Məhkəmə qərarları › İş №2(008)-1447/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1447/2023

06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1447/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclası katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Maraqlı şəxs X4, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin tabeliyində Sosial xidmətlər Agentliyinin nüamyəndəsi X5 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 maraqlı şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosiial Xidmətlər Agentliyi, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası, X15 olmaqla “övladlığa götürmə” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2n maraqlı şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosiial Xidmətlər Agentliyi, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası, X15 olmaqla “övladlığa götürmə” tələbinə dair ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X2 onların tərəfindən övladlığa götürülmüş hesab edilməsi, xx.xx.2019-ci il təvəllüdlü X2 doğum haqqında akt qeydində soyadı qrafasında Əliyev, ata adı qrafasında Hafiz, ana adı qrafasında Sevil, yəni X16 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2008-ci il tarixdə Ərizəçi2 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. X4 xx.xx.2019-cu il təvəllüdlü X10 adlı övladı daimi olaraq onların himayəsində yaşayır. Uşağın bütün tələbatları onun tərəfindən ödənilir. Uşağın təhsili, gələcəkdə cəmiyyətə yararlı övlad olması üçün bütün imkanlarından istifadə edəcəkdir. Maddi cəhətdən tam təminatlıdır, yaşayış üçün yararlı evi var və sağlamdır. Övladlığa götürülməyə mane ola biləcək hər hansı bir xəstəliyi yoxdur. Heç bir xəstəliklə bağlı heç bir poliklinikada qeydiyyatda deyil. Hal-hazırda sürücü vəzifəsində işləyir. Uşağın maddi tələbatlarının ödənilməsi üçün kifayət qədər maddi imkana malikdir. Gələcəkdə övladlığa götürmək istədiyi xx.xx.2019-cu il təvəllüdlü X10 arasında soyad və adının fərqli olmaması və uşağa ata qayğısı göstərmək istədiyindən, uşağın onların tərəfindən övladlığa götürülməsini istəyir. Məhkəməyə müraciət etməzdən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və 29 noyabr 2022-ci il tarixli rəylə onlara X2 övladlığa götürülməsi uşağın mənafeyinə uyğun hesab edilməsi barədə rəy verilmişdir. Hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X10 onların tərəfindən övladlığa götürülmüş hesab edilməli, xx.xx.2019-cu il təvəllüdlü X2 doğum haqqında akt qeydində soyadı Əliyev, ata adı Hafiz, ana adı Sevil, yəni X16 qeyd edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X15 bildirmişdir ki, Ərizəçi2 onun doğma anasıdır. Ərizəçi1 isə onun ögəy atasıdır. xx.xx.2019-cu il təvəllüdlü X10 onun övladıdır. Lakin uşaq anadan olandan ərizəçilərlə qalmış, onları öz ata anası bimış, onu isə bacı bilmişdir. Uşağını ərizəçilərə övladlığa verməydə əmin olduğunu bildirdi. Eyni zamanda uşağın atasının uşağı qəbul etmədiyini bildirdi, bu səbəbdən də uşağın doğum haqqqında şəhadətnaməsində ata adı onun sözləri ilə yazılmışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin tabeliyində Sosial xidmətlər Agentliyinin nüamyəndəsi X17 ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdıraraq və onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qiymətləndirmə üzrə sosial işçinin yekun xülasəsindən görünür ki, müsahibənin sonunda valideyn-namizədə övladlığa götürm prosedurları, öhdəlikləri və dövlətin dəstək mexanizmləri ilə bağlı zəruri məlumatlar verilmişdir. Valideyn-namizədlər övladlığa götürüllmə prosesi rəsmiləşərsə, uşağın ana adını və soyadını dəyişmək fikrində olduqları, dərəcə şkalasına görə qənaətbəxş hesab edilmişdir. “Bakı Baş Səhiyyə Mərkəzi” X28 12 nömrəli şəhər poliklinikasının 26 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixli X10 ondan ötrü ki, o, 12 saylı şəhər polklinikasının uşaq şöbəsində qeydiyyatdadır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 4368 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi2 ailə tərkibi Ərizəçi1, X11, X20, X8 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozunda qeydiyyatsız yaşayırlar. Övladlığa götürmə ilə bağlı tibbi arayışlardan görünür ki, Ərizəçi2 və Ərizəçi1 VƏDdə və ruhi dispanserdə qeydiyyatda deyil, hal-hazırda psixi pozuntusu aşkarlanmamışdır. 5 saylı Bakı “ASAN Xidmət” X7 AZ-İV seriyalı, 524104 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2019-cu ildə anadan olmuş, atası X12, anası isə X9r. İş materiallarında olan AZ-İ seriyalı, 441292 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X13 arasındakı nikah xx.xx.2008-ci il tarixdə bağlanmış və nikah bağlandıqdan sonra qadına Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Ərizəçi2, Ərizəçi1, X15 tərəfinən notarial qaydada təsdiq olunaraq verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, onlar qarşılıqlı razılıqla Ərizəçi2 və Ərizəçi1 tərəfindən xx.xx.2019-cu il təvəllüdlü X2 övladlığa götürməyə və X15 övladı xx.xx.2019-cu il təvəllüdlü X6 Ərizəçi2 və Ərizəçi1 övladlığına verilməzinə razıdılar. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 29 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, valideyn-namizədlər Ərizəçi2 və Ərizəçi1 tərəfindən X2 övladlığa götürülməsi uşağın mənafeyinə uyğun hesab edilir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 345-ci maddəsində qeyd olunur ki, uşağın övladlığa götürülməsi barədə ərizə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası Ailə Məcələsinin 117.1-ci maddəsinə görə övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən Övladlığa götürmə üç mərhələdə həyata keçirilir: övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması; övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi; övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi. Həmin Məcəllənin 118.15-cı maddəsinə əsasən Uşaq qohumları (bacı-qardaş, nənəbaba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürüldükdə, bu Məcəllənin 118.3.2-118.3.5-ci maddələrinin tələbləri həmin şəxslərə şamil edilmir. Həmin Məcəllənin 122.1-cı maddəsinə əsasən valideynləri olan uşaq bu Məcəllənin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin razılığı, valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının rəyi tələb olunur. Uşaqlarının övladlığa götürülməsinə valideynlərin yazılı razılığı notariat qaydasında təsdiq olunmalıdır. Razılıq, həmçinin məhkəmədə övladlığa götürmə zamanı şifahi olaraq verilə bilər. Həmin Məcəllənin 124.5-cı maddəsinə əsasən 10 yaşına çatmış uşaq övladlığa götürüldükdə, onun razılıq verməsi zəruridir. 7 yaşına çatmış uşaq övladlığa götürüldükdə, məhkəmələr tərəfindən onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrənilir və nəzərə alınır. Həmin Məcəllənin 124.6-cı maddəsinə əsasən Övladlığa götürmə haqqında ərizə verilənə qədər uşaq övladlığa götürmək istəyənin ailəsində yaşamışsa və onu öz valideyni hesab edirsə, övladlığa götürmə övladlığa götürülən uşağın razılığı olmadan da aparıla bilər. Həmin Məcəllənin 125.1-cı maddəsinə əsasən Övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə yazılır. Həmin Məcəllənin 125.3-ci maddəsinə əsasən Övladlığa götürülən 10 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adı bu Məcəllənin 124.6-cı maddəsində nəzərdə tutulmuş hallardan başqa, yalnız onun razılığı ilə dəyişdirilə bilər. Övladlığa götürülən 7 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adının dəyişdirilməsi barədə fikri öyrənilir. Həmin Məcəllənin 125.4-cü maddəsinə əsasən Övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir. Həmin Məcəllənin 127.1-ci maddəsinə əsasən məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürülənlərin valideynləri kimi doğumun qeydi kitablarına yazılmasını qət edə bilər. Həmin Məcəllənin 127.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.6-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, övladlığa götürülən 10 yaşına çatmış uşaq barəsində bu cür qeydin yazılması üçün onun razılığı lazımdır. Beləliklə, məhkəmə işin hallarını tam, obyektiv və hərtərəfli araşdırıb sübutlara məcmu halında qiymət verərək, eləcə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin işə əlavə edilmiş rəyini nəzərə alaraq hesab edir ki, ərizəçinin tələbinin qanuni əsası mövcuddur. Ona görə də ərizə təmin olunmalı, xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş X1 Hafiz Bayram oğlu, Ərizəçi2 övladlığına verilməli, xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş X3 AZ-İV seriyalı 524104 nömrəli şəhadətnamə ilə doğum akt qeydinə dəyişiklik edilərək uşağın soyadı “Əliyev”, ata adı “Hafiz”, ata qrafasında “Ərizəçi1”, ana qrafasında isə “Ərizəçi2” yazılsın, uşağın adı, doğum tarixi, doğum yeri əvvəlki qaydada saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Republikası MPM-nin 216-220, 233, 296-300, 350, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş X1 Hafiz Bayram oğluna, Ərizəçi2 övladlığına verilsin. xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş X2 AZ-İV seriyalı 524104 nömrəli doğum haqqında şəhadətnamə ilə doğum akt qeydinə dəyişiklik edilərək uşağın soyadı “Əliyev”, ata adı “Hafiz”, ata qrafasında “X18”, ana qırafasında isə “Ərizəçi2” yazılsın, uşağın adı, doğum tarixi, doğum yeri əvvəlki qaydada saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar