Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1459/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən evin hesab koduna akt əsasında əsassız hesablanmış 4404,60 (dörd min dörd yüz dörd manat, altmış qəpik) manat məbləğin kod (**********00000) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "Azəriqaz“ İB-nin nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ona məxsus evin qaz xəttinə baxış keçirilmişdir. Baxış keçirilən zamanı qeyd olunan ünvanda sayğacın qayka flyans plompunun qırıq olduğu aşkar olunması barədə "Azəriqaz“ İB-nin nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında onun imzası olmadan hesab koduna (**********00000) əsassız, olaraq 426,60 (dörd yüz iyirini altı manat altmış qəpik) manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa "Azəriqaz“ İB-nin nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixdə qeyd olunan ünvana yenidən baxış keçirilmiş sayğacın qayka flyans plompunun olmadığı aşkar olunması barədə xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında onun imzası olmadan hesab koduna əsassız olaraq 219.60 (iki yüz on doqqıız manat altı altmış qəpik) manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa "Azəriqaz“ İB-nin nümayəndələr tərəfindən xx.xx.2020-ci il tarixdə qeyd olunan ünvana yenidən baxış keçirilmiş sayğacdan kənar istifadə olunması barədə ******* saylı akt əsasında onun imzası olmadan hesab koduna əsassız olaraq 2656,80 (iki altı yüz əlli altı manat səksən qəpik) manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa "Azəriqaz“ İBnin nümayəndələri tərəfindən xx.xx.2021-ci il tarixdə qeyd olunan ünvana yenidən baxış keçirilmiş sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə olunması barədə ******* saylı akt əsasında onun imzası olmadan hesab koduna əsassız olaraq 396 (üç yüz doxsan altı) manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa "Azəriqaz“ İB-nin nümayəndələri tərəfindən xx.xx.2021–ci il tarixdə qeyd olunan ünvana yenidən baxış keçirilmiş sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə olunması barədə ******* saylı akt əsasında onun imzası olmadan hesab koduna əsassız olaraq 352.80 (üç yüz əlli iki manat səksən qəpik) manat dəymiş ziyan hesablanmışdır. Akt tərtib olunarkən “Azəriqaz" İB-yi tərəfindən ona məlumat verilməmiş, onun imzası olmadan tərtib olunmuşdur. "Azəriqaz;“ İB-nin ərazi üzrə nəzarətçiləri hər ay sayğaca və qaz xəttinə baxış keçirərək orada olan göstəriciləri bazaya işləyirlər. Əgər sayğacdan kənar təbii qazdan istifadə olunurdusa nəyə görə bununla bağlı tədbir görülməmişdir? Maliyyə arayışında göründüyü kimi o, tərəfindən hər ay qaz kartına pul vurmaqla təbii qazdan istifadə olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2018-ci il tarixdə tərtib olunmuş hər iki akt üzrə borc silindiyini, digər aktlar üzrə yaranmış borcun silməsinə dair iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacın qayka flyans plombunun qırıq olduğu aşkar olunmşdur. xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli, xx.xx.2018-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 2133 m3 olması hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacın qayka flyans plombunun qırıq olduğu aşkar olunmşdur. xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli, 5812585-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 2196 m3 olması hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli, xx.xx.2020-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 26568 m3 olması hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 3528 m3 olması hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 3960 m3 olması hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 3528 m3 olması hesablanmışdır. **********00000 saylı abonentin saldosunun surətindən görünür ki, X1 2021-ci ilin avqust ayının sonu üçün cəmi 3758.40 manat məbləğində borc hesablanmışdır. Qeyd edilən borcun 2656.80 manat olan hissəsi 2020-ci ilin dekabr ayında, 352.80 manat olan hissəsi 2021-ci ilin fevral ayında, 396 manat olan hissəsi 2021-ci ilin mart ayında və 352.80 manat olan hissəsi isə 2021-cilin aprel ayında qalıq və aktlar üzrə hesablanmışdır. **********00000 saylı abonentin saldosunun surətindən görünür ki, X2 2018-ci ilin mart ayında 426.60 manat və 2018-ci ilin aprel ayında isə 219.60 manat qalıq və aktlar üzrə borc hesabalnmış olduğu görünsədə, saldodan qeyd edilən borcun 598.80 manat olan hissəsi Azəriqaz İB tərəfindən silinmiş, qalıq qalmış 47.40 manat olan hissəsi isə abonenet tərəfindən ödənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/527 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir.Qaz sayğacına kənar xətlərin çəkilməsi şüahidə edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 65 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25 .02.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məhkəmə ilk öncə iddia tələbinin xx.xx.2018-ci il tarixli ******* nömrəli və xx.xx.2018-ci il tarixli ******* nömrəli aktlar əsasında yazılmış 646.20 manat cərimənin silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki iş matriallarına əlavə edilmiş saldodan görünür ki, qeyd edilmiş aktlar əsasında yazılmış cərimənin 598.80 manat olan hissəsi Azəriqaz İB tərəfindən silinmiş, 47.40 qəpik olan hissəsi isə iddiaçı tərəfindən ödənildiyindən yəni sözügedə aktlar üzrə cərimə olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2021-ci il tarixli ******* saylı aktalar üzrə yazılmış cərimələrin silinməsi hissəsinə münasibət bildirərək sözügedən aktlarda iddiaçının imzasının olmadığını, dolayısı ilə ona məxsus evə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması, babelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/527 nömrəli ekspertiza rəyini nəzərə alaraq məhləmə hesab edir ki, iddia tələbi bu hissələrdə təmin edilməli sözügedən aktalr üzrə iddiaçıya hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən **********00000 saylı abonent X2 ******* nömrəli, xx.xx.2020ci il tarixli akta əsasən hesablanmış 2656.80 manat, ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 396 manat, ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 352.8 manat, ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 352.80 manat, cəmi 3758.4 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1459/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1459/2024
07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver