Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1612/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı kommunal (istismar) yığımı ödənişinin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanındakı çoxmənzilli yaşayış binasının daxilində yerləşən 812.0 kv.metr qeyri-yaşayış sahəsinə görə mənzil fondunun saxlanılması üçün istismar yığımı ilə bağlı yaranmış 2518.20 manat məbləğində qalıq borcun və ödənilmiş 45,20 manat dövlət rüsumunun həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh tutularaq Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Nizamnaməsinə əsasən öz xidməti ərazisində yerləşən dövlət fonduna aid çoxmənzilli yaşayış binalarının, eləcə də dövlət mənzil fondunun istismarını və qorunub saxlanılmasını həyata keçirir. Dövlət mənzil fondu dedikdə mülkiyyıt hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmuusu başa düşülür. İddiaçı üzərinə düşən funksiyanı həyata keçirərkən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq müddəalarına əsaslanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və Azərbaycan Respublikasının Tarif Şurasının bu sahədəki qərarlarının icrasını həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli, 40 saylı qərarı ilə mənzil haqqı, yaşayış binalarının (evlərin) daxilində yerləşən qeyri-yaşayış sahələrinin istifadəçiləri və mülkiyyətçiləri tərəfindən mənzil fondunun saxlanılması üçün istismar yığımının tarifləri müəyyən edilmişdir. Həmin Qərara edilmiş 3 nömrəli Əlavə ilə müəyyən edilmişdir ki, qeyri-yaşayış sahələri üzrə təsərrüfat hesablı müəssisələr, digər ticarət və kommersiya qurumları üçün-1 kv.metr ümümi sahə üçün 1 ayda-0,05 qəpik tarif müəyyən edilmişdir. İddiaçı xidməti ərazisinə daxil olan ünvan 2 ünvanındakı çoxmənzilli yaşayış binasının daxilində yerləşən 812.0 kv.metr qeyri yaşayış sahəsi Azərbaycan Pespublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Çıxarış”a əsasən cavabdeh-Cavabdeh mülkiyyətindədir. Adıçəkilən Qərarının icrasının zəruriliyi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdeh bu günə kimi edilmiş xəbərdarlıqlara məhəl qoymamış, mənzil fondunun saxlanılması üçün müəyyən edilmiş tariflərə görə hesablanmış və hal- hazıra yaranmış qalıq borc olan 2518.20 ( iki min beş yüz on səkkiz manat iyirmi qəpik) manat istismar yığımını ödəməmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 1 ünvanındakı çoxmənzilli yaşayış binasının daxilində yerləşən 709,0 kv.metr qeyri-yaşayış sahəsinə görə mənzil fondunun saxlanılması üçün istismar yığımı ilə bağlı yaranmış 2549.0 manat məbləğində qalıq borcun və ödənilmiş 45,20 manat dövlət rüsumunun həmin qeyri-yaşayəş sahəsinin mülkiyyətçisi olan cavabdeh- Cavabdeh tutularaq Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəə iclasında iştirak edən iddiaçının X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək qeyd etdi ki, o, qeyri-yaşayış sahəsini müxtəlif hüquqi və fiziki şəxslərə icarəyə vermişdir. Onlar mütəmadi olaraq borcu ödəyirlər. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşıdraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edlmişir). ünvan 1 ünvanındakı çoxmənzilli yaşayış binasının daxilində yerləşən 709,0 kv.metr qeyri-yaşayış sahəsi (650,7 kv metr və 58,3 kv metr) Cavabdeh mülkiyyətindədir (DƏDRX tərəfindən verilmiş ******* və ******* №-li Çıxarışlar). Azərbaycan Respublikasında “dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 mart 2000ci il tarixli, 40 saylı qərarı ilə mənzil haqqı, yaşayış binalarının (evlərin) daxilində yerləşən qeyri-yaşayış sahələrinin istifadəçiləri və mülkiyyətçiləri tərəfindən mənzil fondunun saxlanılması üçün istismar yığımının tarifləri müəyyən edilmişdir. Həmin Qərara edilmiş 3 nömrəli Əlavəyə əsasən qeyri-yaşayış sahələri üzrə təsərrüfat hesablı müəssisələr, digər ticarət və kommersiya qurumları üçün 1 kv.metr ümümi sahə üçün 1 ayda 0,05 qəpik tarif müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş cədvələ əsasən cavabdehin adıçəkilən qeyriyaşayış sahəsinə görə 2013-cü – 2021-ci illər üzrə hər ilə 260,40 və 205,40 manat, 2022ci il üçün 425,40 manat, cəmi 2549 manata borcu mövcuddur. Hazırda iddiaçı Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi həmin borcun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə məhkəmə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin adıçəkilən qərarının icrası qaydasında cavabdeh istismar yığımı ilə bağlı yaranmış borcunu ödəməlidir. Lakin, məhkəmə hesab edir ki, iddia müddəti tədbiq edilməklə yalnız son üç ilin borcu və 2022-ci ilin dörd ayının borcu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə hesab edir ki, hazırki öhdəliklər vaxtaşırı edilən öhdəliklərdir. İddia məhkəməyə 19.01.2022-ci il tarixdə verildiyindən, məhkəmə hesab edir ki, iddia son üç ilin 205,40 manat borcu, yəni 616,20 manat və 2022-ci ilin dörd ayının borcu, yəni 141,80 (425,40 manat : 12 ay = 35,45 manat x 4 ay), cəmi 758 manat (616,20 manat + 141,80 manat) hissədə təmin, iddia qalan hissədə rədd edilməlidir. Cavabdehin iddia müddətinin tədbiqi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanındakı çoxmənzilli yaşayış binasının daxilində yerləşən 709,0 kv.metr qeyri-yaşayış sahəsinə görə mənzil fondunun saxlanılması üçün istismar yığımı ilə bağlı yaranmış 758 manat məbləğində qalıq borcu və ödənilmiş 45,20 manat dövlət rüsumu həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh tutularaq Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1612/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1612/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver