Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-154/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamenti Cavabdeh nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialının nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamenti Cavabdehnə qarşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərildiyi “məcburi sosial sığorta haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamenti Cavabdehnə qarşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərildiyi “məcburi sosial sığorta haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006-cı ildən 2019-cu ilə kimi olan dövr üçün hesablanmış məcburi dövlət sosial sığorta haqlarının cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialına ödənilməsi barədə və həmin ödənişlərin vaxtında ödənilməməsi nəticəsində, ona vurulmuş zərərin hesablanaraq ödənilməsi və dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, əmək fəaliyyətinə 1974-cü ildən başlamışdır. 1987-ci ildən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin tabeli müxtəlif qurumlarında, sonuncu dəfə isə 81 saylı mənzil istismar sahəsində işləmiş, 2016-ci ildə pensiyaya çıxmış və xx.xx.2019-cu il tarixdə işdən azad olunmuşdur. Lakin 45 illik stajına baxmayaraq, pensiyası az hesablanmışdır. Bununla bağlı DSMF-yə müraciət etdikdə, ona cavab olaraq sosial arayış verilmiş və bildirilmişdir ki, işlədiyi qurum tərəfindən 2006-ci ildən 2019-cu ilə kimi olan dövr ərzində ona aid məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Bununla bağlı o, Bakı şəhəri Sabunçu rayon icra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyi ona qeyri-müəyyən cavab vermiş və qeyd olunan ödənişləri hələ də həyata keçirməmişdir. Hesab edir ki, sığorta haqlarının ödənilməməsi qurumun səhlənkarlığı ucbatından baş vermişdir. O, sığorta haqlarının ödənilməməsini bilsə belə, onların ödənilməsini təmin etmək üçün əlində heç bir səlahiyyət olmamışdır. Hesab edir ki, bu, DSMF ilə Sabunçu rayon MKTB arasında olan problemdir və pensiyaçıya heç bir aidiyyəti yoxdur. Başqa sözlə, hüquqi dövlətdə dövlət orqanının səhvinə görə vətəndaş əziyyət çəkməməlidir. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddiaçının izahatında göstərdiklərini təsdiq edib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Komunal Təsərrüfatı Departamenti Cavabdeh nümayəndəsi X5 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, təmsil etdiyi qurum 2006-cı ildən 2019-cu ilə kimi olan dövr üçün hesablanmış 2495,44 manat məcburi dövlət sosial sığorta haqqını ödənilməsinə etiraz etmir. Lakin həmin vəsait ödənildiyi təqdirdə, dəymiş zərər kimi hesablanmış 1035 manat avtomatik hesablanacaqdır. Odur ki, nümayəndə iddianın 1035 manat dəymiş ziyanla bağlı hissəsində təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialının nümayəndəsi X10 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialının baş mütəxəssisi X9 izahatında bildirdi ki, 2006-cı ildən 2019-cu ilə kimi olan dövr üçün hesablanmış 2495,42 manat məcburi dövlət sosial sığorta haqqı DSMF-ə, 1035,18 manat hesablanmış ziyan isə, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamenti Cavabdehnə aid ödənilməli məbləğdir. 2495,44 manat ödəniləcəyi təqdirdə, avtomatik hesablanaraq qalıq 1035,18 manat müəyyən olunacaqdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - X3 məxsus əmək kitabçasının surətindən görünür ki, o, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 81 saylı Mənzil-Kommunal istismat şöbəsində xx.xx.2001-ci il tarixdən xx.xx.2019-cü il tarixədək və xx.xx.2010-cu il tarixdən xx.xx.2019-cu il tarixədək hesabdar vəzifəsində işləmişdir. - Sığortaolunan X4 haqqında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta Fondu Uçotu üzrə Mərkəz filialının məlumat vərəqindən görünür ki, 2006-cı ilin yanvar ayından 2019-cu ilin dekabr ayına kimi olan dövr üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı cəmi 3859,57 manat, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı isə cəmi 1364,15 manat təşkil edir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı X1 xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək hesablanmış pensiya kapitallarının məbləği xx.xx.2006-cı il üzrə - cəmi 90 manat, xx.xx.2007-ci il üzrə - cəmi 156,25 manat, xx.xx.2008-ci il üzrə - cəmi 297,25 manat, xx.xx.2009-cu il üzrə - cəmi 112,85 manat, xx.xx.2010-cu il üzrə - cəmi 203,36 manat, xx.xx.2011-ci il üzrə - cəmi 306 manat, xx.xx.2012-ci il üzrə - cəmi 339 manat, xx.xx.2013cü il üzrə - cəmi 339 manat, xx.xx.2014-cü il üzrə - cəmi 337,52 manat, xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək (pensiya təyin edilən tarix)- cəmi 310,75 manat, xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək - cəmi 28,25 manat, xx.xx.2016-cı il üzrə - cəmi 333,37 manat, xx.xx.2017-ci il üzrə - cəmi 345,53 manat, xx.xx.2018-ci il üzrə cəmi 412,56 manat, xx.xx.2019-cu il üzrə - cəmi 247,90 manat olmaqla, ümumilikdə 2495,42 manat müəyyən edilmişdir. Həmçinin xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək hesablanmış, lakin ödənilməmiş pensiya kapitalı vaxtında ödənilsəydi, İddiaçı xx.xx.2019-cu il tarixindən etibarən aylar üzrə ödənilməli olan pensiya məbləğləri xx.xx.2019-cu il - 214,00 manat, xx.xx.2020-ci il - 249,52 manat, xx.xx.2021-ci il - 277,97 manat, 0.01.2022-ci il - 287,42 manat, xx.xx.2023-cü il 348,78 manat olmaqla, xx.xx.2019cu il tarixindən xx.xx.2023-cü il tariixinədək 1035,18 manat ödənilməmiş vəsait təşkil edir. - Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, təqdim edilmiş mülki iş materiallarında olan sənədləri, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə almaqla ekspert qarşısında qoyulmuş suallar üzrə X1 xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək hesablanmış pensiya kapitallarının məbləği xx.xx.2006-cı il üzrə - cəmi 90 manat, xx.xx.2007-ci il üzrə - cəmi 156,25 manat, xx.xx.2008-ci il üzrə cəmi 297,25 manat, xx.xx.2009-cu il üzrə - cəmi 112,85 manat, xx.xx.2010-cu il üzrə cəmi 203,36 manat, xx.xx.2011-ci il üzrə - cəmi 306 manat, xx.xx.2012-ci il üzrə - cəmi 339 manat, xx.xx.2013-cü il üzrə - cəmi 339 manat, xx.xx.2014-cü il üzrə - cəmi 337,52 manat, xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək (pensiya təyin edilən tarix)- cəmi 310,75 manat, xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək - cəmi 28,25 manat, xx.xx.2016-cı il üzrə - cəmi 333,37 manat, xx.xx.2017-ci il üzrə - cəmi 345,53 manat, xx.xx.2018-ci il üzrə - cəmi 412,56 manat, xx.xx.2019-cu il üzrə - cəmi 247,90 manat olmaqla, ümumilikdə 2495,42 manat müəyyən edilmişdir. Həmçinin xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək hesablanmış, lakin ödənilməmiş pensiya kapitalı vaxtında ödənilsəydi, İddiaçı xx.xx.2019-cu il tarixindən etibarən aylar üzrə ödənilməli olan pensiya məbləğləri xx.xx.2019-cu il - 214,00 manat, xx.xx.2020-ci il - 249,52 manat, xx.xx.2021-ci il - 277,97 manat, 0.01.2022-ci il - 287,42 manat, xx.xx.2023-cü il 348,78 manat olmaqla, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tariixinədək 1035,18 manat ödənilməmiş vəsait təşkil etdiyi müəyyən edilmişdir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 2006-cı ilin yanvar ayından 2019-cu ilin dekabr ayına kimi olan dövr üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı cəmi 3859,57 manat, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı isə cəmi 1364,15 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı əmək haqqından 2006-cı ildən 2019-cu ilə kimi olan dövr üçün hesablanmış 2495,42 (iki min dörd yüz doxsan beş manat qırx iki qəpik) - (3859,57-1364,15=2495,42) manat məcburi dövlət sosial sığorta haqqı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamenti Cavabdeh tərəfindən tutularaq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialına ödənilməlidir. Həmçinin məhkəmə, xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək hesablanmış, lakin ödənilməmiş pensiya kapitalının vaxtında ödənilməməsi ilə bağlı hesab edir ki, İddiaçı xx.xx.2019-cu il tarixindən etibarən aylar üzrə ödənilməli olan pensiya məbləğlərinin xx.xx.2019-cu il - 214,00 manat, xx.xx.2020-ci il - 249,52 manat, xx.xx.2021ci il - 277,97 manat, 0.01.2022-ci il - 287,42 manat, xx.xx.2023-cü il 348,78 manat olduğunu nəzərə alaraq, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tariixinədək 1035,18 manat zərərin əvəzi ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanununun 10.2.1-1-ci maddəsinə əsasən, sığortaçı sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almalıdır. Belə olan halda, məhkəmə qanunun tələblərini işin faktiki halları ilə əlaqəli şəkildə nəzərə alaraq hesab edir ki, hazırkı iddia təmin edilərək, İddiaçı əmək haqqından 2006-cı ildən 2019-cu ilə kimi olan dövr üçün hesablanmış 2495,42 (iki min dörd yüz doxsan beş manat qırx iki qəpik) manat məcburi dövlət sosial sığorta haqqı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamenti Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialına ödənilməli və həmin ödənişlərin vaxtında ödənilməməsi nəticəsində cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamenti Cavabdeh tərəfindən vurulmuş 1035,18 (min otuz beş manat on səkkiz qəpik) manat zərərin əvəzi İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qaldırılması ilə bağlı 100 manat məbləğində dövlət rüsum ödənilmişdir. Məhkəmə, iddianın təmin edildiyini nəzərə alaraq, hesab edir ki, 100 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. İddiaçı əmək haqqından 2006-cı ildən 2019-cu ilə kimi olan dövr üçün hesablanmış 2495,42 (iki min dörd yüz doxsan beş manat qırx iki qəpik) manat məcburi dövlət sosial sığorta haqqı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamenti Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialına ödənilsin. Həmin ödənişlərin vaxtında ödənilməməsi nəticəsində, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamenti Cavabdeh tərəfindən vurulmuş 1035,18 (min otuz beş manat on səkkiz qəpik) manat zərərin əvəzi İddiaçı ödənilsin. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamenti Cavabdehndən 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-154/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-154/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver