Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1501/2024 14.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azəriqaz İB-nin nüayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən dəymiş zərər kimi müəyyən olunan 3110,40 manat borcun silinməsi və həmin borca görə qaz kartına yüklədiyi pul məbləğlərindən tutulan pulların hesablanaraq, iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi, ev 290 ona məxsusdur. Cavabdeh işçiləri tərəfindən həyətinə yaxın məsafədə qazıntı işləri aparıldıqdan sonra, keçən qaz borusundan qaz sızıntısı olduğunu müəyyən edib, dərhal bu barədə Cavabdehnə məlumat vermişdir. Cavabdehndən ona bildirildi ki, gəlib yaranan problemi aradan qaldıracaqlar. Lakin bir müddət keçsə də Cavabdeh tərəfindən gələn olmadı. O da məcburiyyət qarşısında qalıb, qaz sızıntısının qarşısını almaq üçün, sızıntı olan yerə rezin boru taxıb, borunu qatlayaraq bağlayıb qaz sızıntısının qarşısını almışdır. Bir müddət əvvəl müəyyən etmişdir ki, Cavabdeh əməkdaşları heç bir sübut, əsas olmadan sayğacdan kənar qazdən istifadə etməkdə məni təqsirli bilərək, barəsində aktlar tərtib etmişlər. Belə ki, Cavabdehndən aldığı xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan və ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən ona aydın oldu ki, qeyd edilən tarixdə sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edildiyinə görə akt tərtib edilmiş, 25920 kubmetr qaz itkisi müəyyən edilmişdir. Qeyd edilən aktla razı deyildir. Çünki o, heç vaxt sayğacdan kənar qazdan istifadə etməmişdir. Cavabdeh əməkdaşları yalnışlığa yol vərərək, onun sayğacdan kənar qazdan istifadə etdiyini zənn edərək, akt tərtib etmişlər. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş akt əsassız və qanunsuz olduğuna görə, həmin akta əsasən yazılmış dəymiş ziyan məbləğləri silinməlidir. Sayğacdan kənar qazdan istifadə etmədiyi halda dəymiş ziyan məbləğinin onun hesabına yazılmasını qanunsuz hesab edir. Göründüyü kimi əgər Cavabdeh əməkdaşları sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halını dəqiq müəyyənləşdirmədən qanunsuz qoşulmaya görə dəymiş ziyan məbləği hesablayaraq, onun hesabına borc məbləği yazmışlar və bununla da qanunvericiliyin tələblərini pozmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, mənzildə sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının maksimal qaz sərfinin 6 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 180 günqəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin 6x24x180=2592068 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2023-cü il tarixli ******* saylı akt olmuşdur. **********00000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2023-cü ilin iyun ayında qalıq və aktlar üzrə 3110.40 manat borc yazılmışdır. **********00000 saylı abonentin GASREP məlumatlarından görünür ki, iddiaçıya 2023-cü in iyun ayından sonra hesablanmış 3110.40 manat cərimədən karta yüklənən pul məbləğindən 27 manat borca görə tutulmalar aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qərar ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Azəriqaz İB iddiaçıya məxsus yaşayış evi təbii qazla təmin etmişdir. İddiaçı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və Azəriqaz İB ziyan vurmuşdur. Lakin, məhkəmə kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğundan, iş materiallarında olan ******* saylı aktda əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz sayğacının günlük sərfiyatı 24 saat deyil, 8 saat, 360 günlük sərfiyyatı deyil, 30 gün üçün sərfiyyatı hesablanmalıdır. Belə olan halda itirilmiş qazın bərpası 6x8x30=1440 m3 hesablanmalıdır və alına rəqəmi Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.12 qəpikə vurulmalıdır. Bu zaman isə iddiaçı tərəfdən cavabdehə dəymiş zərər 172 manat məbələğində olması müəyyən edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən artık hesablanmış 2938,40 manat dəymiş zərər silinməlidir. (3110,40 manat-172 manat=2938,4m3 ) Bundan başqa məhkəmə iddia tələbinin borca görə qaz kartına yüklədiyi pul məbləğlərindən tutulan pulların hesablanaraq, iddiaçıya qaytarılması hissəsinə münasibət bildirərk qeyd edir ki, məhkəmə iclası zamanı cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktın əsassız olması deyildə, aktla hesablanmış cərimənin şişirdilmiş olduğu müəyyən edildiyindən və sözügedən akta əsasında iddiaçıya yazılmış cərimənin 172 manat oln hissəsi saxlanıldığından iddiaçı tərəfindən 2023-cü ilin iyun ayından sonra karta yüklədiyi pul məbləğindən 27 manat olan tutma iddiaçıya yazılmış cərimədən silinməli olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azəriqaz” İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən **********00000 saylı abonent İddiaçı hesablanmış 3110.40 manat olan borcdan 2938,4 (iki min doqquz yüz otuz səkkiz manat qırx qəpik) manat olan hissəsi silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1501/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1501/2024
14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver