Məhkəmə qərarları › İş №2(008)-152/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-152/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-152/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun hesab kodundan silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun hesab kodundan silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, ünvan 2 yerləşən evin hesab koduna (**********10000) əsassız olaraq ümumilikdə 9110,20 (doqquz min yüz on manat iyirmi qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixində Bakı şəhəri, ünvan 2 yerləşən ona məxsus evin küçədə qaz xəttinin üzərində quraşdırımış G-4 markalı **********5 zavod nömrəli qaz sayğacına onun iştirakı olmadan çıxarılmış və dövlət yoxlamasına aparılmışdır. Cavabdeh İB-yi tərəfindən xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-4180-1 № li rəy əsasında qaz sayğacının hesablama mexanizmi keçən qazı qeydə almaması barədə ******* saylı akt onun imzamı olmadan tərtib olunmuş və mənim hesab koduna (**********10000) əsassız olaraq 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa xx.xx.2019-cu il tarixdə ******* saylı akt əsasında 756 manat, xx.xx.2019-cu il tarixdə ******* saylı akt əsasında 405 manat, xx.xx.2020- ci il tarixdə ******* saylı akt əsasında 885,60 manat, xx.xx.2020-ci il tarixdə ******* saylı akt əsasında 583,20 manat, xx.xx.2021-cu il tarixdə ******* saylı akt əsasında 388.8 manat, xx.xx.2021-ci il tarixdə ******* saylı akt əsasında 1188 manat, xx.xx.2021-cu il tarixdə akt əsasında 388,80 manat, xx.xx.2021-cu il tarixdə akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixdə akt əsasında 194,40 manat xx.xx.2022-ci il tarixdə akt əsasında 699,84 manat xx.xx.2022-ci il tarixdə akt əsasında 1161 manat sayğacdan kənar təbii qazdan istifadə olunması ilə bağlı onun imzası olmadan aktlar tərtib olunmuş və hesab hesab koduna (**********10000) əsassız olaraq ümumilikdə 9110,20 (doqquz min yüz on manat iyirmi qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Belə ki, Cavabdeh İB-yi nümayəndələri tərəfindən akt tərtib olunarkən ona məlumat verilməmiş, onun imzası olmadan tərtib olunmuşdur. Bundan başqa qaz sayğacı dövlət yoxlamsından keçirilərkən ona məlumat verilmədən iştirakı olmadan keçirilmişdir. Qeyd etmişdir ki, qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən qaz xəttinin üzərindən çıxarılarkən sayğacın üzərində olan plomplar yerində olmuşdur. Cavabdeh İB-nin ərazi üzrə nəzarətçiləri hər ay sayğaca baxış keçirərək orada olan göstəriciləri bazaya işləyirlər. Əgər sayğacdan hər hansı nöqsan var idisə nəyə görə bununla bağlı tədbir görülməmişdir? Eyni zamnada əgər təbii qazdan qeyri qanuni istifadə var ididsə nəyə görə bu günədək mənim barəmdə aidiyyatı üzrə Sabunçu Polis İdarəsinə müraciət olunmamış İXM-nə asəsən protokol tərtib edilmişdir. Bundan başqa Azərbaycan Respublikası MM-nə əsasən müqavilədən irəli gələn məsələlərdə iddia müddəti 3 il olduğundan Cavabdeh İB-yi iddia müddətini bitirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, həyat yoldaşı 09.10.217-ci il tarixdə dünyasını dəyişdikdən sonra o, qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşayır. Qeyd olunan ünvan 2 2107-ci ildən yaşayış olmamışdır. Bu səbəbdən həmin ünvanda təbii qazdan istifadə olunmamışdır. Eyni zamanda ona məxsus evin ünvanı Maştağa qəs, M.Hüseynzadə küç, ev 27 olduğu halda Cavabdeh İB-nin maliyyə arayışında olan ünvan ünvan 3mə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04/3609 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.8-ci maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 03855304 nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, **********100 nömrəli abonent İddiaçı məxsus evə quraşdırılmış sayğacın 14-2-2/3-5-4180-1 nömrəli rəyə əsasən mexanizmi keçən qazın həcmini qeyd etmir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən 12960 kub metr qaz sərfi müəyyən edilmişdir. **********10000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı qalıq və aktlar üzrə 2023-cü ilin aprel ayında 1555.20 manat borc hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-ci il tarixli aktın surətindən görünür ki, **********20000 nömrəli abonent Kərimova Gülxanım təbii qazda sayğacdan kənar qeyri-qanuni istifadə edir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, **********20000 nömrəli abonent Kərimova Gülxanım sayğacdan kənar qeyr-qanuni istifadə etdiyi tərəflərindən aşkar olunmuşdur. Mənzilə baxış keçirilməsinə şərait yaradılmamışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, **********100 nömrəli abonent Əhmədov Ədalət sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli, ******* nömrəli akta əsaəsn 18576 kub metr qaz sərfi müəyyən edilmişdir. **********10000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı qalıq və aktlar üzrə 2020-cü ilin fevral ayında 1875.60 manat borc hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, **********100 nömrəli abonent Əhmədov Ədalət sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli, ******* nömrəli akta əsaəsn 6984 kub metr qaz sərfi müəyyən edilmişdir. **********10000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı qalıq və aktlar üzrə 2020-cü ilin may ayında 698.40 manat borc hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Əhmədov Ədalət sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akta əsaəsn 11880 kub metr qaz sərfi müəyyən edilmişdir. **********10000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı qalıq və aktlar üzrə 2021-cü ilin aprel ayında 1188 manat borc hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Əhmədov Ədalət sayğacından qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akta əsaəsn 3888 kub metr qaz sərfi müəyyən edilmişdir. **********10000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı qalıq və aktlar üzrə 2021-cü ilin iyun ayında 388.8 manat borc hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Əhmədov Ədalət sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akta əsaəsn 1944 kub metr qaz sərfi müəyyən edilmişdir. **********10000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı qalıq və aktlar üzrə 2021-cü ilin iyul ayında 194.40 manat borc hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Əhmədov Ədalət sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akta əsaəsn 1944 kub metr qaz sərfi müəyyən edilmişdir. **********10000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı qalıq və aktlar üzrə 2021-cü ilin avqust ayında 194.40 manat borc hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Əhmədov Ədalət sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsaəsn 5832 kub metr qaz sərfi müəyyən edilmişdir. **********10000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı qalıq və aktlar üzrə 2022-cü ilin fevral ayında 699.84 manat borc hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Əhmədov Ədalət sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsaəsn 11880 kub metr qaz sərfi müəyyən edilmişdir. **********10000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı qalıq və aktlar üzrə 2022-cü ilin aprel ayında 1188 manat borc hesablanmışdır. İş materillarında olan Azərbaycan Respubliaksı Ədliyyə Nazirliyui Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/1212 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacını və borunun üzərində müdaxilə nəticəsind yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Tədqiqat obyektləri üzərində trasoloji zədələrin (izlərin) olub-olmamsının müəyyən etmək üçün onların səthində vizual olaraq müvafiq tədqiqatlar aparılmalıdır. Fotoşəkillərə əsasən obyektlər üzərində trasoloji tədqiqatların aparılması mümkün olmadığından qərarda qoyulmuş (fotoşəkillərlə müaqisəli şəkildə tədqiqat aparılmaqla) qazdan qanunsuz istifadəyə xarakterik müdaxilə izi, yaxud digər qanunsuz qoşula əlamətləri (qaynaq yeri, borucuq və s) mövcuddurmu sualı cavablandırılmadı. Aparılmış tədqiqatın dəyəri 64 manat müəyyən edilmişdir. İddiaçı Məmməd qızının xx.xx.2023-cü il tarixli Azəriqaz İB-nə yazdığı ərizədən görünür ki, o Azəriqaz İB tərəfindən hesablanmış 7665.83 manat borcu qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25 .02.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məhkəmə ilk öncə iddia tələbinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən ona yazılmnış 1555.20 manat cərimənin silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta aktna əsasən iddiaçıya yazılmış 1555.20 manat borc silinməlidir. Bundan sonra məhkəmə iddia tələbin ******* nömrəli, xx.xx.2019-ci il tarixli akta və ******* nömrəli, xx.xx.2019-cu il tarixli akta əsasən yazılmış cərimənin silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki iş matriallarına əlavə edilmiş sözügedən aktlardan görünür ki, sözügedən aktlar ba.qa bir abonent kodu olan 3-cü şəxs barəsindən tərtib edilmiş olduğundan iddia tələbi həmin aktlara əsasən yazılmış cərimənin silinməsi hissəsində təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktlara əsasən iddiaçıya cəmi hesablanmış 6400.44 manat borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən aktlarda iddiaçının imzasının olmadığını, dolayısı ilə ona məxsus evə baxış keçirilsə də, iştirakının təmin edilməməsini, habelə istehlakçının məsuliyyətə cəlb edilməsi barədə müvfiq orqana məlumat verilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi sayğacdan kənar qeyri-qanuni qoşulmaya görə tərtib edilmiş ilk akt-0274184 nömrəli, xx.xx.2020-ci il tarixli akt istisna olmaqla digər aktlara əsasən yazılmış cərimlər yəni xx.xx.2020-ci il tarixli, akta əsasən hesablanmış 698.50 manat, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 1188 manat, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 388.80 manat,xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 194.40 manat, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 194.40 manat, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 699.84 manat, ******* nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 1161 manat cərimələr silinməlidir. Lakin məhkəmə ilk akta yəni ******* nömrəli xx.xx.2020-ci il tarixli akta əsasən abonentə hesablanmış borcun şişirdilmiş olmasına dair dəlillərini inasndırıcı sayar. Belə ki, qeyd olunan aktda itirilmiş qazın həcminın 18576 kubmetr olduğu müəyyyən olunsa da, sərfiyyatın şişirdilmiş olduğu müəyyən edilir. Belə ki, qaz sayğacının nominal qaz sərfi orta günlük iş rejimi 24 saat deyil, 12 saat, 90 gün deyil, 30 gün olmaqla, 1.2x12x30=432 kub metr, 6x12x30=2160 kub metr, 1.4x12x30=504 kub metr olmaqla qaz sərfiyyatı tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqaviləsinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 309.60 manat edir. Bunları nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 1875.60 manat cərimənin 309.60 manat olan hissəsi istisna olmaqla yerdə qalan məbləğ silinməlidir. (1875.60- 309.6=1566 manat) Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Ödənilmiş 64 (altmış dörd) manat məhkəmə xərci iddiaçı Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş **********10000 nömrəli abonent İddiaçı xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 1875.60 manat olan borcun 1566 manat olan hissəsi, ******* nömrəli, xx.xx.2020-ci il tarixli akt əsasən hesablanmış 698.40 manat, ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 1188 manat, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 388.80 manat, ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktaəsasən 194.40 manat, ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 194.40 manat, ******* nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 699.84 manat, ******* nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 1161 manat və xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 1555.20 manat cərimə borcu silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 64 (altmış dörd) manat ekspertiza xərci iddiaçı Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar