Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1619/2021 13.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və akt əsasında əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və akt əsasında əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 30.08.2019-cu il tarixli, ******* saylı aktın ləğvi və həmin akt əsasında hesablanmış 486 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh nümayəndələri tərəfindən 12.09.2019-cu il tarixdə ünvan 1 ünvanında ona məxsus evdə X4 tərəfindən quraşdırılmış G-4markalı, 1502AZ**********94 saylı qaz sayğacına onun iştirakı olmadan baxış keçirilmişdir. Baxış zamanı sayğacın hesablanma mexanizmində 4-cü baraban oxunda sürüşüb göstəricinin tam oxunmaması barədə nümayəndələr tərəfindən ******* saylı akt tərtib edilərək, qeyd olunan ünvanda qaz xətti üzərində quraşdırılmış qaz sayğacı sökülərək, dövlət yoxlamasına aparılmışdır. Bundan sonra 30.08.2019-cu il tarixdə Cavabdeh nümayəndələri tərəfindən onun iştirakı olmadan ******* saylı akt tərtib edilərək, sayğacın klapanının işləməməsi barədə 486 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Eyni zamanda qeyd olunan sayğac dövlət yoxlamasından keçirilərkən "Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona heç bir rəsmi məlumat verilməmiş, xəbərdarlıq olunmamış və onun iştirakı təmin edilməmişdir. Müvafiq təlimata əsasən, Cavabdeh ərazi üzrə nümayəndələri tərəfindən qaz sayğaclarına hər ay baxış keçirilir və orada olan göstərici kompüter bazasına işlənilir. Buna görə də, həmin ayİar ərzində Cavabdeh tərəfindən təhkim edilmiş nəzarətçi tərəfindən həmin sayğacın 4-cü baraban oxundan sürüşüb göstəricinin tam oxunmaması görülməli idi. Bundan başqa, həmin ünvana sayğac 2015-ci ildə küçə qaz xətti üzərində quraşdırılmışdır. Həmin ünvana 2015-2019-cu illər ərzində hər ay karta pul vurularaq, təbii qazdan istifadə olunmuşdur. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsində yerləşən 23 saylı evlə yanaşı, başqa evləri də mövcud olduğundan, qeyd olunan ünvanda 2017-ci ilin dekabr ayından 2019-cu ilin aprel ayınadək yaşayış olmamışdır, ona görə də, həmin müddətdə həmin evdə təbii qazdan istifadə olunmamışdır. O, qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı yaşadığı ünvan 2 ünvanında 30.08.2019-cu il tarixdə Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilən zaman sayğacın hesablanma mexanizmində 4-cü barabanın oxundan sürüşdüyü və göstəricinin tam oxunmaması aşkar edilmiş, nəticədə ******* saylı akt tərtib edilmişdir. Cavabdehnə dəymiş ziyan hesablanaraq, ondan 486 manat cərimə tələb edilmişdir. Həmin akt iddiaçının iştirakı ilə tərtib edilmiş, lakin iddiaçı aktı imzalamaqdan imtina etmişdir. İstehlakçının özü tərəfindən qaz sayğacına müdaxilə olunduğundan, sayğacın klapanı işləməmişdir. Belə ki, abonentin saldosu adlı sənəddən görünür ki, İddiaçı qeyd olunan ünvanda təbii qazdan istifadə ilə bağlı 2017-ci ilin dekabr ayından 2019-cu ilin aprel ayınadək heç bir ödəniş etməmişdir. Cavabdeh bu halı həmin dövrdə qeyd olunan evdə yaşamaması ilə əlaqələndirsə də, iş materiallarına əlavə edilmiş müvafiq sənədlərdən də görünür ki, 2017-ci ilin dekabr ayından 2019-cu ilin aprel ayınadək olan dövr ərzində sudan və elektrik enerjisindən istifadə ilə əlaqədar, vergilər vaxtlı-vaxtında ödənilmişdir. Bu da həmin dövrdə ünvan 1 ünvanında yaşayış olduğunu göstərir. Həmin ünvanda yaşayış olmasına baxmayaraq, qaz sayğacının heç bir sərfiyyat qeydə almaması, təbii qazdan istifadə ilə əlaqədar borcun yaranmaması onu deməyə əsas verir ki, istehlakçı qəsdən sayğaca müdaxilə etmişdir. Ona görə də Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 30.08.2019-cu il tarixli, ******* saylı akt qanuni və əsaslıdır. O, qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 30.08.2019-cu il tarixli, ******* saylı aktının surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 4 ünvanında sayğaca baxış keçirilmiş, 1502AZ**********94 saylı qaz sayğacının hesablanma mexanizmində 4-cü barabanın oxundan sürüşdüyü və göstəricinin tam oxunmaması aşkar edilmişdir. İş materiallarında olan 30.08.2019-cu il tarixli Qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, müdaxilə nəticəsində 1502AZ**********94 saylı qaz sayğacının hesablanma mexanizmində 4-cü baraban oxundan sürüşmüş və göstərici tam oxunmur. Xətalar normadan artıqdır. İş materiallarında olan Cavabdehi tərəfindən verilmiş abonentin saldosundan abonent kodu **********20000 olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsi, ev 23 ünvanında 486 manat borcun yarandığı müəyyən olunur. Həmçinin həmin saldodan görünür ki, qeyd olunan ünvanda təbii qazdan istifadə ilə əlaqədar, 2017-ci ilin dekabr ayından 2019-cu ilin aprel ayınadək ödəniş edilməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş abunə haqqında saldodan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsi, ev 23 ünvanında elektrik enerjisindən istifadə ilə əlaqədar, 2017-ci ilin dekabr ayından 2019-cu ilin aprel ayınadək mütəmadi aylıq ödənişlər edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş abonent kartından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsi, ev 23 ünvanında 2017-ci ilin dekabr ayından 2019-cu ilin aprel ayınadək sudan istifadə ilə əlaqədar, mütəmadi aylıq ödənişlər edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək; 2.2.6-cı bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur. Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsi, ev 23 ünvanında 2015-2019-ci illər ərzində hər ay karta pul vurularaq, təbii qazdan istifadə olunduğunu qeyd etsə də, məhkəmə iclasında verdiyi izahatında həmin evlə yanaşı, başqa evləri də olduğunu, ona görə də həmin ünvanda 2017-ci ilin dekabr ayından 2019-cu ilin aprel ayınadək yaşayış olmadığından, təbii qazdan istifadə olunmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş abunə haqqında saldodan və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş abonent kartından da müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsi, ev 23 ünvanında elektrik enerjisindən və sudan istifadə ilə əlaqədar, 2017-ci ilin dekabr ayından 2019-cu ilin aprel ayınadək mütəmadi aylıq ödənişlər edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İddiaçının 2015-2019-cu illər ərzində həmin ünvanda hər ay karta pul vurularaq, təbii qazdan istifadə olunduğunu bildirməsi ilə, onun 2017-ci ilin dekabr ayından 2019-cu ilin aprel ayınadək həmin ünvanda ümumiyyətlə yaşayış olmadığından, təbii qazdan istifadə olunmadığını bildirməsi ziddiyyət təşkil etdiyindən, məhkəmə iddiaçının izahatına tənqidi yanaşaraq, onu mötəbər sübut kimi qəbul etmir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş abunə haqqında saldo və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş abonent kartı ilə cavabdehin nümayəndəsinin iddiaçının özü tərəfindən sayğaca müdaxilə olunması barədə bildirdikləri öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsi öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilsə də, iddiaçı öz tələbinin əsasını istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də, İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və akt əsasında əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73cü maddəsinin İ bəndinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və akt əsasında əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-1619/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1619/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver