Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1603/2023 04.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İlk iddiaçı üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Azəriqaz İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı fərdi yaşayış evində abonent kodu **********00013 olan istifadəsində olan qaz sayğacına görə əsassız olaraq “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* N-li akt əsasında dəymiş ziyana görə 583.2 manat, xx.xx.2021-ci il tarixli ******* N-li Akt əsasında dəymiş ziyana görə 388.8 manat, xx.xx.2021-ci il tarixli ******* N-li akt əsasında dəymiş ziyana görə 489,6 manat, xx.xx.2021-ci il tarixli ******* N-li akt əsasında dəymiş ziyana görə 450 manat, xx.xx.2022-ci il tarixli ******* N-li akt əsasında dəymiş ziyana görə 396 manat, xx.xx.2022-ci il tarixli ******* N-li akt əsasında dəymiş ziyana görə 1814.4 manat, xx.xx.2022-ci il tarixli ******* N-li akt əsasında dəymiş ziyana görə 248.4 manat, xx.xx.2022-ci il tarixli ******* N-li akt əsasında dəymiş ziyana görə 606,24 manat, xx.xx.2022-ci il tarixli ******* N-li akt əsasında dəymiş ziyana görə 302.4 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında dəymiş ziyana görə 1310.4 manat, ümumilikdə 6589.44 manat dəymiş ziyan kimi hesablanmış cərimə borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddiası təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməmiş 6584,44 manat məbləğində dəymiş maddi zərərin əvəzi və Cavabdeh İB tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynalxalq Bankı hesabına (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı ev onun istifadəsindədir və oğlu ilə ilə birlikdə həmin ünvanda yaşayır. Həmin ünvandakı tikili əvvəllər qaraj olub. Evsiz olduğu üçün həmin qarajı alaraq içini ev kimi düzəldib qazi oğlu ilə birlikdə həmin daxmada yaşamışdır. Bildirir ki, həmin evə işıq sayğacı quraşdıra bilsə də, qaz sayğacı qoymaqdan imtina etdilər. O da 2020-ci ildən bugünə kimi, evdə propan qaz balonlarından istifadə etmişdir. Hətta bir neçə dəfə qaz idarəsinin işçiləri evin içinə baxış keçirərək qaz balonu işlətdiyinin şahidi olmuşlar. Bildirir ki, 2022-ci ildə artıq qaz balonlarının evdə saxlanılmasının təhlükəli olduğunu düşünərək təkrar “Azəriqaz“ İstehsalat Birliyinə müraciət etmiş və qaz sayğacı quraşdırılmasına razılıq almışdır. Həmin ünvana quraşdırılmış abonent kodu **********00013 olan smart tipli qaz sayğacı onun istifadəsində olub. Həmin sayğac onun adınadır. Həmin **********00013 abonent kodlu sayğac onun ünvanına xx.xx.2022-ci il tarixində quraşdırılmışdır. Həmin günə kimi, evdə ancaq qaz balonlarından istifadə olunub. Son günlərdə smart tipli qaz sayğacının kartına ödənişlər edən zaman ödənişin yarısının tutulduğunun şahidi olmuşdur. Dərhal bununla bağlı “Azəriqaz“ İstehsalat Birliyinə müraciət etdikdə ona cəmi 1 il müddət üçün 7000 manat yaxın borcunun olduğu bildiriridi. O, bu barədə eşitdikdə təəccüblənmişdir. Bunun necə baş verdiyini, sayğacın yeni quraşdırıldığı halda bu qədər borcun necə yığıldığını soruşmuşdur. Birlikdən ona məlumat verdilər ki, “ola bilsin sayğacınız olmadığı müddətlərdə aktlar yazılıb”. O, bunun mümkün olmadığını, o, sayğac olmadığı müddətlərdə evdə qaz balonu işlətdiyini və daxma bir evdə qazi oğlu ilə tək yaşadığını bildirmişdir. Lakin “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşı ona 10 ədəd akt verərək, həmin aktlar əsasında cərimə yazıldığını bildirdi. Həmçinin bildirdilər ki, ona xx.xx.2021 -ci il tarixli, ******* N-li Akt əsasında dəymiş ziyana görə 583.2 manat, xx.xx.2021-ci il tarixli, ******* N-li Akt əsasında dəymiş ziyana görə 388.8 manat, xx.xx.2021-ci il tarixli ******* N-li Akt əsasında dəymiş ziyana görə 489,6 manat, xx.xx.2021-ci il tarixli ******* N-li Akt əsasında dəymiş ziyana görə 450 manat, xx.xx.2022-ci il tarixli ******* N-li Akt əsasında dəymiş ziyana görə 396 manat, xx.xx.2022-ci il tarixli ******* N-li Akt əsasında dəymiş ziyana görə 1814.4 manat, xx.xx.2022-ci il tarixli ******* N-li Akt əsasında dəymiş ziyana görə 248.4 manat, xx.xx.2022-ci il tarixli ******* N-li Akt əsasında dəymiş ziyana görə 606,24 manat, xx.xx.2022-ci il tarixli ******* N-li Akt əsasında dəymiş ziyana görə 302.4 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında dəymiş ziyana görə 1310.4 manat, ümumilikdə 6589.44 manat dəymiş ziyan hesablanmışdır. O, Cavabdeh əməkdaşına heç bir qaz xəttinə qanunsuz müdaxilə etmədiyini, 2021-ci ildən həmin qarajda yaşadığını, müraciət etməyinə baxmayaraq yaşadığı yerin qaraj olduğu üçün adına sayğacın quraşdırılmadığını, nəhayət çoxsaylı müraciətləri əsasında xx.xx.2022-ci il tarixində smart sayğacın quraşdırıldığını, həmin günə kimi qaz balonlarından istifadə etdiyini bildirmiş və ona yazılmış cərimə borcunun silinməsini tələb etmişdir. Orada isə ona bildirmişlər ki, həmin 6589.44 manat cərimə borcu ödənilməlidir və ya qanunsuz yazıldığını hesab edirsə məhkəməyə müraciət edərək sildirə biləcəyi bildirilmişdir. Həmin evdə təbii qazdan xx.xx.2022-ci il tarixinədək ancaq qaz balonundan istifadə etmişdir. Həmin müddət ərzində heç bir qaz xəttinə kənar müdaxilə etməmişdir. Ümumiyyətlə, bir il üçün yazılmış 5983.2 manat dəymiş ziyan borcu absurd və gülünc rəqəmdir. O, həmin qarajda özünə şərait düzəldib qalır. Bugünə kimi qaz idarəsinin əməkdaşı ilə heç bir mübahisəsi olmayıb, çünki qanunsuz müdaxilə etməmişdir. Sayğac quraşdırılan günə kimi qaz balonundan istifadə etmişdir. Yaşadığı yer kiçik olduğu üçün qaz balonu ona kifayət edib. İlk iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli, ******* N-li akt əsasında dəymiş ziyana görə 583.2 manat, xx.xx.2021-ci il tarixli ******* N-li Akt əsasında dəymiş ziyana görə 388.8 manat, xx.xx.2021-ci il tarixli ******* N-li akt əsasında dəymiş ziyana görə 489,6 manat, xx.xx.2021-ci il tarixli ******* N-li akt əsasında dəymiş ziyana görə 540 manat, xx.xx.2022ci il tarixli ******* N-li akt əsasında dəymiş ziyana görə 475.20 manat, xx.xx.2022-ci il tarixli ******* N-li akt əsasında dəymiş ziyana görə 2177.28 manat, xx.xx.2022-ci il tarixli ******* N-li akt əsasında dəymiş ziyana görə 248.4 manat, xx.xx.2022-ci il tarixli ******* N-li akt əsasında dəymiş ziyana görə 606,24 manat, xx.xx.2022-ci il tarixli ******* N-li akt əsasında dəymiş ziyana görə 362.88 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında dəymiş ziyana görə 1572.48 manat, ümumilikdə 6589.44 manat dəymiş ziyan kimi hesablanmış cərimə borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbinin həcminin artırılmasına dair ərizə Mülki Prosesual Məcəllənin tələblərinə uyğun olduğundan məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı faktiki yaşadığı ünvan 2 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmadan öncə, daha dəqiqliklə 05/2021-ci il, 07/2021-ci il, 09/2021-ci il, 12/2021-ci il, 01/2022-ci il, 03/2022-ci il, 06/2022-ci il tarixlərində, ünvana qaz sayğacı quraşdırıldıqdan sonra isə 10/2022-ci il tarixində «kustar üsulla özbaşına qaz xətti çəkib təbii qazdan qanunsuz istifadə etdiyi üçün» barəsində 08 dəfə akt tərtib edilmiş və Cavabdeh İB-yə ümumilikdə 6589.44 manat məbləğində maddi zərər vurmuş olduğu müəyyən edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 4 saylı ASAN Xidmət Mərkəzində Cavabdeh İB-nin Müştəri Xidməti Şöbəsinə müraciət etmiş, xx.xx.2022-ci il tarixində onunla təbii qazın alqı-satqısına dair müqavilə bağlanmış, faktiki yaşadığı ünvana **********00013 nömrəli abonent hesabı verilmiş, həmin abonent hesabında xx.xx.2022-ci il tarixə mövcud olan 6589,44 manat məbləğində borcu yazılı ərizə ilə qəbul etmiş, borcun müəyyən müddət ərzində hissə-hissə tutulması üçün ünvanına quraşdırılmış smart qaz sayğacının kartına keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürmüşdür. Borclu abonent İddiaçı 2022-ci il tarixində həmin borcdan ümumilikdə 5 manat məbləğində ödəniş etmişdir. Hazırda abonent İddiaçı Cavabdeh İB-yə ödənilməmiş 6589.44 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən ilk iddiaçı üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Azəriqaz İB-nin nümayəndəsi X2 ilk iddia tələbini qəbul etməyərək rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* saylı nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” barədə aktdan görünür ki, qaz sayğacı, Smart markalı, G 4 HS **********765 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, aktın tərtib olunma səbəbi göstərilməmişdir. xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, qaz sayğacına cəmi 5832 m3 qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 0314234nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, abonent sayğacdan kənar qaz xəttindən istifadə etmişdir. xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, qaz sayğacına cəmi 3888 m3 qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, abonent sayğacdan kənar qaz xəttindən istifadə etmişdir. xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, qaz sayğacına cəmi 4500 m3 qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, abonent sayğacdan kənar qaz xəttindən istifadə etmişdir. xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, qaz sayğacına cəmi 4896 m3 qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, aktın tərtib olunma səbəbi göstərilməmişdir. xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, qaz sayğacına cəmi 4896 m3 qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, abonent sayğacdan kənar qaz xəttindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, qaz sayğacına cəmi 3960 m3 qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, abonent sayğacdan kənar qaz xəttindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, qaz sayğacına cəmi 18144 m3 qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki abonent sayğacdan kənar qaz xəttindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, qaz sayğacına cəmi 2484 m3 qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, abonent sayğacdan kənar qaz xəttindən istifadə etmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, abonent sayğacdan kənar qaz xəttindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, qaz sayğacına cəmi 3024 m3 qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, abonent sayğacdan kənar qaz xəttindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, qaz sayğacına cəmi 13104 m3 qaz sərfiyyatı hesablanmışdır. **********00013 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2022-ci il üçün aktlar üzrə 6584.44 manat məbləğində borc hesablanmışdır. Sözügedən saldodan xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar üzrə yazılmış cərimə abonentə hesablanmamışdır. Məhkəmə iclasındaşahid qismində dindirilmiş Azəriqaz İB-nin əməkdaşı X6 məhkəməyə bildirmişdir ki, o 2009-cu ildən bu vaxtədək Azərqaz İB-də çaılışır. Son 4 il müddətdir ki Sabunçu Rayonunda xidmət göstərir. O ilkin iddia üzrə İddiaçı oğlunu tanıyır. Onun barəsində tərtib edilmiş aktlar onun iştirakı ilə tərtib edilmişdir. Akt sayğacsız qazdan istifadəyə görə tərtib edilmişdir. Birdəfə onun oğlunun iştirakı ilə tərtib edilmişdir amma digər aktlar tərtib edilə zaman abonent tərəfin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azəriqaz İB-nin əməkdaşı X3 məhkəməyə bildirmişdir ki, o 2009-cu ildən bu vaxtədək Azərqaz İB-də çalışır. Hazırda Xəzər rayonu ərazisində xidmət göstərir. 2 il bundan əvvələ qədər Sabunçu rayonunda xidmət göstərmişdir. O Sabunçu rayonunda işləyən zaman qrup rəhbəri işləmişdir. O, İddiaçı tanıyır. Onun barəsində tərtib edilmiş aktlar zamanı o yalnızca birdəfə iştirak etmişdir. Və yalnız Afət xanımı birdəfə çağırmışlar. Ondan sonra vətəndaşın iştirakı onlar tərəfindən təmin edilməmişdir. Hər bir hada vətəndaş özü yaxşı bilir ki, o sayğacdan kənar qaz xəttindən istifadə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə ilk növbədə ilkin iddia tələbi üzrə xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar üzrə yazılmış cərimənin silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd edilən aktlar ilkin iddiaçı tərəfindən məhkəməyə təqdim edilsədə həmin aktlara əsasən hesablanmış qaz sərfiyyatına hesablanmış cərimə, abonentə məxsus saldoda müyyən edilmədiyindən yəni həmin aktlar əsasında ilk iddiaçıya cərimə hesablanmadığından ilk iddia tələbi həmin aktlara münasibətdə yazılmış cərimənin silinməsi hissəsində təmin edilə bilməz. Bundan başqa məhkəmə iclasında oda müəyyən edildi ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Lakin, məhkəmə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayır. Belə ki, abonent İddiaçı təbii qazdan qeyriqanuni istifadə etməsi nəticəsində iddiaçıya yalnız xx.xx.2021-ci il il tarixli, ******* nömrəli akt üzrə borc hesablanmalıdır. Qeyd olunan aktda itirilmiş qazın həcminin 3888 kubmetr olduğu müəyyyən olunmuşdur. 3888 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 388.8 manat edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli aktlarda bəzilərində aktın tərtib edilmə səbəbinin olmamasını, abonentin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alınmalı sözügedən aktlar üzrə yazılmış cərimə silinməlidir. Beləliklə, ilk iddia qismən təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında dəymiş ziyana görə 583.2 manat, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında dəymiş ziyana görə 489.6 manat, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında dəymiş ziyana görə 540 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında dəymiş ziyana görə 475.20 manat xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş ziyana görə 2177.28 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında dəymiş ziyana görə 362.88 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında dəymiş ziyana görə 1572.48 manat borc silinməli, qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında dəymiş ziyana görə 388.8 manat dəymiş zərərin əvəzi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında dəymiş ziyana görə 583.2 manat, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında dəymiş ziyana görə 489.6 manat, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında dəymiş ziyana görə 540 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında dəymiş ziyana görə 475.2 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş ziyana görə 2177.28 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında dəymiş ziyana görə 362.88 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında dəymiş ziyana görə 1572.48 manat cəmi 6200.64 (altı min iki yüz manat, almış dört qəpik) manat borc ilkin iddia üzrə İddiaçı məxsus olan **********00013 saylı abonent hesabdan silinsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında dəymiş ziyana görə hesablanmış 388.8 (üç yüz səksən səkkiz manat, səksən qəpik) manat borc qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh İB-nə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1603/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1603/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver