Məhkəmə qərarları › İş №2(008)-16/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-16/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-16/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Anayeva Sevinc Vahid qızının katibliyi, İddiaçı X5, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X5 cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi və əsassız borcun silinməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə əsassız hesablanmış 3184,44 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə əsassız olaraq 3184,44 manat borc yazılmışdır. Dəfələrlə borcunun əsaslandırılması və aktların ona təqdim olunması barədə müraciət etsə də, aktlar təqdim edilməmişdir. Onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçıya məxsus ünvana quraşdırılmış elektrik sayğacına və elektrik xəttinə xx.xx.2022-ci il tarixdə əməkdaşlar tərəfindən baxış keçirilmiş, nəticədə kənar xətdən axan cərəyan müəyyən edilmiş və bu fakt aktlaşdırılmış, abonentə 1774 manat dəymiş ziyan məbləği hesablanmışdır. X1 3415,06 manat aktiv borcu vardır. Nümayəndə qeyd olunanlara əsasən, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən, abunə kodu **********40105 olan mənzil "xxxx" ASC tərəfindən xx.xx.2010-cu il tarixdən etibarən elektrik enerjisi ilə təchiz edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, abonent X6 məxsus ünvan 1 ünvanında iddiaçıya məxsus evə baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğac yoxdur, abonent birbaşa qoşularaq elektrik enerjisindən uzun müddət istifadə edir. Kənar xətdən axan cərəyan tərəflərindən ölçülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər”dən görünür ki, xx.xx.2022-ci il tarixli akt əsasında abonentə 1774 manat məbləğində borc hesablanmışdır. İşdə olan abunə kodu **********40105, X5 adına olan abunə haqqında sənəddən görünür ki, EİQ pozulmasına görə xx.xx.2017-ci il tarixdə 501,81 manat, xx.xx.2023-cü il tarixdə 230,62 manat borc hesablanmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.33-cü bəndinə görə, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Lakin iş materiallarından görünür ki, həmin akt iddiaçı və hal şahidləri tərəfindən imzalanmamış, abonent (iddiaçı) tərəfindən imzalamaqdan imtina edilməsi barədə hər hansı qeyd aparılmamış, yalnız "xxxx" ASC-nin nümayəndələri tərəfindən imzalanmışdır. Eyni zamanda, iddiaçının həmin aktla bağlı məlumatının olmasını təsdiq edən hər hansı sənəd iş materiallarında aşkar edilməmişdir. Hazırkı iş materiallarından görünür ki, iddiaçı cavabdehdən elektrik enerjisindən birbaşa şəbəkəyə qoşulmaqla, sayğac olmadan istifadə etdiyinə görə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akt əsasında hesablanmış 1774 manat dəymiş maddi ziyan məbləği hesablansa da, həmin akt göstərilən məbləğdə pulun abonentdən tutulması üçün yetərli və mötəbər hesab edilmir. Belə ki, aktdan savayı orada göstərilənləri təsdiq edəcək hər hansı sübut (foto, video çəkiliş) məhkəməyə təqdim edilməmişdir, ona görə də məhkəmə belə nəticəyə gəlir ki, tələb həmin hissədə rədd edilməlidir. Eləcə də, abunə kodu **********40105 olan abunə haqqında sənəddən görünür ki, X6 xx.xx.2017-ci il və xx.xx.2023-cü il tarixlərdə EİQ pozulmasına görə 501,81 manat və 230,62 manat olmaqla, cəmi 732,43 manat borc hesablanmış, lakin bu borcun yaranma əsasına dair hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1132-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Həmin normanın məzmununa nəzərən, hazırkı iş üzrə sübutetmə yükü "xxxx" ASCnin üzərinə qoyulduğundan və sonucu, tərəfindən göstərilən aktlar üzrə hesablanmış məbləğlərin və həmin aktların mötəbərliyinə dair əsaslı sübut təqdim olunmadığından məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akt əsasında hesablanmış 1774 manat, xx.xx.2017-ci il və xx.xx.2023-cü il tarixlərdə hesablanmış 501,81 manat və 230,62 manat olmaqla, ümumilikdə 2506,43 manat məbləğində pul vəsaiti əsassız hesablandığından, **********40105 nömrəli abunə hesabından silinməlidir. Lakin məhkəmə, qalan 578,01 manat məbləğində borcun silinməsi üçün əsaslar müəyyən etmədiyindən, (3184,44-2606,43=578,01) həmin hissədə iddianın təmin edilməməli olması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 45,06 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı X6 məxsus ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair (abonent kodu **********40105) elektrik sərfiyyatına görə tələb olunan 2506,43 (iki min beş yüz altı manat qırx üç qəpik) manat məbləğində cərimənin silinməsi vəzifəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 45,06 (qırx beş manat, altı qəpik) manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar