Məhkəmə qərarları › İş №2(008)-1583/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1583/2025

20.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1583/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X19 qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 nömrəli Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 nömrəli Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1948-ci il təvəllüdlü Qəhrəmanova (Yusifova) Xanımana Məmmədağa qızının, X2na məxsus ünvan 1-dan ibarət miras əmlakı faktiki qəbul etmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1948-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.1949-cu il tarixdə vəfat etmiş X6 onun atasıdır. xx.xx.2000-ci il tarixdə vəfat etmiş X12 onun anasıdır. O, uşaq yaşlarından ailəsi ilə birlikdə X2na məxsus ünvan 1-da yaşamış və hal-hazırda da yaşayır. X2 dünyasını dəyişdikdən sonra ərizəçi, anasından miras qalan ünvan 1-a sahiblik etməyə və əmlakı idarə etməyə başlamışdır. O, hal-hazırda evin kommunal xərclərini ödəyir, təmir və bərpa işləri də görmüşdür. ünvan 1-ü öz adına sənədləşdirmək üçün Bakı şəhər 17 saylı notariat ofisinə müraciət etmişdir. Qanunla müəyyən edilmiş vərəsəliyin qəbuluna dair müddəti buraxdığına və mirasın faktiki qəbulu ilə bağlı heç bir sənəd təqdim edə bilmədiyinə görə Notariusun xx.xx.2023-cü il tarixli qərarına əsasən vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi Qəhrəmanova (Yusifova) Xanımana Məmmədağa qızının “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsində ərizəçinin anasının səhvən “Məşəd Rəsul” kimi yazılmış ata adı “Məmməd Rəsul” kimi onunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin etibarnamə üzrə nümayəndəsi Vəkil ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin hallarını tam araşdıraraq və işdə olan sübutları əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qəhrəmanova (Yusifova) Xanımana Məmmədağa qızı xx.xx.1948-ci ildə doğulmuşdur. Bakı şəhəri Sabunçu rayonu Maştağa Qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş AZ- İİ seriyalı 458446 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1949-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1949cu ilin 03 ayının 18 günündə 44 nömrə ilə qeyd edilmişdir. AZ seriyalı 035385 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2000-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2000-ci ilin 04 ayının 01 günündə 73 nömrə ilə qeyd edilmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa Qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 13 dekabr 2024-cü il tarixli 5-18-5/2-4612/2024 nömrəli soğuya cavab məktubunda Bakı şəhəri 3 saylı vəkil bürosuna bildirilmişdir ki, xx.xx.1948-ci il təvəllüdlü Ərizəçi, Maştağa qəsəbəsi, Xanlar küçəsi ünvanında qeydiyyatsız yaşayır. “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportudan görünür ki, X7 1970-ci ildə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair pastport verilmişdir. Kommunal Təsərrüfatı İdarəsinin X5 üçün Mədaxil Qəbzlərinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ayılq kommunal ödənişlərini edir. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair abonent saldosundan görünür ki, **********10000 abonent kodu Ərizəçi adınadır. Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu Süleyman Məmmədovun Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında 05 noyabr 2023-cü il tarixli Qərarından görünür ki, vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Belə ki, Ərizəçi qanunla müəyyən edilmiş vərəsəliyin qəbuluna dair müddəti buraxmışdır və müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair və ya vərəsəliyin faktiki qəbulu ilə bağlı heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3-16-5/2-11-989/25 nömrəli xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə bildirilmişdir ki, X1 adına “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində qeyd olunan şəxsin adına respublikanın notariat ofislərində açılmış hər hansı vərəsəlik işi aşkar olunmamışdır. 11 fevral 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən şahid X11 ifadəsində ərizəçinin bibisi qızı olduğunu, bibisi qızının ondan 12 yaş böyük olduğunu, bir yerdə böyüdüklərini, Qəhrəmanova (Yusifova) Xanımana Məmmədağa qızının atasının adı Məmmədağa, anasının isə Məşədxanım olduğunu, X4 01 fevral 2000-ci ildə vəfat etdiyini və bibisi qızının Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 10 ünvanda yerləşən fərdi yaşayış evində yaşadığını bildirmişdir. 11 fevral 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində ərizəçi onun qonşusu olduğunu, bir yerdə böyüdüklərini, Qəhrəmanova (Yusifova) Xanımana Məmmədağa qızının ailə həyatı qurduqdan da sonra Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 10 ünvanda yerləşən fərdi yaşayış evində yaşadığını və ərizəçinin anası X4 01 fevral 2000-ci il vəfat etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu və 307.2.11-ci maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının, vərəsəliyin açılma yerinin və qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli plenum 3 nömrəli Qərarının 10-cu bəndinə əsasən məhkəmələrə izah olunur ki, MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2 və 1243.3-cü maddələrinə əsasən «Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır», «Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir». Göründüyü kimi qüvvədə olan mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu nəzərdə tutulub. Qanuna görə mirasın qəbul edilməsi vərəsənin əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi yolu ilə mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, ərizəçinin anası X10 2000-ci il tarixdə vəfat etdikən sonra ərizəçi Qəhrəmanova (Yusifova) Xanımana Məmmədağa qızı miras əmlakı faktiki idarəçiliklə qəbul etmişdir. Ərizəçinin sahiblik, əmlakı idarə etməsi faktı və bunu ətrafdakılara şəksiz nümayiş etdirməsi məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı, şahidlərin ifadələri, komunal xidmətlərin ödənilməsini təstiq edən qəbzlər və iş materialları ilə tam sübuta yetirilir. Odur ki, ərizə təmin edilməli, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Qəhrəmanova (Yusifova) Xanımana Məmmədağa qızı tərəfindən miras əmlakı qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2000-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Qəhrəmanova (Yusifova) Xanımana Məmmədağa qızı tərəfindən miras əmlakı qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar