Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1468/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDX-nin Bakı ərazi şöbəsinin MN №1120979 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, 200 manat miqdarında çəkilmiş xərclərin cavabdehdən tutulması və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1468/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qərardada əsasən İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDX-nin Bakı ərazi şöbəsinin MN №1120979 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, 200 manat miqdarında çəkilmiş xərclərin cavabdehdən tutulması və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qərardaddan narazı olan ərizəçi İddiaçı tərəfindən şikayət verərək Sabunçu Rayon Məhkəməsinin 2(008)-1468/2022 nömrəli, 14.01.2022-ci il tarixli qərardadını ləğv edərək və Bakı İnzibati Məhkəməsinin M-68/1 saylı, 04.03.2022-ci il tarixli məktubunu araşdıraraq, müvafiq iddia ərizəsi üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1468/2022 saylı, 18 aprel 2022-ci il tarixli qərardad ilə şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1468/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmçinin məhkəmə qeyd edir ki, “mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa icraat qaydasında (cinayət, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ƏMDX-nin Bakı ərazi şöbəsinin MN №1120979 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə ərizəyə ümumi məhkəmələrdə baxılması nəzərdə tutulsa da, həmin ərizələrə və ya şikayətlərə mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi kimi deyil, inzibati xətalara dair işlər üzrə icraat qaydasında şikayət formasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə (vəzifəli şəxsə) verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. [172]. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya izah olunsun ki, həmin qərardadan onun müvafıq olaraq inzibati xətalara dair işlər üzrə icraat qaydasında şikayət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1468/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1468/2022
18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver