Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1622/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi vəkil X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə və üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə və üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1988-ci ildə Ermənistandan qaçqın düşməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1969-cu ildə Ermənistan Respublikası, Kalinino rayonun, İlməzli kəndində doğulmuşdur. 1986-cı ildə İlməzli kənd sakini X12 ilə nikaha daxil olmuşdur. Bir müddət sonra Qarabağ mühaharibəsi başlamış və onlar doğma kəndlərini tərk edərək, qaçqın kimi Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozunda yaşayan yaxın qohumlarının evində məskunlaşıblar. Sonradan həyat yoldaşı sovxozdan adına torpaq sahəsi almış və onlar fərdi yaşayış evi tikmişlər. Hazırda həmin evdə yaşayırlar. 1988-ci ildə ailələri erməni təcavüzünə məruz qaldığından, həyatları üçün real təhlükə yaranmış, yaşadıqları evi bir anda tərk etdiklərindən rəsmi sənədlərini mənzildən qötürməyə macal tapmamışdır. Sonradan, evi tərk edərək təcili götürdükləri əşyaların içində, yalnız Doğum və Nikah haqqında Şəhadətnamələr aşkar etmişdir. Həyat yoldaşı X12 2014-cü ildə Ermənistandan qaçqın düşməsi faktının müəyyən edilməsi üçün Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə onun qaçqın olması fakt müəyyən edildikdən sonra, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən X10 Azərbaycan Respublikasının vətəndaşı olması barədə xx.xx.2015-ci il tarixli 1532 nömrəli arayış vermişdir. Həmin arayış əsasında X15 RPİ-dən şəxsiyyət vəsiqəsi almışdır. Lakin, ərizəçi savadsızlığından heç bir hərəkət etməmiş, qeydiyyata düşmək və sənəd əldə etmək üçün müvafiq dövlət orqanlarına müraciət etməmiş, bu günə kimi şəxsiyyət vasiqəsiz yaşamışdır. 2023-cü ildə şəxsiyyət vəsiqəsi almaq üçün “X4” Sabunçu Rayon Polis İdarəsinə təqdim etmiş, ona “X7” başqa dövlət tərəfindən verildiyi üçün onun həqiqətən də Azərbaycan Respublikasını vətəndaşı olması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən arayış verildikdən sonra, ona şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olması bildirilmişdir. Azərbaycan Respuiblikası Dövlət Miqrasiya Xidmətinə etmiş olduğu müraciətinə, xx.xx.2023-cu il 3-37/2-180xx-xx/2023 nömrəli cavab məktubu ilə, Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məskunlaşmasına dair təstiqedici sənəd təqdim edilməsi izah edilərək, arayış verməkdən imtina edilmişdir. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Qaçqınların və Məcbur Köçkünlərin işlər üzrə Dövlət Komitəsinə müraciət edərək, ona 1988-ci ildən Azərbaycan Respublikasında qaçqın kimi məskünlaşması barədə sənəd verilməsini xahiş etmişdir. Qaçqınların və Məcbur Köçkünlərin işlər üzrə Dövlət Komitəsi xx.xx.2023-cü il tarixli 3- 36/2-2676/2023-cü il tarixli məktubla qaçqın sənədi verilməsindən imtina edilərək, daimi qeydiyyatda oldğu yer üzrə İcra Hakimiyyətinə müraciət etmək məsləhət görülmüşdür. Halbuki, onun daimi qeydiyyat ünvanı yoxdur. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X5 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Qaçqınların və X6 üzrə Dövlət Komitəsi və üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadə verərək, onların 1989-cu ildə Ermənistandan gəldiklərini, ərizəçi 1990-c ildən burada yaşadığını, həm qonşu, həm də qohum olduqlarını, əvvəl Xanlarda qaldıqlarını, daha sonra Bakıya köçdüklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadə verərək bildirdirmişdir ki, ərizəçi qonşusudur, ərizəçini kənddən tanıyır, 30 ildir tanışdılar və hazırda Bakıda qonşusudur. Məhkəmə iclasında iştirak edən şahid X13 ərizəçi ilə eyni kənddən olduğunu, eyni zamanda qonşusu olduğunu və 1989-cu ildə Ermənistdan gəldiklərini bildirmişdir. Məhkəmə, şahid ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan ******* nömrəli X4n surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə Ermənistan Respublikası, Kalinino rayonun, İlməzli kəndində doğulmuşdur. İş materiallarından olan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-37/2-180xx-xx/2023 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.7-ci yarımbəndində şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surətinin (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənədin) əlavə olunması nəzərdə tutulur. Odur ki, qeyd olunan sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təqdim olunduqdan sonra xx.xx.1968-ci il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat davam etdirilə bilər. İş materiallarında olan Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli 3-36/2-2676/2023 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki,, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsində olan məlumata əsasən məktubda adı çəkilən vətəndaş - X3 haqqında məlumata rast gəlinmədi. Odur ki, vətəndaş barədə məlumat əldə etmək üçün onun daimi qeydiyyatda olduğu İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyyə edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəməyə məlumat ərizəsi ilə müraciət edərək, X1 ərizəsində sözügedən məsələnin DMX-nin səlahiyyətlərinə aid olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 2.4-cü və 2.9-cu bəndinə əsasən Komitənin vəzifələrinə qaçqınların və məcburi köçkünlərin miqrasiyasının tənzimlənməsində iştirak etmək və qanunvericiliklə müəyyən olunmuş qaydada və əsaslarla "qaçqın" və "məcburi köçkün" statusu verilməsi ilə bağlı müraciətlərə baxmaq və müvafiq qərarlar qəbul etmək daxildir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın düşən şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri birbaşa tanınsa da, digər qaçqınlar mütləq şəkildə Miqrasiya Məcəlləsinin müddəaları və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlığına qəbul ola bilərlər. Bununla yanaşı, onu da bildirmək istərdik ki, ərizə daimi yaşadığı ərazi üzrə yerli icra hakimiyyətinə müraciət etməklə 1988-ci il tarixdə qaçqın kimi məskunlaşdığına dair arayış təqdim olunmaqla onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin araşdırılması ilə əlaqədar icraat aparıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya X7yə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1988-ci ildə Ermənistandan qaçqın düşməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-1622/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1622/2024
29.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver