Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1439/2021 29.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 1944.40 manat məbləğində zərər və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1974.40 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Azərbaycan X3 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ**********99********) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 03.10.2017-ci il tarixdə Ak-2/11668 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və həmin müqavilə əsasında “Azəriqaz” İstehsalat Birliyi abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İstehsalat Birliyinin Bakı X6 Departamenti tərəfindən **********00000 saylı abonent kodu verilmiş, sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qeyd olunan müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiq edən fotolar çəkilmişdir. Həmçinin, qeyd olunan faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - 01.11.2017-ci il tarixli, ******* saylı akt əsasında 310.80 manat; - 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 853.20 manat; - 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 133.20 manat; - 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 756 manat; - 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat olmaqla, “Azəriqaz” İstehsalat Birliyinə ümumilikdə 1994.40 manat məbləğində maddi zərərin dəydiyi müəyyən olunmuşdur. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. 12.08.2010-cu il tarixdə həmin ünvanda küçədə G-4 elektron markalı, GPG 12108864 saylı sayğac quraşdırılaraq, plomb vurulmuş və həmin ünvana **********00000 saylı abonent kodu verilmişdir. 22.08.2016-cı il tarixdə onunla "Azəriqaz" İstehsalat Birliyi arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” T/14202 saylı müqavilə bağlanmışdır. 03.10.2017-ci il tarixdə quraşdırılmış 12108864 saylı sayğac 1702AZ**********02 saylı sayğacla əvəz edilmiş, 10416938 saylı plomb vurulmuş, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Ak/11668 saylı müqavilə bağlanmışdır. 01.11.2017-ci il tarixdə onun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə çəkilmiş təbii qaz xəttinə quraşdırılmış qaz sayğacına növbəti baxış zamanı sayğacdan kənar qaz xəttinə qoşulma faktı aşkar edilmiş, kənar xətt, evə daxil olan rezin boru ləğv edilmiş və bu faktla əlaqədar ******* saylı akt tərtib edilmiş və akt üzrə 310.80 manat borc hesablanmışdır. Bu hal yalnız bir dəfə baş vermişdir. 25.12.2020ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyi tərfindən ünvan 2 ünvanında quraşdırılmış G-4 GPG elektron markalı, smart-kart tipli, 1702AZ**********02 saylı sayğac əvəzlənmiş, yeni Zenner G-4 tipli, mexaniki **********1 saylı qaz sayğacı quraşdırılaraq, 11007476 saylı plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” ******* saylı akt tərtib edilmiş, lakin onunla "Azəriqaz" İstehsalat Birliyi arasında qazın alqı-satqısı barədə heç bir müqavilə bağlanmamışdır. Bundan əlavə, 25.12.2020-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyi yeni sayğac quraşdırarkən 29.03.2019, 30.04.2019, 30.01.2020 və 28.02.2020-ci illərdə tərtib edilmiş aktlar barədə ona heç bir məlumat verilməmişdir. ******* saylı akt üzrə yazılmış 310.80 manat borc manat onun tərəfindən tam ödənilmiş, cari borcu 00.0 manat təşkil edir. O, evindəki PQ-4 qaz qurğusundan və samovardan istifadə etmək üçün sayğacdan kənar təbii qazdan istifadə etdiyini etiraf etmiş və həmin borcu hissə-hissə ödəmişdir. İddia ərizəsində qeyd edilən aktlar həqiqəti əks etdirmir. Belə ki, 01.11.2017-ci il tarixdən etibarən onun tərəfindən nə sayğaca, nə də küçədə yerləşən qaz xəttinə heç bir müdaxilə olunmamışdır. Qaz xətti küçədə yerləşdiyindən qaz xəttinə müdaxilənin abonent tərəfindən edilməsi sübut edilməmişdir. Əraziyə nəzarət edən “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları təlimata əsasən, qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirir. Dəfələrlə keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "qaz şəbəkəsinə qanunsuz qoşulma” inandırıcı deyildir. Ən azından sayğacdan kənar qaz şəbəkəsinə qanunsuz qoşulma üçün küçədəki qaz xətti deşilməli idi. Küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və qaz xəttinin deşilməsinə abonent cavabdeh deyil. Ümumiyyətlə nə onun, nə də ailə üzvlərinin imzaları olmayan həmin aktlardan xəbərləri olmamışdır. 01.11.2017-ci il tarixdə çəkilmiş fotoşəkillərdən başqa, təqdim edilmiş digər fotoşəkillər həqiqəti əks etdirmir, onun yaşadığı ünvana aid deyil və ya təkrar fotolardır. İddiaçı "Azəriqaz" İstehsalat Birliyinin tərtib etdiyi dörd akta əsasən guya sayğacdan kənar təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. İddiaçının iddia etdiyi həcmdə abonentin qazdan istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. İddia ərizəsində qeyd edilən aktlar üzrə ümumi məbləğ 2255.20 manat təşkil edir. Lakin iddiaçı ******* saylı akt üzrə yazılmış 310.80 manat borcun tutulduğunu nəzərə alaraq, həmin məbləği hesaba almır və qeyd edilmiş digər aktlar üzrə hesablanmış cərimə məbləği GASREPdə öz əksini tapmamışdır. Təbii qazdan sayğacdan kənar hər-hansı vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından, hər bir halda əsas qaz kəmərində qaynaq izləri qalır. Təkrar tərtib edilmiş aktlar əsasında onun hesab koduna əsassız olaraq 1944.40 manat borc yazılmışdır. Halbuki, tərəfindən 01.11.2017-ci il tarixdən sonra küçədəki qaz xəttinə özbaşına qoşulma hallarına yol verilməmişdir. Beləliklə, o, 12.08.2012-ci ildən 01.01.2021-ci il tarixədək 26843 m3 qaz sərfiyyatına görə 4081.00 manat ödəniş etmiş və borca görə 678.48 manat tutulma olmuşdur. Lakin iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkan və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etmənin qarşısını almadan, faktiki olaraq abonentə kənar xətdən istifadə etmək üçün şərait yaratmaqla, hər ay akt tərtib edərək, məhkəmədə iddia qaldırır. Abonentin kənar xətdən istifadə etməsi onun məsuliyyətini aradan qaldırmır. Bu səbəbdən də, iddiaçı "Azəriqaz" İstehsalat Birliyinin ona qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi və 29.03.2019-cu il tarixli, ******* saylı, 30.04.2019-cu il tarixli, ******* saylı, 30.01.2020-ci il tarixli, ******* saylı, 28.02.2020-ci il tarixli, ******* saylı aktların ləğv edilməsi, qeyri-qanuni hesablanmış 1994.40 manat məbləğin onun hesab kodundan silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 01.11.2017-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 310.80 manat məbləğində cərimənin ödənilməsi cavabdeh tərəfindən təmin edilmişdir, ona görə də digər hissələrdə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə nümayəndənin izahatını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” “Azəriqaz” İstehsalat Birliyi ilə “istehlakçı” Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 03.10.2017-ci il tarixli, Ak-2/11668 saylı müqaviləyə əsasən, sonuncunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, E.Mustafayev küçəsi, 3 saylı evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00000 saylı abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək və eyni zamanda, həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayacıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan Cavabdeh adına açılmış **********00000 saylı abonent saldosundan abonentin 1994.40 manat məbləğində borcu olduğu müəyyən olunur. İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən abonent kodu **********00000 olan Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, E.Mustafayev küçəsi, 3 saylı evə 01.11.2017-ci il, 29.03.2019-cu il, 30.04.2019-cu il, 30.01.2020-ci il və 28.02.2020-ci il tarixlərdə baxış keçirilərkən, həmin ünvanda sayğacdan kənar qoşulmalar müəyyən edilərək, müvafiq qaydada ******* saylı (310.80 manat); ******* saylı (853.20 manat), ******* saylı (133.20 manat), ******* saylı (756 manat); ******* saylı (252 manat) aktlar tərtib edilmiş və həmin aktlar əsasında təbii qazdan qeyriqanuni istifadəyə görə dəymiş zərər kimi ümumilikdə 1994,40 manat məbləğində pul vəsaiti hesablanmışdır. 01.11.2017-ci il tarixli, ******* saylı akt sayğacın çıxış plastmas borusunun kənar təsirlər nəticəsində deşilməsi, digər aktlar isə, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi əsası ilə tərtib edilmişdir. İlk dəfə 29.03.2019-cu il tarixdən etibarən müxtəlif vaxtlarda tərtib edilmiş həmin aktlar əsasında kənar qoşulma müəyyən edildiyi halda, həmin kənar qoşulmaların qarşısının alınıb-alınmaması və qanunsuz qoşulma ilə əlaqədar aktlar tərtib edilərkən, müvafiq səlahiyyətli şəxslər tərəfindən həmin qanunsuz qoşulmanın ləğv edilib-edilməməsi istiqamətində hər hansı bir tədbirin görülüb-görülməməsi həmin aktlarda qeyd olunmamışdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və talanması ilə əlaqədar vətəndaşların (istehlakçıların) və vəzifəli şəxslərin məsuliyyətinin nəzərdə tutulmasına baxmayaraq, məlum aktlar əsasında müəyyən olunmuş çoxsaylı kənar (qanunsuz) qoşulmalar nəticəsində qazdan qanunsuz istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə-hansı səbəblərə görə edilməməsi, edilmişdirsə-həmin şikayətin nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd təqdim olunmamışdır. Eyni zamanda, bununla əlaqədar qeyd etmək lazımdır ki, iddia tələbinin sübutu kimi iş materiallarına əlavə edilmiş məlum aktların (çoxsaylı) tərtib edilmə dövriliyi və tərtib edilmə üslub və qaydaları, eləcə də hər bir qoşulma halı müəyyən edildiyi zaman iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin müvafiq səlahiyyətli şəxsləri tərəfindən qanunvericilikdə nəzərdə tutulan hərəkətlərin edilməməsi və zəruri tədbirlərin görülməməsi də qoşulmaların reallığını və bununla əlaqədar tərtib edilmiş aktların mötəbərliliyini şübhə altına alır. Cavabdeh etiraz ərizəsində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə çəkilmiş təbii qaz xəttinə quraşdırılmış qaz sayğacına növbəti baxış zamanı sayğacdan kənar qaz xəttinə qoşulma faktı aşkar edildiyini, kənar xəttin və evə daxil olan rezin borunun ləğv edildiyini və bu halın yalnız bir dəfə baş verdiyini etiraf etmişdir. Ona görə də, məhkəmə 30.04.2019-cu il tarixli, ******* saylı aktı mötəbər sübut kimi nəzərə alaraq, hesab edir ki, həmin akt üzrə tələb olunan 133.20 manat məbləğində borcun tutulması hissəsində iddia sübuta yetmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 133.20 manat məbləğində dəymiş ziyan iddiaçı "Azəriqaz" İstehsalat Birliyinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia tələbi qismən təmin olunduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 10 manatı cavabdehə aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə, iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 133.20 (yüz otuz üç manat iyirmi qəpik) manat məbləğində dəymiş ziyan və 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 143.20 (yüz qırx üç manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı "Azəriqaz" İstehsalat Birliyinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-1439/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1439/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver