunçu rayon Balaxanı qəsəbə icra nümayəndəliyində uşaqları - Təhminə Şükürova barəsində 24.02.1986-cı il tarixli 34 saylı doğum, Yeganə Şükürova barəsində 03.05.1989-cu il tarixli 42 saylı doğum, Natavan Şükürova barəsində 12.12.1977-ci il tarixli 178 saylı doğum, Nərminə Şükürova barəsində 24.11.1980-ci il tarixli 157 saylı doğum, Şahid1 barəsində 17.05.1983-cü il tarixli 67 saylı doğum şəhadətnaməsinin arxivində onun milliyəti “AZərbaycanlı” qeyd edilmişdir. Rəsmi sənədlərə əsasən anasının milliyyətinin “alman” olmasını nəzərə alaraq, bu əsasla da onun milliyyətinin “alman” olması faktınının müəyyən edilməsi və uşaqlarının doğum şəhadətnaməsində ana qrafasına milliyyətinin “alman” yAZılması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, şöbə AZərbaycan Respublikası NAZirlər Kabinetinin 01 mart 2001 -ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalara müvafiq olaraq Vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dəyişiklik edilməsinə kifayət qədər əsaslar olmadığından müraciətinin qeydiyyat şöbəsində icrasının mümkün olmamasını bildirdi. AZərbaycan Respublikası çoxmillətli dövlətdir. Burada tam bərabərlik prinsipi gözlənilir. Milli mənsubiyyət tam fəaliyyət qabiliyyətli şəxsin özünü fərdiləşdirmək vasitəsidir. Onun barəsində yAZılmış doğum haqqında şəhadətnaməmdə anası- X20 milliyyətcə alman olduğundan onun milliyyəti “alman” qeyd edilmişdir. Bu səbəbdən də uşaqlarının doğum haqqında şəhadətnaməsində mənim milliyyətinin ananın milliyyətinə uyğun olaraq “alman” yAZılmasını xahiş edir. Bacısı oğlu- Hidayətov ArAZ Qalib oğlunun doğum haqqında şəhadətnaməsində də ananın milliyəti qrafasına öz anası- X15 milliyyətinə uyğun olaraq “alman” yAZılmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, ərizə tələbinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbədar edilməsinə baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Maraqlı şəxs 671-05/15 nömrəli, 17.12.2021-ci il tarixli məktubdan görünür ki, Təhminə Şükürova barəsində 24.02.1986-cı il tarixli 34 saylı, Yeganə Şükürova barəsində 03.05.1989-cu il tarixli 42 saylı doğum, Natavan Şükürova barəsində 12.12.1977-ci il tarixli 178 saylı doğum, Nərminə Şükürova barəsində 24.11.1980-ci il tarixli 157 saylı doğum, Şahid1 barəsində 17.05.1983-cü il tarixli 67 saylı doğum akt qeydlərində ananın milliyətinin “AZerbaycanlı” qeyd edilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dəyişiklik edilməsinə kifayət qədər əsaslar olmadığından, müraciətin qeydiyyat şöbəsində icrasının mümkün olmaması barədə məlumatlandırılmışdır. - Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin İİ-ЖГ seriyalı, 250812 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 1957-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası milliyyəti AZerbaycanlı olan Ağamalı Ağamalı oğlu, anası isə milləyəti alman olan X18. - Vətəndaşlıq vəziyyəti aktları qeydiyyat şöbəsinin AZ seriyalı, 070457 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X21 01 iyul 2000-ci il tarixdə beyin qanaxmasından Bakı şəhərində vəfat etmişdir. - Vətəndaşlıq vəziyyəti aktları qeydiyyat şöbəsinin Vİİ-ЖГ seriyalı, 295379 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünr ki, xx.xx.1980-ci il tarixdə X4 doğulmuşdur. X1, anası isə Ərizəçi Ağamalı qızıdır, ananın milliyyəti AZarbaycanlı olması qeyd edilmişdir. - Vətəndaşlıq vəziyyəti aktları qeydiyyat şöbəsinin V- ЖГ seriyalı, 297273 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1977-ci il tarixdə doğulmuşdur. X1, anası isə Ərizəçi Ağamalı qızıdır, ananın milliyyəti AZarbaycanlı olması qeyd edilmişdir. - Vətəndaşlıq vəziyyəti aktları qeydiyyat şöbəsinin Xİ- ЖГ seriyalı, 367152 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 1986-cı il tarixdə doğulmuşdur. X1, anası isə Ərizəçi Ağamalı qızıdır, ananın milliyyəti AZarbaycanlı olması qeyd edilmişdir. - Vətəndaşlıq vəziyyəti aktları qeydiyyat şöbəsinin Xİ- ЖГ seriyalı, 305132 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid1 xx xxx 1983-cü il tarixdə doğulmuşdur. X1, anası isə Ərizəçi Ağamalı qızıdır, ananın milliyyəti AZarbaycanlı olması qeyd edilmişdir. - Vətəndaşlıq vəziyyəti aktları qeydiyyat şöbəsinin Xİ- ЖГ seriyalı, X8 333066 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxx 1989-cu il tarixdə doğulmuşdur. X1, anası isə Ərizəçi Ağamalı qızıdır, ananın milliyyəti AZarbaycanlı olması qeyd edilmişdir. - Bakı şəhəri Maraqlı şəxs AZ-İ seriyalı, 759216 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X8 ilə aralarında nikah akt qeydi bağlanmışdır. Arvada Məmmədova soyadı verilmişdir. - Bakı şəhəri Sabunçu Rayon VVADQ Şöbəsinin Vİİ- ЖГ seriyalı, 370589 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X5 arasında nikah akt qeydi bağlanmışdır.Arvada Əhmədova soyadl verilmişdir. AZərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lAZımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktaların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13-cü bəndinə əsasən məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. AZərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Beləliklə məlum olur ki, ərizəçinin anasının milliyyəti alman olmuş və məhz ərizəçinin doğum haqqında şəhadətnaməsindədə onun anasının milliyyətini “alman” kimi qeyd edilmişdir. Hal-hAZırda ərizəçi məhkəməyə müraciət edərək, onun anasının milliyyətini alman olması səbəbindən, ərizəçinin övladlarının doğum haqqında şəhatdanməsində analarını yəni özünün milliyyətinin “alman” qeyd edilməsini məhkəmədən xahiş etsədə, məhkəmə ərizəçinin diqqətinə çatdıraraq qeyd edir ki, ərizəçinin anasının milliyətinin alman olması, onun övladlarının doğum haqqında şəhadətnaməsində onun milliyyətinin alman olması kimi qeyd edilməsi üçün əsas ola bilməz. Belə ola halda məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ananın milliyətinin «alman» olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AZərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ananın milliyətinin «alman» olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1393/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1393/2022
09.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver