Məhkəmə qərarları › İş №2(008)-1543/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1543/2024

06.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1543/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Bakı şəhəri 17 saylı notariat ofisi cəlb olunmaqla, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Bakı şəhəri 17 saylı notariat ofisi cəlb olunmaqla, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X8 doğma nəvələri olmaları (qohumluq münasibətlərində olmaları) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizəçilər ərizələrini onunla əsaslandırmışlar ki, ərizəçi Cəfərova (Məmmədova) Setdiqə Qurban qızı və ərizəçi Musayeva (Cəfərova) X48 1894-cü ildə doğulmuş və xx.xx.1985-ci il tarixdə vəfat etmiş X8 nəvələridir. X7 Sabunçu rayonu Maştağa qəsəbəsi B.Dadaşov küçəsi ev 4 (keçmiş Maştağa rayonu Maştağa qəsəbəsi ev 104 “A”) ünvanında yerləşən əmlak miras qalmış, ərizəçi X26 və Ərizəçi2 nənəsindən miras qalmış Sabunçu rayonu Maştağa qəsəbəsi B.Dadaşov küçəsi ev 4 (keçmiş Maştağa rayonu Maştağa qəsəbəsi ev 104 “A”) ünvanında yerləşən əmlaka dair “vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi üçün Bakı şəhəri 17 saylı notariat ofisinə ərizə ilə müraciət etmişlər. 17 saylı notariat ofisinin 14 dekabr 2023-cü il tarixli qərarı ilə “vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsindən imtina edilmişdir. İmtinaya səbəb ərizəçi X10 01 yanvar 1915-ci il tarixdə doğulmuş, 18 iyun 1972-ci il tarixdə isə vəfat etmiş atası X3 və Ərizəçi2 21 oktyabr 1931-ci il tarixdə doğulmuş, 01 may 2011-ci il tarixdə vəfat etmiş anası X1 doğum haqqında şəhadətnamələrinin, miras qoyan X8 ölüm haqqında şəhadətnaməsinin olmaması qeyd edilmiş və ərizəçilərə məhkəməyə müraciət edərək qohumluq münasibətlərinin müəyyən edilməsi tövsiyə olunmuşdur. Ərizəçi X10 doğum haqqında şəhadətnaməsində «atası» qrafasında X11, «anası» qrafasında X28 qeyd edilmişdir. Ərizəçi Musayeva (Cəfərova) X39 doğum haqqında şəhadətnaməsində «atası» qrafasında Hacıbaba Mirsaqulu oğlu, «anası» qrafasında X4 qeyd eilmişdir. Ərizəçi X26 xx.xx.1985-ci il tarixdə vəfat etmiş nənəsi X8 Məmmədqulu Qurbanqulu oğlu ilə nikahda olması və ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, X8 ölüm haqqında şəhadətnaməsinin Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində olmasına baxmayaraq, X8 övladları X5 və X1 doğum haqqında şəhadətnamələrinin olmaması səbəbindən X8 ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Ərizəçi X10 və Ərizəçi2 nümayəndəsi 12 sentyabr 2023cü il tarixdə X8 övladları X5 və X1 Bakı şəhəri İçərişəhər-Səbail və Bakı şəhəri Maştağa kəndi üzrə təvəllüdləri və valideynləri haqqında arxiv arayışının verilməsinə dair Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Azərbaycan Respublikasının Dövlət Arxivinə iki dəfə müraciət etmiş, lakin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-TA/2-P- 00641/2023, xx.xx.2023-cü il tarixli 3-48-DA/2-P-02102/2023, xx.xx.2023-cü il tarixli 3-48- TA/2-P-00725/2023 və xx.xx.2023-cü il tarixli 3-48-DA/2-P-02361/2023 № li arayışlarında X5 və X1 təvəllüdü haqqında heç bir məlumatın aşkarlanmaması qeyd olunmuşdur. X8 ərizəçilər Cəfərova (Məmmədova) Setdiqə Qurban qızının və Musayeva (Cəfərova) X39 doğma nənəsi olması faktını qonşular da təsdiq edir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri 17 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçilərin vəsatəti əsasında dəvət olunmuş şahid X13 ifadəsində bildirmişdir ki, ərizəçilərin hasar qonşusudur. Onun 54 yaşı var. Zülfiyyə onların məhəlləsinə gəlin gəlmişdir, rəhmətlik Arifin həyat yoldaşı idi. Zülfiyyənin qaynının adı Bahadur idi. O, Maştağa qəsəbəsi ünvan 1 ünvanında, ərizəçilər isə Dadaşov küçəsində yaşayırlar. Səriyyənin yas mərasimini xatırlayır, 14-15 yaşı olardı. Bayramlarda evlərinə qonaq gedirdilər. Səriyyənin övladlarının sayını dəqiq bilmir, nəvələrini tanıyır. Səddiqənin atası Qurban onunla qonşu olmuşdur. Qurban vəfat edəndə o uşaq idi. Səddiqənin qardaşlarını tanıyır. Qurbanın 5 uşağı olub. Səriyyə Səddiqənin nənəsi olub. Tahirə və Səddiqə Səriyyənin nəvələridir. Məhkəmə iclasında ərizəçilərin vəsatəti əsasında dəvət olunmuş şahid X17 ifadəsində bildirmişdir ki, o, ərizəçilərlə Balaəli Dadaşov küçəsində qonşuluqda bir məhəllədə yaşayır, onların bütün ailələrini tanıyır. O, ev 7, ərizəçilər isə ev 4 ünvanında yaşamışlar. Həmin evdə əvvəllər Məmmədqulu və Səriyyə, daha sonra övladları Qurban yaşamışdır. Qurbanın Səddiqə, Rəfiqə, Arif, Məmmədqulu və Bahadur adında övladları olmuşdur. Tahirə Arifin bibisi qızıdır, Səriyyənin isə qız nəvəsidir. Tahirənin atası Hacıbaba, anası isə Nurxanım idi. Nurxanım da Səriyyənin qızıdır. Səriyyənin 3 oğlu, 2 qızı var idi. Səriyyəni də, Məmmədqulunu da sağ olanda görmüşdür. Səddiqə və rəhmətlik Rəfiqə Qurbanın övladlarıdır. Nurxanımın 3 oğlu, 2 qızı olub, qızlarının adı Gülnarə və Tahirədir. Tahirə və Səddiqə Səriyyənin nəvələridir. Məhkəmə iclasında ərizəçilərin vəsatəti əsasında dəvət olunmuş şahid X18 ifadəsində bildirmişdir ki, Səddiqə onun anası, Tahirə isə bibisidir. Səriyyə qoca nənəsi, yəni nənəsinin anası idi, həm də Nurxanımın anası idi. Səriyyə 1985-də vəfat edib, o zaman onun 5 yaşı var idi. Səriyyə anasının nənəsi, Tahirənin də nənəsidir, çünki atası ilə anası dayıqızı və bibioğludurlar. Məhkəmə iclasında ərizəçilərin vəsatəti əsasında dəvət olunmuş şahid X25 ifadəsində bildirmişdir ki, Nurxanım xalasıdır, Tahirə isə onun qızıdır. Qurban dayısıdır və Səddiqə onun qızıdır. Anası Həliməxatundur və o, Nurxanımın bacısıdır. Səriyyə onun nənəsidir. Səriyyənin 3 oğlu və 3 qızı var. Oğulları Qurban, Məhəmməd, Hacıəli, qızları isə Həliməxatun, Nurxanım və Gülxanım idi. Məhkəmə ərizəçilərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi2 tərəfindən ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 tərəfindən ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. -Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Maştağa kənd məscidinin 1910-1915-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında X5 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. -Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1931-ci ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Maştağa qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X1 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. -Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Bakı şəhəri (İçərişəhər, Səbail) üzrə 1910-1915-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında X5 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. -Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1931-ci ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Maştağa qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X1 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. -Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu Süleyman Məmmədovun “notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Ərizəçi2 ünvan 2 ünvanında yaşayış və vəfat etmiş X19 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır. -İ-ИЕ seriyalı 070927 nömrəli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, Həcibaba Mirsaquli oğlu ilə X6 xx.xx.1949-cu il tarixdə evlənmişlər. -AZ-İİ seriyalı 346588 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1972-ci il tarixdə Bakı şəhərində ölmüşdür. -AZ-İ seriyalı 473679 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində ölmüşdür. -AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, ünvan 3 ünvanında qeydiyyatdadır. -Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışın surətindən görünür ki, Maştağa qəsəbəsi Maştağa rayonu 104a nömrəli ev X9 mülkiyyətindədir. -AZ-T seriyalı 250789 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.1952-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X12, anası X14r. -AZE seriyalı 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1952-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, ünvan 5 ünvanında qeydiyyatdadır. -AЗ seriyalı 406209 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Həcibaba Mirsaquli oğlu, anası X2r. -fotoşəkillərdən görünür ki, X21 1894-cü ildə doğulmuş, 1985-ci ildə ölmüşdür; X11 1915-ci ildə doğulmuş, xx.xx.1972-ci il tarixdə ölmüşdür. -V-ЖГ seriyalı 290076 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X29 ilə X22 xx.xx.1990-cı il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Musayeva soyadı verilmişdir. -İ-ЖГ seriyalı 374507 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X24 xx.xx.1975-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir. -Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu Süleyman Məmmədovun “notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Ərizəçi1 ünvan 2 ünvanında yaşayış və vəfat etmiş X19 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə ərizəçilərin izahatlarını və şahid ifadələrini, eyni zamanda, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, onların göstərdikləri hallar bir-birini tamamlayır və təsdiq olunur ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 dayıqızı-bibiqızıdırlar, 1985-ci ildə ölmüş X21 ərizəçilərin doğma nənəsidir. Lakin bunu təsdiq edən sənədlər olmadığından ərizəçilər X7 qalmış miras əmlakı qəbul edə bilmirlər. Ona görə də ərizəçilər qohumluq münasibətinin müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.6-cı bəndinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 2.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.3-cü bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 1985-ci ildə ölmüş X8 ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Hacıbaba qızının doğma nənəsi olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ərizəçilər tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Hacıbaba qızının 1985-ci ildə ölmüş X8 nəvələri, yəni X8 ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Hacıbaba qızının nənəsi olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçilərə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar