Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1450/2023 06.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabadeh Cavabdeh2 Kəmaləddin qızının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Kəmaləddin qızına qarşı «bağ sahəsinə keçid üçün verilmiş yolun eninin azaldılması, yol hissəsindəki hasarın cavabdehin hesabına sökülərək geri çəkilməsi və ondan istifadəyə maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Kəmaləddin qızına qarşı «bağ sahəsinə keçid üçün verilmiş yolun eninin azaldılması, yol hissəsindəki hasarın cavabdehin hesabına sökülərək geri çəkilməsi və ondan istifadəyə maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən və ona məxsus olan 520 saylı bağ sahəsinin qərb tərəfindən 520 A saylı bağ sahəsinə keçid üçün verilmiş və sənədlərə uyğun olaraq 2,0-2,5 m olması nəzərdə tutulan, lakin faktiki olararq 3,0 m olmaqla Cavabdeh1 tərəfindən zəbt edilmiş yol hissəsinin 71 sm azaldılması, yol hissəsindəki 49,2 m hasarın cavabdehin hesabına sökülərərk geri çəkilməsi və torpaq sahəsinin 0,12 ha ölçüyə çatdırılması, istifadəyə maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 oktyabr 2014-cü il tarixli ******* nömrıəli Çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 520 saylı bağ evinin mülkiyyətçisidir. Onun mülkiyyətində olan torpaq sahəsinin ölçüsü sənədlər üzrə 0,12 ha-dır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən ona verilmiş reyestr nömrəsi **********77-11301 olan bağ evinin texniki pasportuna əsasən qeyd olunan bağ sahəsi 3 tərəfdən digər qonşuların bağ sahələri ilə, bir tərəfdən isə 520 A saylı bağ sahəsinə keçid üçün verilmiş yol ilə əhatələnir. Onun bağının qonşuluğunda yerləşən 520 A saylı bağ sahəsi əvvəllər vahid bağ sahəsinin hissələri olmuş, cəmi 0,25 ha sahədən ibarət həmin bağ sahəsi keçmiş mülkiyyətçisi X6 ərizəsinə əsasən qızları-X9 və X3 arasında bərabər paylarla bölüşdürülmüşdür. Bu bölgü məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarları ilə də təsdiq olunur, 520A saylı bağ evinin mülkiyyətçisi hal-hazırda X11r. Bir neçə il bundan əvvəl Cavabdeh1 bağ evində müvəqqəti olaraq ailə üzvlərinin (orada atam Tofiq Mustafayev yaşayırdı) olmamasından istifadə edərək, bağ sahələrinin arasında olan ayırıcı divarı sökərək onun torpaq sahəsinin içərisinə doğru irəli çəkmiş, bununla da onun torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmuşdur. Nəticə etibarı ilə ona məxsus olan torpaq sahəsi azalmış, Cavabdeh1 məxsus sahə isə artmışdır. Onlar bunu biləndən sonra məsələni, sülh yolu ilə qaydaya qoymaq istəsə də, cavabdehin günahı ucbatından onu alınmamışdır. Ona görə də onlar məcbur olub həmin hasarın sökülərək geri çəklməsi tələbi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etməli olmuşlar. Məhkəmə araşdırması zamanı mütəxəssislər dəvət edildi və ekspertizalar keçirildi. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11 oktyabr 2019-cu il tarixli **********35 saylı məktub-rəyinə əsasən sənədlərə və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında yerləşdirilmiş sxemlərə uyğun olaraq Cavabdeh1 istifadəsində olan 520 A saylı bağ sahəsinin künc koordinatlarını müəyyən etmək mümkündür. Guya ona məxsus olan bağ sahəsinin künc koordinatları araşdırmaya təqdim edilmədiyi üçün onun koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh1 məxsus 520 A saylı bağ sahəsi sənəd üzrə 1200 kv.m olsa da faktiki araşdırma zamanı onun 1302 kv.m olduğu, onun istifadəsində olan bağ sahəsinin ölçüsünün isə 1365 kv.m olduğu müəyyənləşdirilmişdir. Cavabdeh1 qanunsuz olaraq 102 kv.m bağ sahəsindən istifadə etdiyindən həmin sahəyə keçid üçün onun bağ sahəsindən kəsilib verilən yola görə sahəsi azalaraq 1365 kv.m-ə enmişdir. Həmin rəyə əsasən bağ sahələrini ayıran divarı söküb yerini dəyişməklə torpaq sahələri arasında bərabərliyi təmin etmək mümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəsində bu halın araşdırılması üçün iki dəfə rəy alınmışdır. 29 noyabr 2019-cu il tarixli 15654 saylı ekspert rəyi ilə mütəxəssislərin gəlmiş olduğu nəticə təsdiqlənmiş, lakin nəticə hissəsində səhvə yol verilərək 1302 kv.m torpaq sahəsindən guya onun istifadə etdiyi, 1365 kv.m torpaq sahəsindən isə Cavabdeh1 istifadə etməsi yazılmışdır. Halbuki rəyin 3-cü suala cavabında aydın göstərilmişdir ki, Cavabdeh1 102 kv.m artıq torpaq sahəsindən istifadəsi nəticəsində 520 A saylı torpaq sahəsi üçün keçid yolunun nəzərdə tutulması 520 saylı torpaq sahəsinin, yəni onun bağ sahəsinin ölçülərinin azalmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəsinin 17 avqust 2021-ci il tarixli 10/1599 saylı rəyinə əsasən mütəxəssislərin gəlmiş olduğu nəticə təsdiqlənmiş, tədqiqatın nəticəsi olaraq müəyyən edilmişdir ki, onun bağ sahəsinin faktiki vəziyyətdə şərq istiqamətində eni 24.1 m, yəni texniki pasportda göstəriləndən (25,65 m) 1,55 m az, qərb istiqamətində eni 22,6 m, yəni texniki pasportda göstəriləndən (23,18 m) 0,58 m az olduğundan onun bağ torpağının faktiki vəziyyətdə sahəsi azalmışdır. Lakin ekspert rəyində Cavabdeh1lə qeyri-prosessual münasibətlərinin nəticəsi olararq belə bir qeyd də vermişdir ki, guya Cavabdeh1 qanunsuz olaraq zəbt etdiyi 102 kv.m torpaq sahəsini mişar daşı ilə hasar çəkməklə istifadəsindən təcrid etmişdir. Bunlar yalandır və həmin sahə hər tərəfdən hasar içərisindədir və Cavabdeh1 həmin ərazini zəbt etməsi də şəksizdir. Fotoşəkillərdə də bu aydın görünür. Ekspertin rəyində guya ona məxsus olan 520 saylı bağ sahəsinin künc koordinatlarının müəyyən edilməsinin mümkün olmadığı barədə qeydi də əsassızdır. DƏDRX-nin 10 dekabr 2020-ci il tarixli **********89 saylı məktubuna əsasən “Bağ sahəsinə dair” Kadastr Planına uyğun olaraq 520A saylı bağ sahəsindən 2,0-2,5 m enində olmaq şərti ilə sərhədlə keçid yolu müəyyən edilmişdir. Yerində aparılmış təkrar texniki müayinə zamanı müəyyən olunmuşdur ki, 520 A saylı bağ sahəsinə keçid üçün yol 3,0 m olmaqla hasara alınmış və nəticədə ona məxsus olan 0,12 ha bağ sahəsi 35 kv.m azalmış, 0,1165 ha təşkil etmişdir. Məktubda həmçinin qeyd olunmuşdur ki, hazırda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) tərtib edilmişdir və həmin sənədlərdə də onun bağ sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmuşdur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş Sxemdə də ona məxsus olan bağ sahəsinin Döngə nöqtələrinin koordinatları dəqiq və aydın göstərilmişdir. Ekspert rəyində həqiqəti gizləmək üçün keçid yolunun yalnız sahəsini (149 kv.m) göstərməklə kifayətlənmişdir.Halbuki bütün Sxem və təsdiqedici sənədlərdə də göstərilmişdir ki, keçid yolunun eni 3,0 m,uzunluğu isə 49,2 m-dir. Lakin Bakı şəhəri Sabunçu rayon məhkəməsi ekspertizanın qüsurlu rəyinə istinad edərək 05 noyabr 2021-ci il tarixli 2(008)-137/2021 saylı qətnaməsi ilə onun iddia tələbini (cavabdehə məxsus torpaq sahəsini ayıran divarın cavabdehin hesabına sökülərək onun əvvəlki vəziyyətinə qaytarılmasına dair) təmin etməmişdir. Ona görə də, o iddianın predmetini dəyişdirib yeni iddia ilə məhkəməyə müraciət etməyi zəruri hesab etməklə,keçid yolunun eninin DƏDRX-nin 10 dekabr 2020-ci il tarixli **********89 saylı məktubuna əsasən “Bağ sahəsinə dair” Kadastr Planına uyğun olaraq 520A saylı bağ sahəsindən ayrılmış 3,0 m-dən sənəd üzrə ayrılmalı olan 2,0-2,5 m enindəkı ölçülərə uyğun olaraq azaldılmaqla hasarın geri çəkilməsi, azalmış torpaq sahəsinin 0,12 ha ölçüsünə çatdırılması, bunun üçün isə 49,2 m uzunluğunda hasarın cavabdehin hesabına sökülməsi, istifadəyə maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məqsədəmüvafiq sayır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Və eyni zamanda bildirmişdir ki, cavabdeh tərəfin keçid yoluna çəkmiş olduğu hasarın uzunluğu 49.2 metrdir. Sorğulara verilmiş cavabdan məlum olurki iddiaçının hazırda faktiki istifadə etdiyi yer 0.12 sot olmalı olduğu halda 1165 kv.metrdir. Belə olan halda 71 sm olan hissəni hasarın uzunluğuna vurulan zaman əldə edilən nəticə 1165 kv.m ilə toplaqndığda iddaçının mülkiyyətində olan torpaq sahəsi tam bərpa edilmiş olduğundan, iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabadeh Cavabdeh2 Kəmaləddin qızının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmərək bildirmişdir ki, qeyd edilmiş iddia tələbi cavabdehlərə qarşı verilsə də, tələb aydın qeyd edilməmiş, cavabadehlərdən konkret olaraq nə tələb olunduğu aydın deyildir, əlavə olaraq bildirmişdir ki, eyni iddia tələbi ilə bağlı artıq məhkəmə qətnaməsi olduğundan, iddia ərizəsi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, cavabdehin öz mülkiyyətində olan torpaq sahəsindən əlavə 102 kv.m torpaq sahəsi istifadə etmiş olsada, həmin hissə iddiaçıya heç bir maneə yartmır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə digər Cavabdeh1bub iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-137/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, İddiaçı Cavabdeh2 oğluna qarşı “onun torpaq sahəsinin azalmasına səbəb olmuş və cavabdehə məxsus torpaq sahəsini ayıran divarın cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilməsi dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 15654 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 11 oktyabr 2019-cu İl tarixli **********35 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh1 istifadəsində olan 520 a saylı bağ sahəsinin künc koordinatlarını (1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi koordinatlara əsasən müəyyən etmək mümkündür. Lakin İddiaçı adına olan reyestr nömrəsi **********77-11301 olan texniki pasport olsa da, koordinatları təqdim edilmədiyi üçün (texniki pasportdakı sxemdə keçid qeyd edilib) 520 a saylı bağ sahələrinin sxematik planına uyğun olaraq künc koordinatlarını müəyyən etmək mümkün deyildir. İddiaçı faktiki istifadəsində olan 1302 kv.metr (sənəd üzrə 1200 kv.m) və Cavabdeh1 faktiki istifadəsində olan 1165 kv.metr torpaq sahələrinin koordinatları naturada müəyyən edilmişdir. Cavabdeh1 istifadəsində sənəd üzrə olan torpaq sahəsindən 102 kv.metr artıq torpaq sahəsindən istifadə etdiyindən, 520 a saylı torpaq sahəsi üçün keçid yolunun nəzərdə tutulması 520 saylı torpaq sahəsinin ölçülərinin azalmasına səbəb olur. Sxemlərdə göründüyü kimi cəmi mübahisələndirilən ərazi 2606 kv.metr, hər iki torpaq sahəsi sənəd üzrə 1200 kv.metr təşkil edir. Qalan 206 kv.metr sahə keçid üçün bəs edir. Ona görə də iki bağ sahəsini ayıran sərhəd divarının yerini dəyişməklə torpaq sahələri arasında bərabərliyi (eyni ölçülü torpaq sahələri) təmin oluna bildiyi, 520 saylı bağ sahəsində (ölçülərində) azalma varsa, 520 a saylı bağ sahəsinin qonşu (520) bağ sahəsi olan qonşu divarını hansı məsafədə geri çəkilməli olaması rəyə əlavə edilmiş sxemlərdə öz əksini tapması qeyd edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/1599 nömrəli ekspert rəyindən görünür ki, 520 saylı bağ sahəsinin faktiki vəziyyətdə şərq istiqmətində eni (24.1 metr) texniki pasportda göstərilənlərdən (25.65 metr) 1.55 metr az və qərb istiqamətdə eni (22.6 metr) texniki pasportda göstəriləndən (23.18 metr) 0.58 metr az olduğundan həmin bağ sahəsinin faktiki vəziyyətdə sahəsinin azalmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi Bakı Layihə -Tədqiqat İdarəsinin mübahisəli torpaq sahəsinə dair tərtib etdiyi, torpaq sahəsinin sənəd üzrə və faktiki vəziyyətdə yerləşməsini əks etdirən sxem və sxemə əlavə edilmiş koordinatlara əsasən, 520 və 520 a saylı bağ sahələrinin bağ sahələrini ayıran mübahisəli hasarın cavabdehə sənəd üzrə arılmış torpaq sahəsinin sərhəd xəttinin üzərində yerləşməsini və sxemdə mülkiyyətinə əlavə 102 kv.m sahə kimi göstərilmiş sahənin faktiki vəziyyətdə mişar daşından inşa edilmiş hasar vasitəsi ilə cavabdehin istifadəsindən təcrid şəkildə ayrılmasını nəzərə alaraq, 520 və 520 a saylı bağ sahələrinin bağ sahələrini ayıran sərhəd divarının yerini dəyişməklə torpaq sahələri arasında bərabərliyin təmin edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. İddiaçı adına reyestr nömrəsi **********77-11301 olan texniki pasportda torpaq sahəsinin koordinatları təqdim edilmədiyi üçün 520 a saylı sahələrinin sxematik planına uyğun olaraq künc koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Odur ki, həmin bağ sahəsinin sənəd üzrə ölçülərinin bərpa edilməsi üçün nə edilməli olduğunu müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/1599 nömrəli ekspert rəyinin təsviri hissəsində qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan 0.12 ha olan torpaq sahəsində ümumi sahəsi 100.72 kv.m olan bağ evi iddiaçının mülkiyyətindədir. Həmin bağ evinə dair tərtib edilmiş Texniki Pasport sənədindən görünür ki, bağ evi bir tərəfədən yol, bir tərəfdən keçid, iki tərəfdən qonşi bağ bağ sahələri ilə həmsərhəddir. Bağ evinin yerləşdiyi torpaq sahəsinin uzunluğukeçid yolu ilə sərhəd hissədə 49.2 m, 521 saylı bağ sahəsi ilə sərhəddə 49.33 m, bağ sahəsinineni 520a bağ sahəsi ilə sərhəddə 23.18m, yol ilə sərəddə 23.18 m təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Resystrindən ******* nömrəli çıxarış surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsiində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 520 saylı bağ evinin mülkiyyətçisi İddiaçıdur. Daşınmaz Əmlakın AN-İ seriyalı, ******* nömrəli Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 520a saylı bağ sahəsini Cavabdeh2n 80.000 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmtənin **********89 nömrəli, xx.xx.2020-ci il tarixli X2 ünvanlamış məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 520 saylı bağ sahəsi üzrə mülkiyyət hüququ , ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş kadastr planına uyğun olaraq daşnmaz əmlakın dövlət reyestrində qeydiyyta alınmışdır. Bağ sahəsinə dair kadastr planında 2-2.5 m şərti sərhədlə keçid yolu nəzərdə tutulmuşdur. Müraciətinizlə əlaəqdar yerində aparılmış təkrara texniki müayinə zamanı müəyyən olunmuşdur ki, qonşu bağ sahəsinə yol 3 metr olmaqla hasara alınmış və nəticədə oğlunuza məxsus 0.12 ha bağ sahəsi 35 kv.m azalaraq 0.1165 ha təşkil etmişdir. Oğlunuza və arasında mübahisə yaranmış qonşu bağ sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) tərtib edilmiş və həmin sənədlərdə bağ sahələrinin döngə nöqtələrinin koordinatları qeyd olunmuşdur. Qonşu ilə hasarın yerinin dəyişdirərək bağ sahənin 35,0 kv.m azalan hissəsinin qonşu bağın qərb hissəsində yerləşən artıq torpaq sahənin bir hissəsini birləşdirmək hesabına bərpa etmək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmtənin **********48 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 0.12 hektar torpaq sahəsi olan 520a saylı bağ sahəsi keçmiş X5 və İstismarı Birliyinin xx.xx.2004-cü il tarixli, 24468 saylı icarə müqaviləsi və X16 kitabında xx.xx.2009-cu il tarixdə 15996 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2009-cu il taı ixdə X7 adına ilkin qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-1421 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Cavabdeh1 mülkiyyətində olmuş Bilgəh qəsəbəsi, 520a saylı bağ sahəsi ünvanında yerləşən 0.12 hektar torpaq sahəsi 2 saylı Bakı “ASAN xidmət” mərkəzində təsdiq edilmiş 4Ə-289 reyestr nömrəli, xx.xx.2021 -ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə Cavabdeh2 Kəmaləddin qızının adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki işin matriallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçı ilə Cavabdeh2 Kəmaləddin qızının mülkiyyətində olan torpaq sahələri ayrı-ayrılqda 0.12 ha təşkil edir. İddiaçı ilə cavabdehə məxsus torpaq sahəsi əvvəllər bir torpaq sahəsi olduğundan cavabdehin mülkiyyətində olan torpaq sahəsinə keçid yol iddiaçıya məxsus olan torpaq sahəsinin qarşısından 2-2.5 metr olmaqla nəzərə alınmışdır. Lakin Cavabdeh2 Kəmaləddin qızının öz mülkiyyətində olan torpaq sahəsindən əlavə 102 kv.m torpaq sahəsindən qanunsuz olarq istifadə etməsi (bu hal məhkəmə iclaslarında habelə cavabdehin vəkili tərəfindən qəbul edilmişdir) cavabdehin torpaq sahəsinə gedən yolun iddiaçının torpaq sahəsi hesabına artmasına səbəb olmuşdur. Belə ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmeti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən təqdim edilmiş sexmdən görünür ki, 520 A bağ sahəsinə keçid yolu 206 kv.m olması nəzərdə tutulmuş olduğu halda yəni cavabdeh mülkiyyətçi onun torpaq sahəsinə gedən keçid yola 2-2.5 metr sərhəd saxlamaqla hasar çəkməli olduğundan o, hasarı 3 metr məsafədən çəkmişdir. Qeyd edilmiş hallar Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-137/2021 nömrəli mülki iş üzrə təyin edilmiş ekspertizanın xx.xx.2019-cu il tarixli rəyi ilə sübüt olunur. Belə ki sözügedən rəydə göstərilmişdir ki, tərəflər arasında cəmi mübahisələndirilən ərazi 2606 kv.metr təşkil edir. Eyni zamanda ekspertiza rəyində qeyd edilmişdir ki, Cavabdeh2 Kəmaləddin qızının istifadəsində sənəd üzrə olan torpaq sahəsindən 102 kv.metr artıq torpaq sahəsindən artıq istifadə etdiyindən, 520 a saylı torpaq sahəsi üçün keçid yolunun nəzərdə tutulması 520 saylı yənin iddiaçının torpaq sahəsinin ölçülərinin azalmasına səbəb omuşdur. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmtənin **********89 nömrəli, xx.xx.2020-ci il tarixli X2 ünvanlamış məktubunda da bu hal bir daha təsdiqlənmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 520 və 520 a bağ sahəsinə dair kadastr planında 2-2.5 m şərti sərhədlə keçid yolu nəzərdə tutulmuş olduğu olduğu halda, qonşu 520 a bağ sahəsinə yol 3 metr olmaqla hasara alınmış və nəticədə iddiaçıya məxsus 0.12 ha bağ sahəsi 35 kv.m azalaraq 0.1165 ha təşkil etməkdədir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə qismən təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 520 saylı bağ sahəsinin qərb tərəfindən 520 A saylı bağ sahəsinə keçid üçün verilmiş yol 71 sm hissədə azaldılmalı, keçid yol hissəsindəki 49,2 m hasar Cavabdeh2 hesabına sökülərək geri çəkilməlidir. Məhkəmə iddia tələbinin istifadəyə maneələrin aradan qaldırılması hissəsinin Cavabdeh2 münasibətdə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı Cavabdeh2 iddiaçının torpaq sahəsinə başqa hansı maneə yaratmış olduğunu dəqiq qeyd etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinə digər Cavabdeh1 münasibətdə hüquqi qiymət verərək bildirir ki, mülki işin matriallarından məlum olur ki, Cavabdeh1 520A saylı bağ sahəsinin keçmiş mülkiyyətçisi olmuşdur. Hazırda sözügedən cavabdeh həmin ünvanda yaşamır və iddiaçının bağ sahəsinə hər hansı bir maneə yaratmadığından iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri,Sabunçu rayonu,Bilgəh qəsəbəsində yerləşən 520 saylı bağ sahəsinin qərb tərəfindən 520 A saylı bağ sahəsinə keçid üçün verilmiş yol 71 sm hissədə azaldılsın, keçid yol hissəsindəki 49,2 m hasar Cavabdeh2 hesabına sökülərək geri çəkilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1450/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1450/2023
06.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver