Məhkəmə qərarları › İş №2(008)-1587/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1587/2025

10.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1587/2025 10.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçı X1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Hüseynov Alı̇ m Məmmədrəhı̇ m oğlunun cavabdeh "xxxx" MMC-ə, Cavabdeh2nə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hüseynov Alı̇ m Məmmədrəhı̇ m oğlu cavabdeh "xxxx" MMC-ə, Cavabdeh2nə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, "xxxx" mağazalar şəbəkəsinə daxil olan “Sputnik” mağazasında sınaq müddətinə çalışdığı günlərin əmək haqqının ödənilməsi və işə qəbuldan imtinanın səbəbi barədə yazılı bildirişin təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində iddiaçı, iş üçün Cavabdeh2nə müraciət etmiş, sonuncu onu "xxxx" mağazalar şəbəkəsinə daxil olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 46 ünvanında yerləşən “Sputnik” mağazasına anbar fəhləliyi işinə göndərmişdir. Razılaşmaya görə Cavabdeh2 “Grandmartın” vakansiyaları üçün uyğun namizəd seçir və bu namizədlər müəyyən olunmuş sınaq müddətindən uğurla keçdikdə onlarla əmək müqaviləsi bağlanılır. Eyni qaydada iddiaçı da yuxarıda adıçəkilən mağazada 3 gün işlədikdən sonra mağazanın müdiri Əli Hüseynov və baş mühasib Həsən işindən razı qaldıqlarını bildirərək iddiaçını müqavilə bağlamaq üçün "xxxx" MMC-nin kadrlar şöbəsinə göndərdilər. Ancaq bütün sənədlər tərtib olunub hazırlandıqdan sonra kadrlar şöbəsinin Arzu xanım adlı əməkdaşı son anda hərbi biletindəki qeydə diqqət çəkərək, yazılı səbəb göstərmədən iddiaçını işə qəbul etməkdən imtina etdi. İddiaçı imtina barədə hər hansı bir yazılı sənəd (arayış, bildiriş, dərkənar və s.) tələb etdikdə, o, mühafizəçini çağıraraq onu binadan qovdu. Beləliklə, nə işə qəbuldan imtinanın səbəbi məlum oldu, nə də çalışdığı günlərin əmək haqqı ödənildi. İddiaçı bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etsə də, təsdiqedici sənədlər olmadığına görə müraciəti nəticəsiz qaldı.Məsələnin çətinliyi ondadır ki, iddiaçının cavabdehə qarşı iddianın predmetini işçi ilə işəgötürən arasında əmək münasibətləri rəsmiləşənədək, yəni aralarında əmək müqaviləsi bağlanan ana qədər mövcud olan əmək münasibətləri təşkil edir. Ona görə də hazırkı iddia mülki qaydada mübahisələndirilə bilər. Sahibkarlığın inkişafına dəstək çərçivəsində həyata keçirilən bir sıra dövlət tədbirlərinin məqsədlərindən biri də işsiz və işaxtaran vətəndaşların işlə təminatını yaxşılaşdırmaqdır. Əgər sahibkar və ya işəgötürən işə qəbul zamanı vətəndaşa münasibətdə qərəzli, qeyri-obyektiv mövqe tutursa, deməli, o, dövlətin bu siyasətinə qarşı çıxır və dolayısı ilə vətəndaşın əmək hüququnu pozmuş olur. Bundan başqa, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 10.1.2-ci maddəsinə əsasən vətəndaşın əmək hüququnun həyata keçirilməsində dövlət təminatlarından biri də işə qəbuldan əsassız imtina olunanların hüquqi müdafiəsidir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, istər Grandmart MMC, istərsə də Ventanın heç bir məsuliyyəti yoxdur. Aralarında sınaq müqaviləsi bağlanmayıb və onlar heç bir imtina verməyiblər. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan X12 Mərkəzi tərəfindən verilmiş 1308 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, AR SN Kollegiyasının xx.xx.2012-ci il tarixli 46 nömrəli qərarına əsasən "xxxx" MMC-nin (X12 Mərkəzi) və Cavabdeh1 MMC arasında xx.xx.2024cü il tarixində imzalanmış 4 nömrəli müqaviləyə əsasən aparılmış işə qəbul və dövri tibbi müayinələrin nəticəsində İddiaçı tutduğu vəzifədə çalışması üçün əks göstəriş yoxdur. - ƏƏSMN yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsində baxılmışdır. Müraciətdə qeyd olunan pozuntuların dəqiqləşdirilməsi, izahatın alınması və sübutların təqdim olunması məqsədilə DOST Mərkəzinə dəvət olunmağı ilə bağlı 3-17-5/2-H-68221/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş və İddiaçı xx.xx.2024-cü il tarixində izahatı araşdırmaya təqdim etmişdir. Həmçinin müraciətlə bağlı İddiaçı ilə telefon (***-***- **-**) əlaqəsi zamanı "xxxx" MMC-də çalışdığını təsdiq edən hər hansı təsdiqedici sənədin olmadığını bildirmişdir. Eyni zamanda, müraciətlə əlaqədar İddiaçı aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi məqsədilə "xxxx" MMC-nin ünvanına 3-17-5/2-68380/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. "xxxx" MMC tərəfindən X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunan məktubda İddiaçı cəmiyyətdə heç vaxt əmək fəaliyyətinin olmadığı bildirilmişdir. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən "xxxx" MMC tərəfindən İddiaçı Məmmədərhim oğlununa aid əmək müqaviləsinin bağlanmasına dair hər hansı qeydiyyatın olmadığı müəyyən edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən əldə olunmuş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək AR Silahlı Qüvvələrində, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan iddiaçı işdən azad olması ilə bağlı sınaq müddətində çalışdığı günlərin əmək haqqının ödənilməsi və işə qəbuldan imtinanın səbəbi barədə yazılı bildirişin təqdim edilməsini tələb edərkən iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmayan iddia ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, iddiaçının hazırda cavabdeh Grandmart MMC və Venta Təlim, Tədris və X9 iddia etdiyi kimi sınaq müddəti ərzində görülmüş işə görə əmək haqqının ödənilməsi və işə qəbuldan imtina barədə yazılı bildirişi tələb etməsinin qanuni əsasının dispozisiya şərtləri mövcud deyildir. Belə ki, iddiaçı cavabdehə qarşı belə bir iddia irəli sürməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasın həmin Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir.Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə İddiaçı ilə cavabdehlər "xxxx" MMC və Venta Təlim, Tədris və X11 arasında sınaq müddətinə dair müqavilə müəyyən edilmədiyindən, iddia təmin edilməməlidir. Eyni zamanda Məhkəmə, iddiaçının digər tələblərinə əlavə qiymət verilməsinə zərurət görməyərək, özünün gəldiyi bu nəticəni prosessual qənaət prinsipi baxımından əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Hüseynov Alı̇ m Məmmədrəhı̇ m oğlunun cavabdeh "xxxx" MMC-ə, Cavabdeh2nə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar