Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-140/2020 07.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sofiyyəddin qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sofiyyəddin qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2009-cü il tarixli 09L000000308 saylı X7nə, xx.xx.2016-cu il tarixli 09L000000308S saylı sazişə, xx.xx.2014-cü il tarixli 09R000010301 saylı kredit razılaşmasına, xx.xx.2016-cı il tarixli 09R000010301SA saylı, xx.xx.2017-ci il tarixli 09R000010301SB saylı, xx.xx.2017-ci il tarixli 09R000010301SC saylı sazişlərə, xx.xx.2017-ci il tarixli 009R********** saylı kredit razılaşmasına, xx.xx.2017ci il tarixli 009R**********S saylı sazişə xitam verilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 09R000010301 saylı kredit razılaşması üzrə 38395.63 ABŞ dolları məbləğində kredit borcu, 9089.41 ABŞ dolları məbləğində faiz borcu və 21837.51 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 69322.55 ABŞ dolları borcun, 009R********** saylı kredit razılaşması üzrə 2860.17 ABŞ dolları məbləğində kredit borcu, 283.23 ABŞ dolları məbləğində faiz borcu və 521.78 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 3665.18 ABŞ dolları borcun, ümumilikdə 72987.73 cəmi ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqlarının tutulmasını, tələbin Bakı şəhəri Suraxanı rayonu Qara Çuxur qəsəbəsi “Şərq” y/ sahəsi 2704 küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 33 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsini, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulmasını və Bakı şəhəri Suraxanı rayonu Qara Çuxur qəsəbəsi “Şərq” y/ sahəsi 2704 küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 33 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh4 həmin evdən istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2009-cü il tarixli 09L000000308 saylı X7nə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanılmış xx.xx.2016-cu il tarixli 09L000000308S saylı sazişə əsasən kredit xətt müqailəsinin müddəti 206 ay, məbləği 500000 ABŞ dolları müəyyən edilmişdir. X7 üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 09R000010301 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 65000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 09R000010301SA saylı, xx.xx.2017-ci il tarixli 09R000010301SB saylı, xx.xx.2017-ci il tarixli 09R000010301SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 26604.37 ABŞ dolları ödəmiş, onun 38395.63 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 219 gün üçün hesablanmış faiz borcu 9089.41 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 219 gün üçün hesablanmış cərimə 21837.51 ABŞ dolları təşkil edir. Bundan başqa, X7 üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2017-ci il tarixli 009R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3150 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2017-ci il tarixli 009R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 289.83 ABŞ dolları ödəmiş, onun 2860.17 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 126 gün üçün hesablanmış faiz borcu 283.23 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2018ci il tarixə 126 gün üçün hesablanmış cərimə 521.78 ABŞ dolları təşkil edir. X7nin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. X7 üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. X7 üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən Cavabdeh2 iddiaçı ilə bağladığı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Suraxanı rayonu Qara Çuxur qəsəbəsi “Şərq” y/ sahəsi 2704 küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 33 nömrəli fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Tərflər arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 09M000000271S saylı sazişə əsasən ipoteka müqaviləsinə əlavə dəyişikliklər edilmişdir. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2017-ci il tarixdə göndərilmiş və xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2017-ci il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Suraxanı RİHB-nın Qaraçuxur qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 1173 saylı arayışa əsasən Bakı şəhəri Suraxanı rayonu Qara Çuxur qəsəbəsi “Şərq” y/ sahəsi 2704 küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 33 nömrəli fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh4 həmin fərdi yaşayış evini İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizələr təqdim edərək həmin evin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmişlər və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin əmlakı qeyd-şərtsiz tərk edəcəyini barədə öhdəlik götürmüşdür. (forma 2 arayışının və razılıq ərizəsinin surəti əlavə olunur, sənədlərin əsli Notariat kontorunda saxlanılır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 id-dia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2009-cü il tarixli 09L000000308 saylı X7nə, xx.xx.2016-cu il tarixli 09L000000308S saylı sazişə, xx.xx.2014-cü il tarixli 09R000010301 saylı kredit razılaşmasına, xx.xx.2016cı il tarixli 09R000010301SA saylı, xx.xx.2017-ci il tarixli 09R000010301SB saylı, xx.xx.2017-ci il tarixli 09R000010301SC saylı sazişlərə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 09R000010301 saylı kredit razılaşması üzrə 34000.59 ABŞ dolları məbləğində kredit borcu, 12323,42 ABŞ dolları məbləğində faiz borcu və 30923.74 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 77247.75 ABŞ dolları borcun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqlarının tutulması, tələbin Bakı şəhəri Suraxanı rayonu Qara Çuxur qəsəbəsi “Şərq” y/ sahəsi 2704 küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 33 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması və 77247.75 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqlarının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSCyə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması və Bakı şəhəri Suraxanı rayonu Qara Çuxur qəsəbəsi “Şərq” y/ sahəsi 2704 küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 33 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh4 həmin evdən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddiasının həcminin artırılması barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdehlər Cavabdeh1, Rzayeva X3 Namiq İsmət oğlu və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 09R000010301 saylı kredit razılaşması üzrə əsas borcu 38395,63 ABŞ dolları, faiz borcu 9089,41 ABŞ dolları, cərimə borcu 21837,51 ABŞ dolları təşkil edir. xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixli kredit razılaşması üzrə əsas borcu 2860,17 ABŞ dolları, faiz borcu 283,23 ABŞ dolları, cərimə borcu 521,78 ABŞ dolları təşkil edir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09L000000308 saylı X7nin surətindən görünür ki, Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kreditalana 300 000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açır. Kreditlər tərəflər arasında bağlanmış ayrıca razılaşma əsasında əsasında veriləcək. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay müddətinə xx xxxx 2019-cu il tarixdən verilməlidir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 09L000000308S saylı X7nə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişdən görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 500 000 ABŞ dolları məbləğində kredit xəttini açır.kreditlər tərəflər arasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə bankın kredit verilmə vədini ifadə etmir. Sazişin 1.2-ci bəndinə görə bu müqavilə ilə kredit razılaşmaları əsasında istənilən məbləğ 206 ay müddətinə xx xxx 2026-cı il tarixdən gec olmayaraq verilməlidir. İddiaçıQSC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, 09R000010301 kredit razılaşması üzrə 09L000000308 nömrəli xx.xx.2009-cu il tarixli Kredit Razılaşmasından görünür ki, bank 65 000 ABŞ dolları məbləğində krediti aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 36 ay müddətinə kredit alana verir. Kreditin verilməsi-köçürmə qəbzindən görünür ki, 65000 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2014-cü ildə Cavabdeh1 hesabına köçürülmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 09R000010301SA saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx.xx.2009-cu il tarixli 09L000000308 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 09R000010301 Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 09R000010301SB saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx.xx.2009-cu il tarixli 09L000000308 X7 üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 09R000010301 saylı kredit razılaşması əsasında Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 09R000010301SC saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx.xx.2009-cu il tarixli 09L000000308 X7 üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 09R000010301 saylı kredit razılaşması əsasında Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. İddiaçıQSC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixli, 009R********** saylı kredit razılaşması üzrə 09L000000308 nömrəli xx.xx.2009-cü il tarixli Kredit Razılaşması üzrə müqavilədən görünür ki, bank 3150 ABŞ dolları məbləğində krediti aylıq faiz dərəcəsi 1,9167 faiz olmaqla 36 ay müddətinə kredit alana verir. Kreditin verilməsi-köçürmə qəbzindən görünür ki, 3150 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2017-ci ildə Cavabdeh1 hesabına köçürülmüşdür. İddiaçı” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 009R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx.xx.2009-cu il tarixli 09L000000308 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə bağlanmış 009R********** Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli Zaminlik Müqaviləsindən görünür ki, Borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu Cavabdeh1 ilə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2016-cı il tarixli 09S000000367S saylı Sazişdən görünür ki, Bank ilə Zamin arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 09S000000367 saylı Zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və əlavə edilməklə həmin preambulada kredit xəttinin məbləği 500 000 ABŞ dolları və kredit xəttinin müddəti 206 ay müəyyən edilmişdir. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2009-cu il tarixli Zaminlik Müqaviləsindən görünür ki, Borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu Cavabdeh1 ilə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2016-cı il tarixli 09S000000368S saylı Sazişdən görünür ki, Bank ilə Zamin arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 09S000000368 saylı Zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və əlavə edilməklə həmin preambulada kredit xəttinin məbləği 500 000 ABŞ dolları və kredit xəttinin müddəti 206 ay müəyyən edilmişdir. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2009-cu il tarixli Zaminlik Müqaviləsindən görünür ki, Borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu Cavabdeh1 ilə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2016-cı il tarixli 09S000000369S saylı Sazişdən görünür ki, Bank ilə Zamin arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 09S000000369 saylı Zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və əlavə edilməklə həmin preambulada kredit xəttinin məbləği 500 000 ABŞ dolları və kredit xəttinin müddəti 206 ay müəyyən edilmişdir. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09M000000271 saylı İpoteka müqaviləsindən görünür ki, İpoteka qoyan öz mülkiyyətində olan və müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı Bank ilə Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhərində bağlanmış 09L000000308 saylı X7 və bu X7nin ayrılmaz hissəsi olan Kredit Razılaşması, Bank qarantiyası verilməsi haqqında müqavilə formasında bağlanan ayrıca razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edir. Müqavilənin 2.1-ci bəndinə görə ipoteka predmeti Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi. Şərq y/sahəsi 2704 küçəsində istifadədə olan 0.01271 ha torpaq sahəsində yerləşən 2 mərətəbli, 86.1 kv.m yaşayış, 79.6 kv.m köməkçi sahədən sahəsindən ibarət otaqlı 33 nömrəli mənzildir. xx.xx.2016-cı il tarixli 09M000000271S saylı ipoteka müqaviləsinə deyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, xx.xx.2009-cu il tarixli 09M000000271 saylı İpoteka müqaviləsinə dəyişiklik edilmiş həmin ipoteka predmeti 500 000 ABŞ dolları həddinə müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq 2704 küçəsi, ev 33 İddiaçı QSC-nin xeyrinə 206 ay müddətinə ipoteka ilə yüklü edilmişdir (qeydiyyat tarixi xx.xx.2016, qeydiyyat nömrəsi **********). İş materiallarından görünür ki, İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş xx.xx.2017-ci il tarixdə X4 göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında Ərizədən görünür ki, ipoteka predmetinə dair bildiriş xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. “xxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli 0628/18/AB nömrəli Rəyindən görünür ki, Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-3432/2018 saylı Qərardadına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq 2704 küçəsi, ev 33 bazar dəyərinə uyğun qiymətləndirilmiş və mənzilin orta bazar dəyəri 100000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17621 nömrəli xx.xx.2019-cu il tarixli Ekspert Rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixinə İddiaçı QSC-yə əsas borcu 38445,10 ABŞ dolları, faiz borcu üzrə 10806,66 ABŞ dolları təşkil edir. xx.xx.2014-cü il tarixli, 09R000010301 saylı kredit razılaşması üzrə xx.xx.2018-ci il tarixə borclunun İddiaçı QSC-yə olan borcu əsas borcu üzrə 2860,18 ABŞ dolları, faiz borcu üzrə 276,63 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4941 nömrəli xx.xx.2020-ci il tarixli Ekspert Rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə İddiaçı QSC-yə əsas borcu 38395,63 ABŞ dolları, faiz borcu üzrə 23489,75 ABŞ dolları təşkil edir. xx.xx.2017-cü il tarixli, 009R********** saylı kredit razılaşması üzrə borclunun İddiaçı QSC-yə olan borcu əsas borcu üzrə 2860,18 ABŞ dolları, faiz borcu üzrə 1674,55 ABŞ dolları təşkil edir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini Cavabdeh1 vermiş, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zamin qismində bank qarşısında borclu ilə birlikdə məsuliyyət daşımış, bunun nəticəsində bankın cavabdehlərə müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdehlər isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. Əsas borclu müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə cavabdehlərin bank qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklər icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehlər həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər ilə iddiaçı arasında kredit və zaminlik müqaviləsi bağlanmış və cavabdehlərin bağlanmış kredit və zaminlik müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə olan hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zaminlər isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə əsas borcun 34000.59 ABŞ dolları, faiz borcunun 12323.42 ABŞ dolları məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 30923,74 ABŞ dolları məbləğində cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 3400 ABŞ dolları müəyyən edilməsini cavabdehlərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən kredit müqavilələri vaxtında və lazımi qaydada icra edilmədiyindən, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2009-cü il tarixli 09L000000308 saylı X7nə, xx.xx.2016-cu il tarixli 09L000000308S saylı sazişə, xx.xx.2014-cü il tarixli 09R000010301 saylı kredit razılaşmasına, xx.xx.2016-cı il tarixli 09R000010301SA saylı, xx.xx.2017-ci il tarixli 09R000010301SB saylı, xx.xx.2017-ci il tarixli 09R000010301SC saylı sazişlərə xitam verilməlidir. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 428.4-cü maddəsinə görə öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. İstinad olunan qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin müqavilə üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma bağlanmış İpoteka Müqaviləsinə uyğun olaraq ipoteka predmeti olan mənzilə yönəldilməli, mənzilin satışından əldə olunacaq pul vəsaiti cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməli, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, cavabdehlər çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Cavabdeh2 məxsus ipotekaya qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq 2704 küçəsində yerləşən 33 saylı mənzilə tutma yönəldikdə və açıq hərracdan satıldıqdan sonramənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilin iddiaçıya təhvil verilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia bu hissələrdə təmin edilə bilməz. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün mənzilə tutma yönəldilməli və o satılmalıdır; İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; bu tələblərə yeni icraatda baxılmalıdır. Məhkəmə qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia təmin edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, ipoteka qoyan mülkiyyətçinin hüquqlarına xitam verilmədən onun mənzildən çıxarılması Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, tərəflər arasında hesablar ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Buna görə də, cavabdehlərdən tutulmalı olan pul vəsaiti ödəniş gününə olan manat məzənnəsinə uyğun ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 10 manat rüsum və 21 manat xidmət haqqı cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2009-cü il tarixli 09L000000308 saylı X7nə, xx.xx.2016-cu il tarixli 09L000000308S saylı sazişə, xx.xx.2014-cü il tarixli 09R000010301 saylı kredit razılaşmasına, xx.xx.2016-cı il tarixli 09R000010301SA saylı, xx.xx.2017-ci il tarixli 09R000010301SB saylı, xx.xx.2017-ci il tarixli 09R000010301SC saylı sazişlərə xitam verilsin. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 09R000010301 saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sofiyyəddin qızından, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 34000,59 ABŞ dolları əsas, 12323,42 ABŞ dolları faiz borcu, 3400 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 49724 (qırx doqquz min yeddi yüz iyirmi dörd) ABŞ dolları, 01 (bir) sent məbləğində pul (ödəniş gününə olan manat məzənnəsi ilə), məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat rüsumu, 21 (iyirmi bir) manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin hesabına köçürülsün. Tələb Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq y/s, 2704 küçəsində yerləşən 33 saylı evə yönəldilərək açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait İddiaçı QSC-nin hesabına ödənilsin. İpoteka predmeti olan, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq y/s, 2704 küçəsində yerləşən 33 saylı evin ilkin satış qiyməti 100000 (yüz min) manat müəyyən edilsin. Satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sofiyyəddin qızı, Cavabdeh3 və Cavabdeh4 qaytarılsın. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sofiyyəddin qızı, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sofiyyəddin qızı, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada ekpert rəyləri üzrə cəmi 240 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-140/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-140/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver