Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1616/2024 07.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi Bakı şəhərində ev şəraitində xx.xx.2006-ci il tarixdə qız uşağı doğması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, onun Mustafayev Rizvan adlı şəxslə qeyrirəsmi nikahından xx.xx.2006-ci il tarixdə qızı Şəbnəm anadan olmuşdur. Uşaq Bakıda ev şəraitində doğulmuşdur. Mustafayev Rizvanla nikahları xx.xx.2013-cü il tarixdə rəsmiləşmişdir. Uşaq evdə doğulduğundan və ailədə olan müəyyən problemlərdən onlara vaxtında doğum haqqında şəhadətnamə ala bilməmişdir. Həmin vaxt təsadüfən tanış olduğu “Şəfiqə” adlı şəxs həmin sənədi düzəldəcəyini bildirmişdir. O, qısa müddət sonra qızının doğum haqqında əhadətnaməsini onlara təqdim etmişdir. Həmin sənəd əsasında qızlarına şəxsiyyət vəsiqəsi almışlar. Lakin şəxsiyyət vəsiqəsinin müddəti bitdiyindən onlar şəxsiyyət vəsiqəsini dəyişmək istədikdə onlara bildirilmişdir ki, doğum haqqında akt qeydi sistemində aşkar edilməmişdir. Yasamal rayon Qeydiyyat şöbəsinə təkrar doğum haqqında şəhadətnamə alması üçün müraciət etsə də ona doğum haqqında akt qeydinin aşkar olunmaması barədə arayış təqdim edildi. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 3-16-5/8-15-2/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə ərizəçinin qızı Şəbnəmin doğulması faktı məhkəmə qaydasında müəyyən edilməli olması ərizəçiyə izah edilmişdir. “Bakı Baş Səhiyyə Mərkəzi” X14 22 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli, 225 nömrəli arayışdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X3 22 saylı şəhər poliklinikasının uşaq şöbəsində qeydiyyatdadır. AZ-İ seriyalı 184696 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası X4, anası Ərizəçidır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsnin arayışından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X1 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş AZE seriyalı 11314508 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Mustafayeva Şəbnəm xx.xx.2006-cı ildə Bakı şəhərində anadna olmuş. X11, anası Ərizəçidir. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində dəvət edilmiş X10 ərizəçinin Binəqədi ərazisində ümumi yaşadığları həyətdə kiradə yaşadığları evində qonşu olduğunu bildirdi. Lamiyə həmin ünvanda kiradə qaldığını, o həmin vaxtı hamilə olduğunun, uşağın 2006-cı ilin dekabr ayında evdə doğulduğunu, uşağın doğulmasına o və əlavə iki qadın kömək etdiyini, uşağın cinsiyyətinin qız olduğunu bildirmişdir. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində dəvət edilmiş X6 ərizəçinin onun atasını uzağ qohumu olduğunu bildirdi. O hərdən rayondan şəhərə gələn zaman ərizəçinin Binəqədi rayonunda kirayədə yaşadığı evinə qonaq getdiyini bildirdi. O Ərizəçi Binəqədidə yaşadığı kiradəki evdə tək qaldığının, həmin vaxt onun hamilə olduğunu bildirdi. Bir dəfə təsadüfən 2006-ci ilin dekabr ayında o yenə Lamiyənin yaşadığı evədə qonaq olarkən Lamiyənin ağrısı tutduğunu bildirdi. Ağrısı tutan zaman o, və Lamiyənin həyət qonşularının köməyə gəldiyini uşağın doğumuna onlar kömək etdiyini bildirdi. Doğulan uşağın qız uşağı olduğunu bildirdi. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 6-cı hissəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 3-cü hissəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 2.6cı bəndinə əsasən bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin qaydanın 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədlər əsasında doğum qeydə alınmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Beləliklə məhkəmə araşdırılması zamanı hebələ şahidlərin vermiş olduğları izahatlarından da məlum olur ki, ərizəçi X2 Bakı şəhərində yaşadığı evdə xx.xx.2006-cı il tarixdə ev şəaritində bir qız uşağı doğmuşdur. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə müraciəti zamanı müəyyən olunmuşdur ki, xx.xx.2006-cı il təvəllüdlü X1 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərdiyindən ərizəçinin xx.xx.2006-cı il tarixdə bir qız uşağını doğması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Bakı şəhərində ev şəraitində xx.xx.2006-cı il tarixdə bir qız uşağı doğması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1616/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1616/2024
07.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver