Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1455/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 Fərid oğluna, Cavabdeh4, X15, X10 və X11 qarşı iddia predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 cəlb edilməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 Fərid oğluna, Cavabdeh4, X15, X10 və X11 qarşı iddia predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 cəlb edilməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 Fərid oğlu, Cavabdeh4, X22, X17, X18, X3 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 4A (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 4A (yeni qaydalarla: ünvan 1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilən Çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 Fərid oğlu, Cavabdeh4, X22, X17, X18, X12 onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evində hələdə qeydiyyatdadırlar. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 4A (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 220.3 kv.metr olan fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi üzrə cavabdehlər: Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 Fərid oğlu, Cavabdeh4, X22, X17, X18, X12 mənim xüsusi mülkiyyətimdə olan mənzildən pasport qeydiyyatdan çıxmağı öz öhdəsinə götürsə də, hələ də ona məxsus mənzildən pasport qeydiyyatından çıxmamışdır. Hal-hazırda cavabdehlərin onun xüsusi mülkiyyətində olan mənzildə pasport qeydiyyatı yalnız formal xarakter daşıyır, həmin şəxs sözügedən və xüsusi mülkiyyətimdə olan mənzildə uzun müddətdir ki, yaşamır. Onun xüsusi mülkiyyətində olan mənzildə başqa şəxslərin qeydiyyatda olması onun üçün bir sıra çətinliklər yaradır. Belə ki, cavabdehlərin onun xüsusi mülkiyyətimdə olan mənzildə qeydiyyatda qalması onun mülkiyyətçi kimi hüquqlarımı pozur və o, əlavə kommunal xərclər çəkməli olur. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5 iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 Fərid oğlu, Cavabdeh4, X22, X17, X18, X12 və mübahisə predmenti barədə müstəqil tələb irıəli sürməyən X21 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulan qaydada xəbərdar edilsələrdə, onlar məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 147-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən X19 bildirdi ki, iddia ərizələrinə adları qeyd edilən Cavabdeh4 və Cavabdeh1 onun övladlarıdır. Cavabdeh4 yetkinlik yaşına çatmayan şəxsdir. Onlar iddiaçını tanımırlar, heç vaxtda görməyiblər. Onlar öz yaşadığları özbaşına tikilidə rəsmi qeydiyyatdadırlar. Onların yaşadığı evin ünvanın ünvan 2yd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən X21 məhkəməyə yazılı izahat təqdim edərək bildirmişdir ki, Cavabdeh3, Cavabdeh5 Fərid oğlu və X20 onun bacısı və bacısı uşaqlarıdır və ona aid fərdi yaşayış evində rəsmi qeydiyyatdadırlar. Başqa sözlə iddiaçıya məxsus fərdi yaşayış evində qeydiyyatda deyillər. İddia ərizəsində göstərilən digər şəxslər nə onun, nədə ona məxsus fərdi yaşayış ev ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə X2 izahatını dinləyib, mülki iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 4A, yeni qaydalarla nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 91 saylı evin mülkiyyətçisi İddiaçıdır. İş materiallarında olan iş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli 28 dekabr 2021-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı X22 ünvan 4 (yeni qaydada ünvan 3 ünvanda yerləşən mənzili alıcı İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Qeyd edilən müqavilənin 13-cü bəndindən görünür ki, satıcı Babayev Rüfət xx.xx.2022-ci il tarixədək evdən qeydiyytdan çıxmaqı öhdəsinə götürür. Qeyd edilən alqı-satqı müqaviləsinə əlavə edilən həmin ünvanda rəsmi qeydiyyatda olan X6 ərizəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 4A, yeni qaydalarla nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 91 saylı evin satılmasına etiraz etmir, müqvilədə göstərilən tarixdə qeyd edilən evdən rəsmi qeydiyytdan çıxmaqı öhdəsinə götürür. AR DİN-nin xx.xx.2022-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən Cavabdeh1 xx.xx.2003, Cavabdeh3 xx.xx.2003, Cavabdeh2 xx.xx.1978, Cavabdeh5 Fərid oğlu xx.xx.2009, Cavabdeh4 xx.xx.2008, X22 xx.xx.1997, X17 xx.xx.2002, X18 xx.xx.1975, X12 xx.xx.2007 ünvan 4 ünvanında qeydiyyatdadır. İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin daşınmaz Əmlakın Dövlət kadastrı və X27 Şəxsin 1 saylı Bakı ərazi idarəsinin məhkəmənin sorğusuna vermiş olduğu xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 4A ünvanında yerləşən fərdi yaşayış evi ümumi sahəsi 200.40kv.m Adgözəlova Elena ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 280.90 kv.m olan digər fərdi yaşayış evi isə X13 adına qeydiyyata alınmışdır. Məhkəmə iddia tələbinin ilki öncə X22 və X7 iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 4A, yeni qaydalarla nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 91 saylı evdən istifadə hüquqlarının itirilməsi tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, mənzilə mülkiyyət hüququ iddiaçıya məxsusdur və cavabdehlər X22 və X33 həmin mənzilə olan qeydiyyatı isə formal xarakter daşıyır. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehlər X22 və X33 iddiaçı X4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 4A, yeni qaydalarla nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 91 saylı evinə olan istifadə hüququ itirilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh3, Cavabdeh5 Fərid oğölunun, X3 və Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 4A, yeni qaydalarla nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 91 saylı evdən istifadə hüquqlarının itirilməsi tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 4A nömrə ilə 2 daşınmaz əmlak dövlət reystrində qeydiyyata alınmışdır. Həmin əmlaklardan biri iddiaçı X4 mülkiyyətində, digəri isə X16 məxsusdur. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh3, Cavabdeh5 Fərid oğölunun, X3 və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 4A ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissədinə münasibət bildirərək qeyd edir ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, sözü gedən şəxlər mülkiyyətçi X1 məxsus daşınmaz əmlaka qeydiyyata alınmışdır. Həmin şəxslərin iddiaçının yəni eyni ünvanlı digər daşınmaz əmlakın mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi mülkiyyətçini olan İ.Ələkbərovun və onun sərbəst iradə ifadəsi olaraq qeydiyyata alınmış digər şəxslərin Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüquqlarını pozduğundan iddia tələbi həmin cavabdehlərə münasibətdə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin digər cavabdehlər olan Cavabdeh1 Nair qızının, Cavabdeh4 və X8 iddiaçıya məxsus Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 4A ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə araşdırılması və cavabdeh X8 izahata zamanı hər üç cavabdehin hansı mülkiyyətçiyə məxsus evdə qeydiyyatda olmaları müəyyən edilə bilmir . Hal hazırda iddiaçı məhkəməyə bildirir ki, həmin şəxlərin ona məxsus evdən istifadə hüququnun olması onun mülkiyyət hüquqlarını pozur. Lakin məhkəmə zamanı iddiaçı cavabdehlər olan Cavabdeh1 Nair qızının, Cavabdeh4 və X8 iddiaçıya məxsus olan ünvanda istifadə hüquqlarının olub-olmaması müəyyən edilə bilməmişdir və buna dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X14, X9 İddiaçı mülkiyyətində olun ünvan 4 saylı (yeni qaydada ünvan 3 mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsümü iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1455/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1455/2022
01.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver