Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1503/2024 31.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “payın naturada ayrılması” tələbinə dair, Müstəqil tələb irəli sürən üçüncü şəxslər X11, X3 və X4 cavabdehlər İddiaçı, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik və mülkiyyət hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin qismən etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-nin və həmin evin yerləşdiyi 0.089280 hektar torpaq sahəsinin onun payına düşən 1/7 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1-nin və həmin evin yerləşdiyi 0.089280 hektar torpaq sahəsinin 1/7 hissəsi onun, 6/7 hissəsi isə mərhum atası X13 mülkiyyətindədir. Belə ki, atası X20 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. O, notariat ofisinə müraciət edərək, atasından miras qalmış ünvan 1-nin və orada yerləşən 0.089280 hektar torpaq sahəsinin ona çatan 7-də bir hissəsini qəbul edib, bu barədə çıxarış almışdır. Lakin digər vərəsələr onlara çatası payı qəbul etmək üçün notariat ofisinə müraciət etməmiş və mirası rəsmi qaydada qəbul etməmişlər. Ona görə də sözügedən miras əmlakın 6/7 hissəsi hələdə mərhum atasının adında qalmışdır. Vərəsələrdən üçü qardaşları - X21, X16 və anası - X8 vəfat etmişlər. Ona məxsus payın naturada ayrılması barədə cavabdehlərlə razılığa gələ bilmədiyinə görə ona məxsus payın naturada ayrılması barədə sənəd əldə edə və payına düşən hissəyə dair ayrıca çıxarış ala bilmir. Buna görə də müəyyən çətinlikləri yaranır. Bu səbəbdən də Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər şossesi küçəsi, ev 11V-nin və evin yerləşdiyi torpaq sahəsinin onun payına düşən hissəsinin naturada ayrılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, ünvan 1-nin və həmin evin yerləşdiyi 0.089280 hektar torpaq sahəsinin onun payına düşən 1/6 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X17, X9 və X10 cavabdehlər İddiaçı, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik və mülkiyyət hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin qismən etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən – ünvan 1 ünvanına (ev və torpaq sahəsi) dair hissədə etibarsız hesab edilməsi və DƏDRX-nin xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxslər X17, X9 və X10 məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, vərəsəlik və mülkiyyət hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən – ünvan 1 ünvanına və həmin evin yerləşdiyi 0.89280 hektar torpaq sahəsinə dair hissədə etibarsız hesab edilməsi və DƏDRX-nin həmin evə və torpaq sahəsinə dair İddiaçı adına 1/6 hissəsinə dair çıxarışının ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1503/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qərardadı ilə müstəqil tələb irəli sürən üçüncü şəxslər X11, X3 və X4 cavabdehlər İddiaçı, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik və mülkiyyət hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin qismən etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1, nümayəndəsi X12 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X17, X9 və X7 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-İ seriyalı 686294 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, X21 və X22 ölmüşlər. - AZ-İİ seriyalı 195985 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-İİİ seriyalı 349886 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X20, anası X5r. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 107.40 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi, sahəsi 0.089280 ha olan torpaq sahəsinin 1/7 hissəsi xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir. X14 məxsus 6/7 hissə isə açıq saxlanılır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 107.40 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi, sahəsi 0.089280 ha olan torpaq sahəsinin 1/6 hissəsi xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir. X14 məxsus 5/6 hissə isə açıq saxlanılır. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli daşınmaz əmlakın 1/6 hissəsi iddiaçıya məxsusdur. Lakin iddiaçı payının naturada ayrılması barədə cavabdehlərlə razılıq əldə edə bilməmişdir. Bu səbəbdən iddiaçı ümumi birgə mülkiyyətdə olan əmlakdan öz payına düşən hissəyə (1/6) dair mülkiyyət hüququnu təsdiq edən ayrıca sənə (çıxarış) ala bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4492 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki vəziyyətini, yaşayış və yardımçı sahələrin planlı yerləşməsini və bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxışların açılmasının mümkünsüzlüyünü nəzərə alaraq mübahisə predmeti olan fərdi yaşayış evinin 1/6 hissəsinin naturada bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4. bəndlərində və Məhkəmə Tikinti-X2 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı, lakin həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin 1/6 hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü sxemi rəyə əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə, ekspert rəyini və həmin rəyə əlavə olunmuş bölgü sxemini nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üstüstə düşür. Bununla əlaqədar olaraq, məhkəmə, ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirmiş və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər Şossesi küçəsində yerləşən, sahəsi 0.089280 ha olan torpaq sahəsinin İddiaçı payına düşən 1/6 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4492 saylı rəyinə əlavə edlmiş bölgü sxeminə uyğun olaraq naturada ayrılmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, həmçinin, məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul iddiaçıdan tutulmalı və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər Şossesi küçəsində yerləşən, sahəsi 0.089280 ha olan torpaq sahəsinin İddiaçı payına düşən 1/6 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4492 saylı ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılsın. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-1503/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1503/2024
31.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver