Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1497/2024 30.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə Ərizəçi "doğumun qeyd edilmə faktının müəyyən olunması" barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi "xx.xx.1962-ci ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olması, X4, milliyyətcə azərbaycanlı, anası X8, milliyyətcə azərbaycanlı olmasına dair Ermənistan Respublikası Amasiya Rayon Qeydiyyat Şöbəsinin verdiyi doğum haqqında akt qeydinin bərpa olunması" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. O, ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.1962-ci ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuş, 2011-ci ildə vəfat etmiş X4ndan qalan əmlakın qəbul edilməsi üçün doğum haqqında şəhadətnaməsi tələb olunan sənədlərdən biridir. Həmin sənədi itirmişdir. Mirası qəbul edə bilməsi üçün məhkəmə qaydasında doğum haqqında akt qeydinin bərpa edilməsi vacibdir. Bundan sonra xx.xx.2023-cü ildə Ərizəçi məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək onun Ermənistan Respublikası Amasiya Rayon Qeydiyyat Şöbəsində doğumunun qeyd olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə ərizəni əsaslı hesab edir. Müəyyən edildi ki, Ərizəçi xx.xx.1962-ci ildə Ermənistan Respublikası Amasiya rayonunun Öysüz kəndində anadan olmuş, X4, anası X6r. Ərizəçi hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. X4 xx.xx.2011-ci ildə vəfat etmişdir. Mirasın qəbul edilməsi üçün doğum haqqında şəhadətnamə tələb olunur, lakin həmin sənədi itirmişdir. Ərizəçi xx.xx.1962-ci ildə Ermənistan Respublikası Amasiya rayonunun Öysüz kəndində anadan olması və doğum haqqında akt qeydinin bərpa edilməsi üçün Bakı Şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Həmin Şöbənin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar"a müvafiq qaydada əsaslar olmadığından doğum aktı qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. İşdə olan AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 XX.XX.1934-cü ildə Ermənistan, Amasiya rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan AZE 03550622 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 XX.XX.1934-cü ildə Ermənistan, Amasiya rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci ildə Ermənistan, Amasiya rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan "Ölüm haqqında şəhadətnamə"nin surətindən görünür ki, X9 xx.xx.2011-ci ildə vəfat etmişdir. İşdə olan Bakı Şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, doğum aktı qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyil. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 və X10 oxşar məzmunlu ifadələr verərək, göstərmişlər ki, Ərizəçi onların qardaşıdır və onlar uşaqlıqdan bir yerdə böyümüşlər. Ərizəçi xx.xx.1962-ci ildə Ermənistan Respublikasının Amasiya rayonu Öysüz kəndində anadan olmuş, ərizəçinin doğum haqqında şəhadətnaməsi olmuş, Azərbaycan Respublikasında yaşadıqları müddətdə də həmin sənəd mövcud olmuş, lakin ataları naməlum şəraitdə həmin sənədi itirmişdir. X1, anaları isə X6r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1 və 162.2-ci maddələrinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar"ın 14-cü və 16-cü bəndlərinə əsasən, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Həmən "Əsas müddəalar"ın 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Ərizə sahibinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında aktın qeydi, bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizə verən şəxsin yaşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" xx.xx.2019-cu il tarixli 03 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Plenum Qərarının 4.1-ci bəndində deyilir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan normaların birgə təhlilindən göründüyü kimi, məhkəmə tərəfindən doğumun qeyd edilmə faktı o halda müəyyən olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası mümkün deyildir. Məhkəmə itirilmiş qeydi yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Müəyyən edildi ki, Ərizəçi doğum haqqında qeydinin bərpası Bakı Şəhəri Maraqlı şəxsndə mümkün olmamışdır. Ərizəçi müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq etmək üçün doğma bacısı X3 doğum haqqında şəhadətnaməsinin surətini təqdim etmişdir. Həmçinin, Ərizəçi xx.xx.1962-ci ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olması faktı şəxsiyyət vəsiqəsi ilə təsdiq olunur. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş və yuxarıda sadalanan sübutlarla Ərizəçi Ermənistan Respublikası Amasiya Rayon Qeydiyyat Şöbəsində doğumunun qeyd olunması faktı təsdiq olunmuşdur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı ərizə təmin edilməli və xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi Ermənistan Respublikası Amasiya Rayon Qeydiyyat Şöbəsində doğumunun qeyd edilmə faktı müəyyən olunmalıdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Atası milliyyətcə azərbaycanlı X9, anası milliyyətcə azərbaycanlı X8 olan, xx.xx.1962-ci ildə Ermənistan Respublikası Amasiya rayonu Öysüz kəndində doğulmuş Ərizəçi Ermənistan Respublikası Amasiya Rayon Qeydiyyat Şöbəsində doğumunun qeyd edilmə faktı müəyyən olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2(008)-1497/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1497/2024
30.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver