Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1447/2022 07.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddia tələbimi təmin edərək Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 11 966,99 (on bir min doqquz yüz altmış altı manat doxsan doqquz qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o ünvan 1 ünvanında yaşayır. Həmin ünvan üzrə təbii qazdan istifadə üzrə **********00001 saylı abonent istifadəçisidir. Təbii qazdan istifadəyə görə ödənişləri vaxtlı-vaxtında etmişdir. Onun ünvanına xx.xx.2021-ci il tarixdə sayğac G4 markalı smartkart tipli qaz sayğacı quraşdırılmışdır. xx.xx.2021 -ci il tarixdə ona ünvanlanmış xəbərdarlıq bildirişdə isə onun 11,966,99 manat borcuolduğu bildirilmişdir. Bununla bağlı cavabdeh təşikalata müraciət etdikdə, ona çoxsaylı aktlar tərtib edilmişdir. Belə ki, onun barəsində xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixdə ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlar qəbul edilmişdir. Həmin aktlarda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadənin olduğu qeyd edilmişdir. Lakin həmin aktlar tamamilə əsassızdır. O zaman belə sual yaranır ki, cavabdeh əgər 2018-ci ildən təbii qaz xəttini talamağımı aşkar etmişdirsə, bəs nəyə görə bu qanunsuzluğun qarşısım almaq üçün ünvanıma təbii qazın verilməsini dayandırmırdı. Çünki, “Qazdan istifadə Qaydaları”mn təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabiqetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazm verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısı üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Deməli, belə hal mövcud deyil. Cavabdeh tərəfindən hər ayın sonu onun barəsində zərər aktı tərtib etməsi şübhə doğurur və reallığa uyğun deyil. O qaz xəttinə özbaşına qoşulmamışdır. Bu barədə tərtib edilən aktlardan onun məlumatı yoxdur. Fotoşəkillərin mövcudluğu isə hələ onun ünvanında qaz xəttinə özbaşına qoşulma sayıla bilməz. Üstəlik, aktlara əlavə edilmiş fotoşəkillər ona məxsus ünvan deyil, fotoşəkillərdən isə onun harada çəkilməsi, məhz iddiaçının ünvanının olması məlum olmur. Videoçəkiliş mövcuddursa, məhkəməyə təqdim edilsin və məhz ona məxsus sayğacdan söhbət getdiyi aydın olsun. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 iddia tələbini müadfiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, aboneti təbii qazdan sayğadan kənar istifadə etməsi aşkarlanmışdır. 21 iyun 2018-ci il tarixli itirilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən 576 m3 qaz sərfiyyatı hesablanmışdır. **********00001 saylı abonentin saldosunun surətindən görünür ki, X5 qalıq və aktlar üzrə 2018-ci ilin iyun ayı üçün 115.2 manat cərimə hesablanmışdır. 21 iyul 2018-ci il tarixli itirilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən 6666 m3 qaz sərfiyyatı hesablanmışdır. **********00001 saylı abonentin saldosunun surətindən görünür ki, X5 qalıq və aktlar üzrə 2018-ci ilin iyul ayı üçün 133.2 manat cərimə hesablanmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, aboneti təbii qazdan sayğadan kənar istifadə etməsi aşkarlanmışdır. 29 avqust 2018-ci il tarixli itirilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən 576 m3 qaz sərfiyyatı hesablanmışdır. **********00001 saylı abonentin saldosunun surətindən görünür ki, X5 qalıq və aktlar üzrə 2018-ci ilin avqust ayı üçün 115.2 manat cərimə hesablanmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, aboneti təbii qazdan sayğadan kənar istifadə etməsi aşkarlanmışdır. 28 dekabr 2018-ci il tarixli itirilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən 576 m3 qaz sərfiyyatı hesablanmışdır. **********00001 saylı abonentin saldosunun surətindən görünür ki, X5 qalıq və aktlar üzrə 2018-ci ilin dekabr ayı üçün 57.6 manat cərimə hesablanmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, aboneti təbii qazdan sayğadan kənar istifadə etməsi aşkarlanmışdır. 29 oktyabr 2021-ci il tarixli itirilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən 11304 m3 qaz sərfiyyatı hesablanmışdır. **********00001 saylı abonentin saldosunun surətindən görünür ki, X5 qalıq və aktlar üzrə 2021-ci ilin iyun ayı üçün 1130.4 manat cərimə hesablanmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, aboneti təbii qazdan sayğadan kənar istifadə etməsi aşkarlanmışdır. 30 dekabr 2020-ci il tarixli itirilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, ******* nömrəli, xx.xx.2020-ci il tarixli akta əsasən 26568 m3 qaz sərfiyyatı hesablanmışdır. **********00001 saylı abonentin saldosunun surətindən görünür ki, X5 qalıq və aktlar üzrə 2020-ci dekab iyun ayı üçün 2656.8 manat cərimə hesablanmışdır. **********00001 saylı abonentin saldosunun surətindən görünür ki, X2 2021-ci ilin sonu üçün aktlar üzrə 11.946.99 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə ilk əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixdə ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli aktlar əsasında ona 11946.99 manat cərimə hesablanmış olduğunu bildirsədə məhkəmə araşdırması zamanı müəyyən olundu iddiaçıya qeyd edilən aktlar əsasında cəmi 4208.4 manat məbləğində cərimə yazılmışdı. Məhkəmə hesab edir ki, ilk akt yəni xx.xx.2018-ci il tarixli akt istisna olmaqla digər 5 akt üzrə cavabdehə hesablanmış 4093.2 maant məbləğində cərimə silinməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixdə ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* saylı aktlarda iddiaçının imzasının olmadığını, dolayısı ilə ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktların düzgülüyünə şübhə yaradır. Belə vəziyyətdə hesab olunmalıdır ki, qaz xəttinə qanunsuz qoşulma faktını təsdiq edən fotoşəkillər ilk akta aiddir, bütün aktlar üzrə həmin fotoşəkillərə istinad oluna bilməz. Digər aktlara münasibətdə qaz xəttinə qanunsuz qoşulmanı təsdiq edən sübut təqdim edilməyib. Həmin aktlar isə öz-özlüyündə qaz xəttinə qanunsuz qoşulmanı təsdiq edən mötəbər sübut sayıla bilməz. Belə ki, aktları Cavabdeh İB-nin əməkdaşları tərtib edib, abonent aktları imzalamayıb, aktların imzalanmaq üçün abonentə təqdim edildiyini təsdiq edən sübut isə yoxdur. Bundan başqa, Mülki Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Əgər ilk aktın, yəni xx.xx.2018-ci il tarixli aktın tərtib edilməsindən sonra Cavabdeh İB həmin akta əsasən hesablanmış məbləğin (115.2 manatın) tutulması üçün məhkəməyə müraciət etsəyidi və abonentin mülki-hüquqi məsuliyyətə cəlb edilməsini, yəni zərərin əvəzini ödəmək öhdəliyinin onun üzərinə qoyulmasını tələb etsəyidi, zərərin həcmi, 4208.40 manata qədər artmazdı. Çünki hüquqpozma (o cümlədən mülki hüquqpozma) törədən şəxs məsuliyyətə (o cümlədən mülki məsuliyyətə) ona görə cəlb olunur ki, onun növbəti hüquqpozma törətməsinin qarşısı alınsın. Lakin Cavabdeh İB 4 il ərzində öz hərəkətsizliyi ilə zərərin həcminin artmasına şərait yaradıb. Ona görə də yalnız ilk akta əsasən hesablanmış zərər istisna olmaqla digər 5 akta əsasən hesablanmış zərər silinməlidir. Qeyd edilənlərə əsasən Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixdə ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktlara əsasən **********00001 saylı abonent X5 qanunsuz olaraq hesablanmış 4093.2 (dörd min doxsan üç manat, iyirmi qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixdə ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktlara əsasən **********00001 saylı abonent X5 qanunsuz olaraq hesablanmış 4093.2 (dörd min doxsan üç manat, iyirmi qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1447/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1447/2022
07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver