Məhkəmə qərarları › İş №2(008)-1427/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1427/2024

17.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1427/2024 17.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmaqla "hüquqi faktın müəyyən edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmaqla "hüquqi faktın müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycana Respublikası Tərtər rayonunun Çaylı və Suqovuşan kəndi ərazisində hərbi texnikanın təxliyyə əməliyyatlarında iştirak etmə faktının müəyyen edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddianı müdafiə edərək bildirmişdir ki, döyüş tapşırığı ilə getmişdir müharibəyə. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Vəkil Ali Məhkəmənin Plenum qərarı ilə sonradan tanış olmuşdur, ona görə şahidlərin rayonlardan gətirilməsini artıq xərc hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materillarını araşdıraraq hesаb edir ki iş üzrə icrааtа хitаm verilməlidir. Belə ki, ərizəçi tərəfindən verilmiş ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ″Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında″ xx.xx.2019-cu il tarixli 03 nömrəli Qərarın 14-cü bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Аzərbаycаn Respublikаsı MPM-nin 261.0.1-ci mаddəsinə əsаsən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hаkim iş üzrə icrааtа хitаm verir. Beləliklə, hazırki iddiaya mülki məhkəmə qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmaqla "hüquqi faktın müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar