Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1511/2023 17.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, onların nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxslər Maraqlı şəxs1 Elsevər oğlunun, Maraqlı şəxs2, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1 Elsevər oğlu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi cəlb olunmaqla “övladlığa götürmə” haqqında ərizəsinə dair mülki işə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1 Elsevər oğlu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi cəlb olunmaqla “övladlığa götürmə” haqqında ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəçilər ərizələrini onunla əsaslandırmışlar ki, xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan övladları yoxdur. Övlad sahibi olmaq istəsələr də, aldıqları müxtəlif müalicələr uğursuzluqla nəticələnmişdir. Belə olan halda qardaşı, Maraqlı şəxs1 Elsevər oğlu ilə Maraqlı şəxs2 birgə nikahından doğulmuş X3 övladlığa götürmək qərarına gəlmişlər. Həmçinin qardaşı, Maraqlı şəxs1 Elsevər oğlu və onunla rəsmi nikahda olan Maraqlı şəxs2 nikaha daxil olduqdan sonra planlaşdırılmış hamiləlikdən doğulacaq ikinci övladlarını onlara verməyi təklif etmişlər. xx.xx.2020-ci il təvəllüdlü X5 doğulduğu ilk gündən onlarla birgə yaşayır. Onların arasında emosional bağlılıq, doğmalıq hissi və sevgi mövcuddur. Uşaq onlara “ata” və “ana” kimi müraciət edir. Övladlığa götürmək istədikləri uşaq “Bakı Baş Səhiyyə Mərkəzi” X10, 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli 256 nömrəli tibbi arayışına əsasən sağlamdır. Onlar uşaqları çox sevirlər və övladlığa uşaq götürməkdə əsas məqsədləri övlad sahibi olmaq, bir uşağa qulluq etmək, ona qayğı göstərmək, ailələrindən körpə səsinin gəlməsi, bir sözlə, valideynlik hisslərini yaşamaqdır. Hər ikisi tam sağlamdırlar. Hər ikisi götürəcəkləri övlada lazımi qaydada valideyn qayğısı göstərməyə, onu böyüdüb boya-başa çatdırmağa hazırdırlar. Göstərilənlərə əsasən ərizələrinin təmin edilərək, xx.xx.2020-ci il təvəllüdlü X2 onlara övladlığa verilməsi, uşağın doğum akt qeydiyyatında ata qrafasında “Ərizəçi1”, ana qrafasında isə “Ərizəçi2” kimi göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verdi və qeyd etdiklərini nəzərə alınaraq, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verdi və qeyd etdiklərini nəzərə alınaraq, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 göstərdi ki, o, X2 bioloji anasıdır. Ərizəçi1 onun qaynıdır. Uşağı ərizəçilərə özünün və həyat yoldaşının razılığı ilə vermişdir. X2 ərizəçilərə övladlığa verilməsinə etiraz etmir və buna görə də ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs1 Elsevər oğlu göstərmişdir ki, o, X2 bioloji atasıdır. Ərizəçi1 onun qardaşıdır. Uşağı ərizəçilərə özünün və həyat yoldaşının razılığı ilə vermişdir. X2 ərizəçilərə övladlığa verilməsinə etiraz etmir və buna görə də ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə göstərdi ki, valideyn-namizədlər övladlığa götürmə ilə bağlı uçot, müsahibə və maddi-məişət müayinəsi mərhələlərindən keçmişlər. Hər bir mərhələ sosial işçinin iştirakı ilə keçirilmişdir. 16 noyabr 2022-ci il tarixli rəydə qeyd olunan məlumatlara və övladlığa götürmə mərhələlərinin nəticələrinə əsasən valideyn-namizədlər Ərizəçi1 və Ərizəçi2 tərəfindən X2 övladlığa götürülməsi uşağın mənafeyinə uyğun hesab edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər toplusundan görünür ki: - AZ-İV seriyalı 503924 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 05 sentyabr 2020-ci il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs1 Elsevər oğlu, anası Maraqlı şəxs2dır. - AZ-İ seriyalı 163569 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X1 24 iyun 2005-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə Bakı şəhəri Nizami rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 443 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şükürov, arvada Şükürova soyadı verilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin **********1 saylı 16 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi1 övladlığa götürmə ilə bağlı xx.xx.2022-ci il tarixli 8İ- 32501 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”na uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən övladlığa götürmə ilə bağlı təşkil olunan və ya həyata keçirilən müvafiq prosedurlardan keçmişdir. Övladlığagötürmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş mərhələlərin nəticəsinə uyğun olaraq övladlığa götürmənin əsaslandırılması məqsədi ilə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 347.1.7-ci maddəsinin tələbinə əsasən məhkəməyə təqdim edilmək üçün övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu barədə rəyi və 348.2.1-ci maddəsinin tələbinə uyğun olaraq övladlığa götürənlərin (götürənin) maddi-məişət şəraitinin müayinəsi aktı ona təqdim edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş “Övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğuna dair” 16 noyabr 2022-ci il tarixli rəydən görünür ki, valideyn-namizədlər Ərizəçi1 və Ərizəçi2 tərəfindən X2 övladlığa götürülməsi uşağın mənafeyinə uyğun hesab edilmişdir. - 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilməklə reyestrdə 8İ-32501 nömrə ilə qeyd edilmiş 12 avqust 2022-ci il tarixli **********501 nömrəli ərizədən görünür ki, övladlığa götürməyi arzu edən Ərizəçi1 arvadı Ərizəçi2 ilə birlikdə X3 övladlığa götürməyə razı olduğunu və övladlığa götürmə ilə bağlı qanunvericiliklə tələb olunan onunla bağlı gəlirlər, maliyyə öhdəlikləri, əmlak, məhkumluq, sağlamlıq və digər zəruri məlumatların (arayışların) müvafiq dövlət orqanları və təşkilatları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sorğusu əsasında Nazirliyə təqdim edilməsinə razılığını bildirmiş, o cümlədən maliyyə vəziyyətinin qiymətləndirilməsi məqsədilə kredit məlumatlarının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Azərbaycan Kredit Bürosu”ndan sorğu edilməsinə razı olduğunu bildirmiş və bunu imzası ilə təsdiq etmiş, onlarla birgə eyni ünvanda daimi olaraq digər şəxslərin yaşamadığını qeyd etmişdir. Bundan əlavə, övladlığa verməyi arzu edən Maraqlı şəxs1 Elsevər oğlu və Maraqlı şəxs2, 05 sentyabr 2020-ci il təvəllüdlü X2 Ərizəçi1 və Ərizəçi2 tərəfindən övladlığa götürülməsinə razı olduqlarını bildirmişlər. Qeyd olunan ərizə Ərizəçi2, Ərizəçi1, Maraqlı şəxs1 Elsevər oğlu və Maraqlı şəxs2 tərəfindən imzalanmışdır. - “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 352 nömrəli arayışdan görünür ki, Ərizəçi1 və Ərizəçi2 tənəffüs yollarının vərəmi, bədxassəli onkoloji xəstəliklər, narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm, infeksion xəstəliklər, ruhi xəstəliklər aşkar edilməmişdir, müayinənin nəticəsi neqativ olmuşdur və hazırda onlarda ruhi-psixi dəyişiklik aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 21 nömrəli BŞX-nın xx.xx.2022-ci il tarixli 256 nömrəli tibbi arayışından görünür ki, 05 sentyabr 2020-ci il təvəllüdlü X5 hal-hazırda sağlamdır. - Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamələrdən görünür ki, Ərizəçi1 və Ərizəçi2 məhkumluğu yoxdur. - 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi2 adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. - əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Ərizəçi1 "xxxx" QSC-də fəhlə işləyir və aylıq əmək haqqı 365.71 manat təşkil edir. - Bakı şəhəri Sabunçu RİHB-nın Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4340 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi1 həyat yoldaşı Ərizəçi2 ilə birlikdə Ramana qəsəbəsi Hüseyn Arif küçəsində qeydiyyatsız evdə yaşayır. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçilər 05 sentyabr 2020-ci il təvəllüdlü X2 övladlığa verilməsi, habelə uşağın doğum haqqında şəhadətnaməsində dəyişiklik edilərək, soyadı, adı və atasının qrafasında X4, ata qrafasında Ərizəçi1 və ana qrafasında Ərizəçi2 yazılması barədə qətnamə çıxarılmasını xahiş edirlər. Maraqlı şəxslər 05 sentyabr 2020-ci il təvəllüdlü Mikayılın ərizəçilərə övladlığa verilməsinə etiraz etmədilər. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş rəy çox geniş, ətraflı şəkildə tərtib edilərək, toxunulması zəruri olan bütün məqamları özündə ehtiva etdirir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, övladlığa götürülməsi tələb edilən Mikayılın atası Maraqlı şəxs1 və anası Maraqlı şəxs2 uşaqlarının ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən övladlığa götürülməsinə həm notariat qaydasında təsdiq edilmiş ərizələr ilə, həm də məhkəmə qətnaməsi qəbul edilənədək məhkəmə iclasında razılıq verdiklərindən, övladlığa götürmə barədə ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 122.1-ci maddəsinə əsasən valideynləri olan uşaq bu Məcəllənin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin razılığı, valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının rəyi tələb olunur. Uşaqlarının övladlığa götürülməsinə valideynlərin yazılı razılığı notariat qaydasında təsdiq olunmalıdır. Razılıq, həmçinin məhkəmədə övladlığa götürmə zamanı şifahi olaraq verilə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən valideynlər övladlığa götürmə barədə məhkəmə qətnaməsi qəbul edilənədək öz uşaqlarını övladlığa vermək barədə razılığı geri götürə bilərlər. Məhkəmə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən uşaq övladlığa götürmə imkanlarını və göstərilən xüsusatın qanuniliyini araşdıraraq hesab edir ki, Mikayılı övladlığa götürən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ər-arvad olduqlarından, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 sonuncunun qardaşı oğlu olan Mikayılın övladlığa götürməsini tələb etməkdə haqlıdırlar. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 117.2-ci maddəsinə əsasən bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ər-arvad olduqlarından, övladlığa götürülməsi tələb olunan Mikayıl ərizəçilərdən Ərizəçi1 qardaşı oğlu olduğundan, sonuncunun qardaşı Maraqlı şəxs1 və Mikayılın digər valideyni Maraqlı şəxs2 ərizəçilər tərəfindən övladlığa götürülməsinə razı olduqlarından, habelə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 uşaq övladlığa götürmələri və saxlamaları üçün yaxşı maddi imkanı və həyat şəraiti olduğundan ərizə əsaslıdır. Belə ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 uşaq övladlığa götürmələri və saxlamaları üçün yaxşı maddi imkanı və həyat şəraiti olduğundan, habelə onların uşaq övladlığa götürmələri üçün qanunla müəyyən edilmiş istisnalıq təşkil edən hallardan hər hansı biri iş üzrə mövcud olmadığından, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən uşaq övladlığa götürmək hüququna malik olan şəxslər kateqoriyasına daxildir. Həmçinin övladlığa götürülən Mikayıl, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 117-ci maddəsinə əsasən övladlığa götürülməsinə yol verilən uşaqlar kateqoriyasına daxildir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, həm ərizəçilər Ərizəçi1 və Ərizəçi2 uşaq övladlığa götürmək hüququna malik olan şəxslər kateqoriyasından olduqlarından, həm də övladlığa götürülən Mikayılın övladlığa götürülməsinə yol verilən şəxslər kateqoriyasından olduğundan, ərizə əsaslıdır. Digər tərəfdən 05 sentyabr 2020-ci il tarixdə doğulmuş Mikayıl doğulduğu gündən faktiki olaraq ərizəçilər Ərizəçi1 və Ərizəçi2 yanında qalır və onlar tərəfindən saxlanılır. Buna görə də məhkəmə hesab edir ki, Mikayılın ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən övladlığa götürülməsi, faktiki əmələ gəlmiş münasibətlərin rəsmiləşdirilməsi xarakteri daşıyır. Odur ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilərək, Mikayıl ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən övladlığa götürülməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, 05 sentyabr 2020-ci il tarixdə doğulmuş Mikayıl – ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən övladlığa götürüldüyündən Mikayılın doğum haqqında şəhadətnaməsində ana qrafasında Ərizəçi2, ata qrafasında Ərizəçi1, soyadı isə ərizəçilərin soyadı ilə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 125.1-ci maddəsinin tələbinə görə övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. 125.4-cü maddəsinin tələbinə görə övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir. 127.1-ci maddəsinə əsasən məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürülənlərin valideynləri kimi doğumun qeydi kitablarına yazılmasını qət edə bilər. 130.1-ci maddəsinin tələbinə görə övladlığa götürmənin sirri qanunla mühafizə olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 119-1.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı övladlığa götürülən uşaq 18 yaşına çatanadək uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə övladlığa götürmənin birinci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq monitorinq aparır. «Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 29 oktyabr 2009-cu il tarixli, 1 saylı Qərarının 24-cü bəndinə əsasən Ailə Məcəlləsinə müvafiq olaraq övladlığa götürməyə yalnız uşağın mənafeyi üçün yol verilir. Övladlığa götürülmə zamanı uşaqların mənafeyi dedikdə, onların tərbiyəsi və hərtərəfli inkişafı üçün əlverişli şəraitin (həm maddi, həm də mənəvi xarakterli) yaradılması başa düşülür. Övladlığa götürülən uşağın mənafeyinin daha tam təmini özündə mühüm sosial problemi ifadə edir. Övladlığa götürənin, uşağın verildiyi ailənin düzgün seçilməsi uşağın gələcək taleyində mühüm rol oynayır. Övladlığa götürmə zamanı yol verilən səhvlər övladlığa verilən uşaqların, onların valideynlərinin və övladlığa götürülənlərin hüquqlarının pozulmasına səbəb ola bilər. Hər bir uşaq təkrarolunmaz varlıqdır. Vəzifə ondan ibarət olmalıdır ki, uşaq üçün onun maraqlarını maksimum təmin edən ailə seçilsin; onun xarakterinin, psixoloji yönümünün cəhətləri nəzərə alınsın; uşağın ailədə yerləşdirilməsinin məqsədəmüvafiqliyi müəyyən edilsin. Məhz bu amillər övladlığa götürmənin yolverənlik məsələsi həll olunmalıdır. Uşağın maraqlarını (mənafeyini) dar mənada, məsələn, maddi və mənzil şəraiti ilə təmin olunması ilə məhdudlaşdırmaq olmaz. Əsas məqsəd uşağın daimi olaraq ailənin xeyirxah təsirini, valideyn sevgisi, qayğısı, nəvazişini hiss etməsi, hər bir uşağın mədəni, hərtərəfli inkişaf etmiş, təhsilli, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. Valideyn qayğısı ilə əhatə olunmuş, valideynlərin, qardaş və bacılarının, doğmalarının əhatəsində olan uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlərə baxılarkən ərizəçinin və uşağın valideynlərinin əsil məqsədinin aşkar edilməsinə xüsusi diqqət yetirilməlidir. Təqaüd yaşına çatmış və ya sağlamlıq vəziyyəti azyaşlı uşağın qayğısına qalmağı qeyri-mümkün edən və çətinləşdirən, həmçinin, övladlığa götürülən arasında münasibətlər Ailə Məcəlləsi ilə tənzimləndiyi (məsələn, baba və nənələrin nəvələrlə qarşılıqlı münasibətləri) və övladlığa götürülən valideyn qayğısı ilə əhatə olunduğu hallarda müraciətləri təmin edərkən götürmənin formal xarakter daşımadığı müəyyən maddi (məsələn, təqaüd yaşına çatmış şəxs öldükdən sonra övladlığa götürülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması) və sair maraqlar naminə həyata keçirilmədiyinə əmin olmalı, məhkəmə qətnaməsində məhkəmənin gəldiyi nəticə əsaslandırılmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, hər zaman uşağın etnik mənşəyi, onun müəyyən dinə, mədəniyyətə, dilə mənsubluğu nəzərə alınmalı, tərbiyə və təhsilin varisliyinin təmin olunması imkanlarına, həmçinin, uşaqların fiziki, psixi, mənəvi və əxlaqi inkişafı imkanlarının təmininə diqqət yetirilməlidir. Övladlığa götürmənin mümkünlüyü haqqında məsələnin həlli zamanı hər bir konkret halda övladlığa götürənin (götürənlərin) mənəvi və digər şəxsi keyfiyyətləri (övladlığa götürənin işdə, məişətdə davranışını xarakterizə edən hallar), şəxsiyyət, tamah və digər qəsdən törədilən cinayətlərə görə məhkumluğu özünün və onunla birlikdə yaşayan ailə üzvlərinin ailədə qərarlaşmış qarşılıqlı münasibətləri, həmin şəxslərlə övladlığa götürülən şəxslər arasında yaranan münasibətlər yoxlanılmalı və nəzərə alınmalıdır. Həmin hallar uşağın həm kənar şəxslər, həm ögey ata və ana, həm də onun qohumları tərəfindən övladlığa götürülmə zamanı yoxlanılmalıdır. Bu zaman nəzərə almaq lazımdır ki, qanun uşağın sağlamlıq vəziyyəti ilə əlaqədar onların övladlığa götürülməsi üçün heç bir məhdudiyyət müəyyən etmir. Qeyd etmək lazımdır ki, «Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 29 oktyabr 2009-cu il tarixli, 1 saylı Qərarının 24-cü bəndinə əsasən, hər bir halda məhkəmənin uşağın övladlığa götürülməsi ilə bağlı qərarı onun övladlığa götürmənin uşağın mənafeyinə uyğun olub-olmamasına dair işin faktiki hallarına əsaslanan daxili inamı formalaşdıqdan sonra verilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməli, 05 sentyabr 2020-ci il təvəllüdlü X5 ərizəçilər Ərizəçi1 və Ərizəçi2 övladlığa verilməli, X2 doğumu haqqında akt qeydləri kitabında uşağın soyadı, adı və atasının adı qrafasında X4, ata qrafasında Ərizəçi1 və ana qrafasında Ərizəçi2 yazılmalı, övladlığa götürülən uşaq 18 yaşına çatanadək uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə övladlığa götürmənin birinci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq monitorinq aparılması maraqlı şəxsə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 05 sentyabr 2020-ci il təvəllüdlü X5 ərizəçilər Ərizəçi1 və Ərizəçi2 övladlığa verilsin. 05 sentyabr 2020-ci il təvəllüdlü X2 doğumu haqqında akt qeydləri kitabında uşağın soyadı, adı və atasının adı qrafasında X4, ata qrafasında Ərizəçi1 və ana qrafasında Ərizəçi2 yazılsın. 05 sentyabr 2020-ci il təvəllüdlü X5 18 yaşına çatanadək uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə övladlığa götürmənin birinci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq monitorinq aparılması vəzifəsi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tebeliyində Sosial Xidmətlər Agentliyi X9 həvalə edilsin. Məhkəmə xərcləri ərizəçilərə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-1511/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1511/2023
17.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver