Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1512/2023 24.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X7, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Vagif qızına qarşı evdən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Vagif qızına qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə) məhkəməyə müraciət edərək Cavabdeh Vagif qızına 6000 manat kompensasiya ödənilməklə, onun və azyaşlı övladı xx.xx.2009-cu il tarixdə doğulmuş X8 iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ümumi sahə 943F ünvanında yerləşən 178,7 kv metr torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etimişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AN-İ ******* Nsli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X10 (etibarnamə əsasında) iddiaçının adından mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943 ünvanında yerləşən 178,7 kv.m torpaq sahəsini 2000 manata X1. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə cavabdeh Cavadova (Məmmədxanlı) Ayşən Vaqif qızının X4 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmiş, Cavadova (Məmmədxanlı) Ayşən Vaqif qızı azyaşlı övladı xx.xx.2009-cu il təvəllüdlü X12 ilə birlikdə X2 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evindən çıxarılmaları barədə X2 ilk iddiasının təmin edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli Qətnaməsinə əsasən Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli Qətnaməsi ləğv edilmiş və iş üzrə yeni Qətnamə qəbul edilərək, Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının azyaşlı övladı xx.xx.2009-cu il təvəllüdlü X13 ilə birlikdə X2 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evindən çıxarılması, X2 Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evinə köçürülməsinə dair ilkin iddia tələbi rədd edilmiş, Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının X3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsinə dair qarşılıqlı iddiası təmin edilmiş, Bakı şəhər 51 saylı notariat ofisində İddiaçı ilə X5 arasında bağlanmış AN-İ ******* Nsli 31 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və tərəflərin əvvəlki vəziyyətlərinə qaytarılması müəyyən edilmiş, AR ƏMDK yanında DƏDRX-ti tərəfindən X2 adına verilmiş 17 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə Qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsi qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya və AR-sı Ali Məhkəməsinin Qətnamələri cavabdehin xeyrinə olduğu üçün və qeyd edilən yaşayış evinin yenidən iddiaçının mülkiyyətinə qayıtması səbəbindən iddiaçı mülkiyyətçi olaraq cavabdehin həmin evdə yaşamasını istəmir və bu səbəbdən də, məhkəməyə müraciət edərək cavabdehin evdən çıxarılması barədə Qətnamə qəbul edilməsini xahiş edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ixlasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********64 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyesrtindən çıxarışa əsasən İddiaçı məxsus olmuşdur. İddiaçı həmin torpaq sahəsinin 178,7 kv metr hissəsini 2000 manata X1 (AN-İ ******* №-li xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi). X2 adına həmin 0,0179 ha torpaq sahəsi və üzərində olan 71,8 kv metrdən ibarət olan fərdi yaşayış evinə mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə 240930 №-li Çıxarış verilmişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə cavabdeh Cavadova (Məmmədxanlı) Ayşən Vaqif qızının X4 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmiş, Cavadova (Məmmədxanlı) Ayşən Vaqif qızı azyaşlı övladı xx.xx.2009-cu il təvəllüdlü X12 ilə birlikdə X2 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evindən çıxarılmaları barədə X2 ilk iddiasının təmin edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının apellyasiya şikayəti təmin edilmiş, adıçəkilən qətnamə ləğv edilmiş, Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının azyaşlı övladı ilə birlikdə X2 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evindən çıxarılması, X2 Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evinə köçürülməsinə dair ilk iddia tələbi rədd edilmiş, Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının X3 qarşı qarşılıqlı iddiası təmin edilmiş, Bakı şəhər 51 saylı notariat ofisində İddiaçı ilə X5 arasında bağlanmış AN-İ ******* Nsli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və tərəflər əvvəlki vəziyyətə qaytarılmış, DƏDRX-ti tərəfindən X2 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarış ləğv edilmişdir (iddia ərizəsinə əsasən Ali Məhkəmə tərəfindən həmin qətnamə qüvvədə saxlanılmışdır). Bakı Apellyasiya Məhkəməsinin adıçəkilən qətnaməsindən aşağıdakılar görünür: Zərdab rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X14 ilə Cavabdeh aralarında olan nikah pozulmuş, X12 anasının himayəsində saxlanmışdır; Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi iddiaçı Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının cavabdeh X9 qarşı iddiaçı təmin edilərək iddiaçının oğlu Ümüdlə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən özbaşına tikiliyə köçürülməsi qət edilmişdir (qətnamə qanuni qüvvəsini almışdır); Mübahisəli ev Cavabdeh ilə Müşviq Cavadov tərəfindən birgə nikah dövründə inşa edilmişdir; İddiaçı adına həmin əmlaka dair özəlləşmə prosesinin başlanması, müvafiq çıxarışın alınması, sonradan isə F.Cavadova satılması, onun adına yeni çıxarışın alınması kimi hərəkətlər Cavabdeh uşağı ilə uzun müddət, davamlı olaraq yaşadığı, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə köçürüldüyü mübahisəli evdən çıxarılmasına hesablanmışdır; Cavadov Fərhadın, İddiaçı hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilmişdir; Mübahisəli evin İddiaçı adına rəsmiləşdirilməsinin qanuniliyi mübahisələndirilmədiyindən hazırki qətnamə qanuni qüvvəsi aldığı təqdirdə tərəflər əvvəlki vəziyyətə gətirildikdən sonra mübahisəli evin onun mülkiyyətinə qaytarılacağı halı da qanuni qüvvəsini almış və icra edilmiş xx.xx.2018-ci il tarixli qətnaməsinin hüququ təsirini itirmir; Mübahisəli əmlak mülkiyyətçi tərəfindən istənilən formada özgəninkiləşdəirilməsi kimi istifadə edilən zaman qanuni qüvvəsini almış qətnamə ilə köçürülən Cavabdeh azyaşlı uşağı ilə mənafeləri nəzərə alınmalıdır. Hazırda iddiaçı cavabdehin azyaşlı uşağı ilə həmin evdən 6000 manat məbləğində kompensasiyanın verilməsi ilə çıxarılmasını istəyir. X2 adına verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən elektron çıxarış xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Sabunçu rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktub). Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X5 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsə də, tərəflər əvvəlki vəziyyətə qaytarılmış olsa da, DƏDRX tərəfindən X2 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarış ləğv edilmiş olsa da, İddiaçı həmin əmlaka hələ Çıxarış almamışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X6 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Belə ki, qeyd edildiyi kimi, mübahisəli əmlaka dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır, 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bundan başqa, qeyd edildiyi kimi, iddiaçının mülkiyyət hüququ yalnız torpaq sahəsinə olmuşdur, sonradan X5 həm də evə Çıxarış almışdır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə qətnaməsinə əsasən tərəflərin əvvəlki vəziyyətə qaytarılması iddiaçının yalnız torpaq sahəsinə mülkiyyət hüququnun bərpra edilməsi ilə nəticələnə bilər. Cavabdeh həmin torpaq sahəsində inşa edilmiş evdə yaşayır, həmin evə dair iddiaçının heç bir zamana mülkiyyət hüququ mövcud olmamışdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, qeyd edildiyi kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdeh azyaşlı uşağı ilə mübahisəli evə köçürülmüş, digər qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçının hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilmiş, evin onun adına yenidən keçirildiyi halda da cavabdehin uşağı ilə birlikdə həmin köçürülmə hüququ təsirini itirməmiş hesab olunmuş, hətta mülkiyyətçi tərəfindən mübahisəli əmlakın istənilən formada özgəninkiləşdərilməsi zaman qanuni qüvvəsini almış qətnamə ilə köçürülən Cavabdeh azyaşlı uşağı ilə mənafeləri nəzərə alınmalı olduğu müəyyən edilmişdir. Beləliklə, mübahisəli mənzilin kimin mülkiyyətində olmasından asılı olmayaraq, cavabdehin həmin evdə yaşaması qanuni hesab edilmiş, onun sahibliyi qanunsuz olmamışdır və o, həmin evdən onun mənafeləri nəzərə alınmadan çıxarıla bilməz və belə bir iddianı yalnız qanuni mülkiyyətiçi verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanın keçirilməsi məhkəmənin təşəbbüsü ilə aparıldığından ekspertiza tədqiqatının dəyəri 200 manat 1/2 hissə ilə tərəflərdən tutulub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manatın 100 manat hissəsi İddiaçı, 100 manat hissəsi isə Cavabdeh Vagif oğlundan tutularaq "xxxx"” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********, H/h: AZ61AİİB********************, "xxxx" ASCnin Nərimanov filialı, M/H: AZ37NABZ********************, Kod:200093, VÖEN: **********, SWİFT: AİİBAZ2X) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1512/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1512/2023
24.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver