Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1462/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1944 (bir min doqquz yüz qırx dörd) manat məbləğində borcun silinməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 saylı ev onun xüsusi mülkiyyətində olmuşdur. Həmin ünvan üzrə təbii qazdan istifadə üzrə **********00000 saylı abonent istifadəçisi olmuşdur. Təbii qazdan istifadəyə görə ödənişləri vaxtlı-vaxtında etmişdir. Ünvanına quraşdırılmış sayğac G4 markalı smart-kart tipli qaz sayğacı olmuşdur. Ona məxsus fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında 16.05.2014-cü ildə Qədirova X2. 2014-cü ildən 2021-ci ilə kimi həmin mənzildə yaşayış olmamış, bu yaxınlarda mülkiyyətçi evdə təmir işləri aparmağa başlamış və qaz sayğacını adına keçirmək istəmişdir. Bu zaman həmin ünvandakı abonent kodu üzrə 1944 manat borcun olduğu məlum olmuşdur. Abonent kodu onun adına olduğundan cavabdeh təşkilata müraciət edərək borcun yazılmasına əsas olmuş sənədləri tələb etmişdir. Ona təqdim edilən 04 sentyabr 2018-ci il tarixli AKT №MS-29/1710-01336/2-34 nömrəli akta əsasən çıxarılan sayğac 03 sentyabr 2018-ci il tarixində dövlət yoxlaması nəticəsində yararsız hesab olunur. Yoxlamanın nəticəsinə görə, “Sayğacın çıxış plastmas borusu deşilmişdir”. Qüsura görə nəticə müdaxilə göstərilmişdir. Dövlət yoxlamasının keçirilməsindən 3 gün əvvəl, yəni 30.08.2018-ci il tarixdə artıq “təbii qazdan istifadə qaydalarının pozulması haqqında”0179607 nömrəli akt tərtib edilmiş və sayğacda aşkar edilmiş nöqsanlar göstərilməklə dəymiş ziyanın hesablanması əks olunmuşdur. Həmin aktda 04.09.2018-ci il tarixli laboratoriya aktına istinad edilmişdir. Üstəlik, həmin aktı imzalamaqdan imtina etməyi göstərilmişdir. Halbuki, bəhsi keçən aktdan onun xəbəri bu vaxta qədər olmayıb və yalnız cavabdeh təşkilata müraciət etdikdən sonra bu barədə məlumat əldə etmişdir. Sözügedən akt tamamilə əsassız və saxtadır. Yuxarıda da qeyd etdiyi kimi, sayğacın çıxarıldığı zaman həmin ünvanda yaşayış olmadığından sayğaca hər hansı bir pul vəsaiti yüklənməyib. Belə olan vəziyyətdə sayğaca müdaxilə kim tərəfindən edilə bilər?! Eləcə də sayğacda qaz itkisi olubsa, onda qonşuların xəbəri olardı, həm qaz idarəsinə, həm də ona məlumat verilərdi. Bunların heç biri olmayıb. Sayğacın laboratoriyada yoxlanması qərəzli şəkildə aparılmış, əsassız səbəb göstərilmişdir. Cavabdehin istinad etdiyi "kənar təsir" onun iradəsindən asılı olmayaraq baş verib. Bəlkə, elə sayğacda göstərilən qüsurlar sayğacı çıxaran zaman Cavabdeh İB-nin əməkdaşları tərəfindən edilmişdir?! Məhkəmə iclasında iştirak etmiş iddiaçı X1 nümqayəndəi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Rüspublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 30.08.2018-ci il tarixli ******* sayl aktın surətindən görünür ki, 29/1710-01336/2-34 nömrəli rəyə əsasən 1002AQ**********0 zavod nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd edilmiş və dəymiş ziyan hesablanması qərara alınmışdır. 30 avqust 2018-ci il tarixli itirilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, ******* nömrəli, 30.08.2018-ci il tarixli akta əsasən 9720 m3 qaz sərfiyyatı hesablanmışdır. 29/1710-01336/2-34 nömrəli, 04 sentyabr 2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacın çıxış plasmas borusu deşiləəsi səbəbindən sayğac yararsız vəziyyətə düşmüşdür. Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin notarial təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini alqı – satqı müqaviləsinə əsasən X6 İddiaçı mülkiyyətinə vermişdir. **********00000 saylı abonentin saldosunun surətindən görünür ki, X1 2018-ci il üçün aktlar üzrə 1944 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı 1**********00000 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın çıxış plastmas borusu deşilmiş və bunun əsasında itirilmiş qazın həcmi 9720 kub metr hesablanaraq dəymiş zərər 1944 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın çıxış plastmas borusunun deşildiyi məhz iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 30.08.2018-ci il tarixli akta əsasən **********00000 saylı abonent X3 qanunsuz olaraq hesablanmış 1944 (min doqquz yüz qırx dörd)manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 30.08.2018-ci il tarixli akta əsasən **********00000 saylı abonent X3 qanunsuz olaraq hesablanmış 1944 ( bir min doqquz yüz qırx dörd) manat borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1462/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1462/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver