Məhkəmə qərarları › İş №2(008)-1525/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1525/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1525/2025 21.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əssasız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əssasız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona məxsus olan Bakı şəhəri, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu, ünvanında yerləşən obyektə dair əsassız hesablanılmış 1098 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, yeni qayda ilə Zabrat Maştağa yolu, ev-0, ünvanında yerləşən kafe ona məxsusdur. Cavabdeh “Azərsu" ASC tərəfindən ona məxsus obyektə əsassız olaraq 1098 manat məbləğində su borcu hesablanmışdır. Həmin ərazidə ona məxsus kafenin sol tərəfində digər şəxslərə məxsus üç qeyri-yaşayış sahəsi olan aptek, dönər xana və avto yuma məntəqəsi yerləşir. Onların heç birinin su sayğacının olmadığını ,ona məxsus qeyri-yaşayış sahəsinin Smart tipli, 259993 nömrəli su sayğacı vardır. 30 oktyabr 2024-cü ildə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən baxış keçirilərək ondan sol tərəfdə yerləşən qeyri-yaşayış sahələrinin sudan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən yalnış olaraq cərimə ona hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin etibarnamə üzrə nümayəndəsi X1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsində, istehlakçıya verilən suyun hesabatı “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının qanununun 30-cu maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən aparılır. İddiaçı 1098 (min doxsan səkkiz) manat məbləğində borcun hesablanmasının əsassız olduğunu iddia edir. Bununla əlaqədar bildirmişdir ki, Cavabdeh ASC ilə xx.xx.2002-ci il tarixdə bağlanmış müqaviləyə (müqavilə: ********) əsasən İddiaçı məxsus obyekt (ünvan Zabrat-Maştağa yolu, ev 0) su ilə təchiz edilmişdir (abonent kodu: 011081). Həmin obyektdə su xətti üzərində SMART CSS markalı, 259993 nömrəli su sayğacı quraşdırılmışdır. Sabunçu rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində sözügedən obyektin su təchizatına baxış keçirilən zaman sayğacdan kənar d=15 mm-lik boru ilə qeyri-qanuni istifadə faktı aşkar edilmiş və faktla bağlı 603115 nömrəli dəymiş ziyan aktı tərtib edilmişdir. Bu səbəbdən “Sudan istifadə Qaydaları”na 4 nömrəli əlavəyə uyğun olaraq sudan qanunsuz istifadəyə görə 1098 m3 sərfiyyat hesablanmışdır. Sudan qeyri-qanunui istifadə nəticəsində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsə maddi ziyan dəymiş, qanunvericiliyin tələblərinə uyğun olaraq akt tərtib edilmiş, video və fotoşəkillər çəkilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinin tələblərinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə araşdırması zamanı, İddiaçı fərdi sahibkar olmaqla, vergi ödəyicisi olduğu, Elektron sistem vasitəsi ilə əldə olunmuş məlumata əsasən İddiaçı VÖEN ********** malik olduğu, lakin fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. Həmçinin tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisədir. Belə ki, icraatda olan iş üzrə cavabdeh ona məxsus obyektdə sahibkarlıq fəaliyyəti həyata keçirən zaman Cavabdeh ASC-nin əməkdaşaları tərəfindən ona 1098 (min doxsan səkkiz) manat məbləğində borcun hesablanmışdır. Beləliklə işdə olan sənədlərdən və işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsaəsn sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-26, 31, 32, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əssasız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(008)-1525/2025 nömrəli mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar