Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1485/2021 08.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızınin sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «X3» TASC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sabunçu – Suraxanı Rayonları üzrə 4 saylı Tibbi Sosial Ekspert Komissiyasına qarşı müayinə aktının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı «X3» TASC cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sabunçu –Suraxanı Rayonları üzrə 4 saylı Tibbi Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Sabunçu Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Sabunçu Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 seriyalı 003503 №-li Arayışından görünür ki, X2 37 №-li xx.xx.2006-cı il tarixli müayinə aktına əsasən ona müddətsiz olaraq (əmək zədəsi 60 %) İİİ qrup əlillik dərəcəsi təyin olunmuşdur. İşdə olan Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci ll tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 «X3» TASC-yə qarşı ödənilməyən əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin qətnaməyə əsasən cavabdeh tərəfindən iki il ərzində X2 na ödənilməyən 5760 manat pulun birdəfəlik ödənilməsi, bundan sonrada hər ay 240 manat pulun ömürlük ödənilməsi, həmçinin vaxtında ödənilməyən pula görə 288 manat faizin ödənilməsinin «X3» TASC-yə həvalə edilməsi qət edilmişdir. Hazırda iddiaçının tələbi müayinə aktının ləğv edilməsi ilə bağlıdır. Beləliklə, iddiaçı müayinə aktının ləğv edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sabunçu –Suraxanı Rayonları üzrə 4 saylı Tibbi Sosial Ekspert Komissiyasına müraciət etməli, müvafiq icra hakimiyyəti orqanının imtina məktubunu aldıqdan sonra məhkəmə qaydasında mübahisələndirərək qeyd olunan müayinə aktının ləğv edilməsini tələb edə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının tələbinə ümumi məhkəmədə deyil, müvafiq inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı «X3» TASC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sabunçu – Suraxanı Rayonları üzrə 4 saylı Tibbi Sosial Ekspert Komissiyasına qarşı müayinə aktının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı «X3» TASC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sabunçu – Suraxanı Rayonları üzrə 4 saylı Tibbi Sosial Ekspert Komissiyasına qarşı müayinə aktının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1485/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1485/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver