Məhkəmə qərarları › İş №2(008)-1504/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1504/2020

23.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1504/2020 23.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X9, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilməklə onunla X6 və İstismarı Birliyi arasında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 ünvanda yerləşən 32 saylı bağın onun istifadəsində və sahibliyində olan 0,12 ha hissənin ona ayrılması barədə müqavilənin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsində yerləşən 32 saylı sahəsi 0,25 ha olan bağ sahəsi X1 ərizəsi əsasında bağlar idarəsi tərəfindən 0,12 ha torpaq sahəsi ona, digər 0,12 ha torpaq sahəsi isə atası X10 adına rəsmiləşdirilmişdir. Atasının torpaq sahəsi üzərində mülkiyyət hüququ 0,12 ha bağ sahəsi üzərində qeydiyyata alınaraq çıxarış verilmişdir. Lakin, ona ayrılmış hissə üzərində mülkiyyət hüququnu qeydiyyata aldıra bilmir. Halbu ki, həmin torpaq sahəsi hazırda da onun sahibliyində və istifadəsindədir, həmçinin onun ona ayrılması barədə bağ sahəsinin ilkin sahibi X1 ərizəsi də mövcuddur. Lakin, o vaxt bağlar idarəsinin səhlənkarlığı nəticəsində onunla müqavilə bağlanmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). X3 icarəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsində yerləşən 32 saylı, sahəsi 0,25 ha olan bağın evli hissəsini qohumu X7, qalan hissəsini isə Ərizəçi adına sənədləşdirilməsinə dair Bakı şəhəri Bağlar Təsərrüfatı birliyinə ünvanladığı ərizəsini xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 22 №-li Dövlət Notariat Kontorunda təsdiq etdirmişdir. Adıçəkilən sənədin əsli məhkəməyə təqdim edilməmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 89 saylı sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X4 X2 İnkişafı və İstismarı Birliyi ilə X12 arasında Sabunçu rayonu Vişnyovka - 2 ərazisində 0,12 ha torpaq sahəsi olan 32 saylı bağın istifadəyə verilməsi haqqında xx.xx.2003-cü il tarixli 5035 №-li №-li müqavilə bağlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 ünvanda yerləşən torpaq sahəsi 0,12 ha olan 32 saylı bağ evinin X10 xüsusi mülkiyyətində olmasına dair xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsində yerləşən 0,25 ha-dan ibarət olan 32 saylı bağ sahəsinə dair xx.xx.1991-ci il tarixdə keçmiş X6 və İstismarı Birliyi ilə X3 arasında 5035 saylı müqavilə bağlanmış, sonuncunun razılıq ərizəsinə əsasən 0,25 ha-dan ibarət olan bağ sahəsinin bir hissəsi X5, qalan hissəsi isə Ərizəçi adına keçmiş, lakin keçmiş X6 və İstismarı Birliyi tərəfindən Ərizəçiağa oğlu arasında müqavilə bağlanmadığı üçün ərizənin icrası mümkün olmamışdır (Ərizəçi ərizəsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi ona ünvanlanmış xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixli məktublar). X12 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 ünvanında yerləşən bağ evinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında düzəliş edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qeyd olunan ərizəyə baxıldığını bildirməklə, sözügedən ünvanda yerləşən bağ evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında müvafiq qaydada icra edilməsi, 0,25 ha bağ sahəsinin ilkin olaraq xx.xx.1991-ci il tarixində X1 istifadəsinə verilməsi, sonradan bağ sahəsinin 0,12 ha hissəsi X10, qalan 0,12 ha hissəsi isə Ərizəçi istifadəsinə verilməsi barədə xx.xx.2019-cu il tarixli cavab məktubu ünvanlamışdır. Hazırda ərizəçi onunla X6 və İstismarı Birliyi arasında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 ünvanda yerləşən 32 saylı bağın onun istifadəsində və sahibliyində olan 0,12 ha hissənin ona ayrılması barədə müqavilənin bağlanmış hesab edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ərizənin əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Məhkəmənin sorğusuna əsasən maraqlı şəxs tərəfindən ilkin müqavilə, yəni xx.xx.1991-ci il tarixdə keçmiş X6 və İstismarı Birliyi ilə X3 arasında bağlanmış 5035 saylı müqavilə məhkəməyə təqdim edilməmişdir. Həmin müqavilədən sonra, iddiaçının atası ilə yeni müqavilə bağlanmış, lakin hazırki iş üzrə ərizəçi ilə bağlanmamışdır. Hazırda ərizəçi həmin müqavilənin bağlanmış hesab edilməsini istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. X6 və İstismarı Birliyi həmin müqavilənin bir tərəfi olmalı olduğundan və hazırda adıçəkilən dövlət orqanı mövcud olmadığından, onun adından müqavilənin bağlanmış hesab edilməsi «müqavilə azadlığı» analayışına ziddir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış məktublardan maraqlı şəxsin həmin müqavilənin bağlanmış hesab edilməsi görünür. Maraqlı şəxsin hüquqi faktın mövcudluğunu qəbul etdiyi halda həmin faktın təsdiqinə ehtiyac qalmır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə rədd edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar