Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1570/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı iştirakı ilə İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilə uşaqları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X6 ilə birlikdə istifadə hüquqlarının tanınması və köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxoil olmaqla ailə qurmuşdur. Gəlin köçən gündən də o, cavabdeh olan keçmiş yoldaşının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 14 saylı mənzilinə köçüb yaşamış və həmin nənzilə də pasport qeydiyyatına alınmışdır. Birgə nikah dövründə 06.05. 2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı 2 uşaqları doğulmuşdur. Lakin, sonradan cavabdehlə münasibətləri pozulmuş və nikahları məhkəmə qaydasında pozulmuşdur. Hazırda iddiaçı uşaqları ilə birlikdə kirayə tutduğu evdə yaşayır və kirayə pulunu ödəməyə imkanı yoxdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X6 ilə birlikdə ona məxsus olan ünvan 3 ünvanında yerləşən 14 saylı mənzilə istifadə hüququ olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Cavabdeh qarşılıqlı iddia ərizəsinin dəqiqləşməsi barədə məhkəməyə ərizə verərək, İddiaçı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X6 ilə birlikdə ona məxsus olan ünvan 3 ünvanında yerləşən 14 saylı mənzilə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində olan 24 kv.mdən ibarət olan 1 otaqlı ev atası tərəfindən ona bağışlanmışdır. Həmin ünvanda o, insult xəstəsi olan atası, ruhi əsəb xəstəsi olan anası ilə birlikdə yaşayır. Cavabdehlə birgə nikah dövründə Yeni Ramana qəsəbəsində öz vəsaiti hesabına mülkiyyət hüququna dair sənədi olmayan ev almış və cavabdehlə həmin ünvanda nikahları ləğv olunana qədər yaşamışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması, qarşlıqlı iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin onun nümayəndəsi və vəkili X5 teleqram ünvanlayaraq məhkəmə iclasının başqa vaxtda təxirə salınması xahiş etmiş, lakin məhkəmədə iştirak etməməsində üzrlü səbəb olmasına dair heç bir sənəd ünvanlamamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, mülki işə ilk iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk iddia üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ilk iddia tələbi rədd edilməli və qarşılıqlı iddia tələbləbi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daxili İşlər Nazirliyinin ******* saylı arayışdan görünür ki, Cavabdeh, İddiaçı, X3 və X6 ünvan 4 ünvanında yerləşən 14 saylı mənzildə qeydiyyatadırlar. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-2808/2018 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısının Xocavənd kənd icra nümayəndəliyində 30 saylı akt qeydi ilə bağlanmış nikahları pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X6 anaları İddiaçı himayəsində saxlanılmaları və onlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) üçdə biri miqdarında aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsində yerləşən, 10saylı evin, 14 saylı mənzilin 1 otağı xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2015-ci ildə Cavabdeh adına qeydə alınmışdır. Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin notairal qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 xüsusi mülkiyyətində olan ünvan 4, mənzil 14 ünvanda yerləşən ümumi sahəsi 107.1 kv.m olan 4 otaqlı mənzilin 1 otağını Cavabdeh bağışlamışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2010-cu ildə nikahlarını rəsmiləşdirmişlər. Toydan sonra Cavabdeh tasına məxsus evə gəlin köçmüş və orada qeydiyyata düşərək mənzildə yaşamağa başlamışdır. İddiaçı qeyd olunan mənzilə gəlin köçdükdə həmin ev qaynatasının adına olmuş, 2015-ci ildə isəbağışlama müqaviləsinə əsasən keçmiş həyat yoldaşının adına keçmişdir. Hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri iddiaçının cavabdeh ilə nikaha daxil olaraq mənzilə köçdüyü tarixdən başlanmışdır. Həmin tarix isə 2010-cu ilə təsadüf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1dən sonra yarandığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması, habelə yaranmışdırsa itirilib-itirilməməsi məsələləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Həmin Məcəllənin 30.1-ci və 30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Yuxarıda qeyd olunan maddi hüquq normaları, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarını nəzərə alaraq müəyyən olunur ki, İddiaçı ailə quraraq 2010-cu ildə qaynatasının mülkiyyətində olan evə gəlin köçdükdə həmin evə dair istifadə hüququ əldə etməmişdir. Belə ki, o, qaynatasının ailə üzvü (yəni arvadı, uşağı və valideyni) olmamış və “digər qohumlar” sıyahısına da aid olmamışdır. Lakin, İddiaçı 2015-ci ildə mübahisəli evin onun həyat yoldaşının adına rəsmiləşdirildiyi vaxtdan etibarən qeyd olunan mənzilə istifadə hüququ əldə etmişdir. Belə ki, evin yeni mülkiyyətçisinin arvadı olmuşdur. Hazırda tərəflər arasında nikah pozulmuş və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən İddiaçı qeyd olunan mənzilə istifadə hüququna da xitam verilmişdir. Mənzil Məcəlləsinin 30.4-cü maddəasinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin olunaraq İddiaçı və himayəsində olan uşaqların ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Cavabdeh qarşılıqlı iddia tələbi üzrə cavabdehin özü ilə yanaşı azyaşlı övladlarının da, mübahisəli evdən istifadə hüquqlarının itirilməsini xahiş edir. Məhkəmə bildirir ki, bu tələbə qiymət verilməsi üçün ilk öncə azyaşlıların yaşayış yeri müəyyən olunmalıdır. Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş şəxslərin yaşayış yeri sayılır. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Sabunçu rayon Məhkəməsinin qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş övladları anaları ananın yanında saxlanılmış, bundan başqa anaları ilə atalarının faktiki olaraq ayrılmasından sonra onlar, analarının yanında yaşayıb, ataları isə buna etiraz etməyib və bununla bağlı hər hansı bir mübahisə qaldırmayıb. Uşaqlar halhazırda da analarının yanında yaşayır və buna görə də onların yaşayış yeri həmin mənzil hesab olunur. Onların mübahisəli evə istifadə də hüquqlarına da xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair ilk iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı övladları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilə istifadə hüququna xitam verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-1570/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1570/2020
13.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver