Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1523/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehin istifadəsinə verilmiş otağın iddiaçının istifadəsinə qaytarılması tələbinə dair mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehin istifadəsinə verilmiş otağın iddiaçının istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və övladları X16, X10 iddiaçının istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, 10 nömrəli evin, 38 saylı mənzilindən istifadəsinə xitam verilməsi, Sabunçu Rayon Məhkəməsinin 2(008)-394/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında həmin mənzilin cavabdehin istifadəsinə verilmiş 1 otağına giriş-çıxış qapısının açılması və həmin otağın iddiaçının istifadəsinə qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır, lakin məcburi köçkün olaraq xx.xx.2019-cu il tarixli 10/38 N-li kirayə müqaviləsi əsasında ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Oğlu X1 (Quliyeva) Nərgiz Vaqif qızı ilə nikahlarını rəsmiləşdirərək ailə qurmuşdular. Həmin nikahdan 10 may 2015-ci il təvəllüdlü X16 və 07 noyabr 2016-cı il təvəllüdlü X17 doğulmuşdur. Bir müddət sonra iddiaçı Mahmudova (Quliyeva) Nərgiz Vaqif qızı, cavabdeh X4 ilə aralarında 06 senyabr 2014-cü il tarixdə bağlanmış nikah pozulmuşdur. Boşanma barədə qətnamə qət olunduqdan sonra cavabdeh hazırki iddiaçının istifadəsində olan ünvan 2 ünvanındakı mənzilə köçürülməsinə dair idia qaldırdı. Beləliklə, Mahmudova (Quliyeva) Nərgiz Vaqif qızı - uşaqları X16 və X17 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, ev 10, mənzil 38 saylı ünvandakı 3 (üç) otaqdan ibarət mənzilə köçürülməsi barədə Bakı şəhər Sabunçu Rayon Məhkəməsində 2(008)- 4222/2019 saylı xx.xx.2019-cu il tarixli qətnamə qət olundu. Lakin cavabdeh və uşaqları həmin ünvanda yaşamadılar. Bir müddət sonra yenidən X2 Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər İddiaçı və X4na qarşı mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4 ünvanda 3 (üç) otaqdan istifadə qaydalarının müəyyən edilməsi, həmin mənzildəki otaqlardan birinin, həmçinin mətbəxin onun istifadə verilməsi, digər iki otağın isə X3 və X7 istifadəsinə verilməsi, sanitar qovşağının isə ümumi istifadəyə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işi araşdırıb, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, ev 10, 38 saylı mənzilin girişindən sağdan birinci otaq iddiaçı X13 və övladları X16 və X10 istifadəsinə, həmin mənzili digər iki otağı cavabdehlər İddiaçı və X7 istifadəsinə, dəhliz, mətbəx və sanirat qovşaqdan (hamam otağı və tualet) yardımçı sahələr tərəflərin ümumi istifadəsinə verilməklə istifadə qaydası müəyyən edilməsinə dair 2(008)-394/2021 saylı xx.xx.2021ci il tarixli qətnamə qət etdi. Lakin, hazırki iş üzrə cavabdeh uşaqlarını Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, ev 10, 38 saylı mənzilə gətirdi, bir neçə ay həmin ünvanda qaldıqdan sonra uşaqların ataları ilə mehriban olduğunu görüb, acıq edib həmin evdəki bütün əşyalarını çıxararaq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, ev 10, 38 saylı mənzildən çıxıb getdilər. Artıq 2022-ci ilin əvvəlindən həmin ünvanda yaşamırlar. Hazırda onun istifadəsinə verilmiş 1 otağın qapısı bağlı, pəncərələri isə içərisinin boş olduğu görsənməsin deyə kağız örtüklə (qəzetlə) bağlanmışdır. Cavabdeh uşaqları ilə birlikdə artıq ünvan 5 ünvanında yaşayırlar. İddiaçının oğluna qarşı alimentin artırılması tələbinə dair iddia qaldırmış və iddia ərizəsində özlərinin ünvan 5 ünvanında yaşadığını təsdiqləmişdir. Artıq 3 ilə yaxındır həmin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, ev 10, 38 saylı mənzilin cavabdehin istifadəsinə verilmiş 1 otağı tam boş və istifadəsizdir. Bu səbəbdən də, cavabdehin və uşaqlarının həmin mənzildə yaşamaq hüququ itirilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 10/38 N-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, ev 10, mənzil 38 ünvandakı 3 (üç) otaqdan ibarət mənzil haqqı ödənilməklə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla) müvəqqəti yaşamaq üçün AR Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə X15, X13, X16 və X8 ibarət ailə üzvü olan cavabdeh İddiaçı sahibliyinə və istifadəsinə verilir. -Sabunçu Rayon Məhkəməsinin 2(008)-3863/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, X13 ilə X15 arasında 06 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış 999 №-li akt qeydli nikahın pozulması, 10 may 2015-ci il təvəllüdiü X16 və 07 noyabr 2016-cı təvvəllüdlü X17 anası X5 himayəsində saxlanılması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(008)3863/2019 №-li qərardadı nəzərə alınmaqla, 23 aprel 2019-cu il tarixdən başlayaraq cavabdeh X6 iddiaçı X5 xeyrinə 13 may 2015-ci il təvəllüdlü X12 və 07 noyabr 2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa görə hər ay 140 (yüz qırx) manat, həmçinin 07 noyabr 2016-cı il təvəllüdlü X10 üç yaşına çatanadək saxlanması üçün hər ay 40 (qırx) manat, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. -Sabunçu Rayon Məhkəməsinin 2(008)-4222/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin olunaraq, X13- uşaqları X16 və X17 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, ev 10, mənzil 38 ünvandakı 3 (üç) otaqdan ibarət mənzilə köçürülməsi qət edilmişdir. -Sabunçu Rayon Məhkəməsinin 2(008)-394/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, ev 10, 38 saylı mənzilin girişindən sağdan birinci otaq iddiaçı X13 və övladları X16 və X10 istifadəsinə, həmin mənzili digər iki otağı cavabdehlər İddiaçı və X7 istifadəsinə, dəhliz, mətbəx və sanirat qovşaqdan (hamam otağı və tualet) yardımçı sahələr tərəflərin ümumi istifadəsinə verilməklə istifadə qaydası müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, ev 10, 38 saylı mənzil 10/38 saylı, 30 iyul 2019-cu il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında X15, X13, X16 və X8 ibarət ailə üzvü olan cavabdeh İddiaçı kirayə verilmişdir. Yəni, iddiaçı X13 azyaşlı övladları ilə birlikdə mənzilin kirayəçisi olan cavabdeh İddiaçı ilə bərabər hüquq və vəzifələrə malikdirlər, kirayə müqaviləsində onların da adı qeyd olunub. Eyni zamanda Sabunçu Rayon Məhkəməsinin 2(008)-4222/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, 10 nömrəli evin, 38 saylı mənzilinə köçürülmüş və qətnamə ilə onun həmin mənzildən istifadə qaydaları da müəyyən olnumuşdur. Azərbaycan Respblikası Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.3-99.7-ci maddələrinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 68.1-68.4-cü maddələrinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə Cavabdeh uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, 10 nömrəli evin, 38 saylı mənzilinə köçürülmüşdür. Həmin məhkəmə qətnaməsi qanuni qüvvədə olmaqla hazırkı işdə iştirak edən şəxslərə aiddir. Üstəlik, cavabdeh orada yaşamağa niyyətli olduğundan mənzildən istifadə qaydalarının müəyyən olunması ilə bağlı da məhkəməyə müraciət etmiş və iddiası təmin olunmuşdur. Görünür ki, iddiaçı əvvəldən cavabdehin kirayə müqaviləsinə əsasən mənzildən istifadə etməyə hüququ olmasına baxmayaraq, onun həmin hüququnun realızəsinə mane olmağa çalışmışdır. İndi isə cavabdehin həmin mənzildə yaşamadığını əsas gətirərək istifadə hüququna xitam verilməsini tələb edir. Məhkəmə göstərilənləri nəzərə alraq belə qənaətə gəlir ki, hazırda cavabdehin orada yaşamasının çətin olması onun istifadə hüququna xitam verilməsinə əsas deyildir. Bu səbəbdən iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehin istifadəsinə verilmiş otağın iddiaçının istifadəsinə qaytarılması tələbi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-1523/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1523/2025
11.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver