Məhkəmə qərarları › İş №2(008)-1627/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1627/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1627/2024 25.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus **********01990 saylı abonent koduna əsassız olaraq yazılmış 159.96 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, bir qaz istehlakçısı və abonent kimi Cavabdeh İB ilə bağlanmış qazın alqı-satqı müqaviləsinə əsasən Sabunçu rayonu Zabrat qəsəbəsi Nərimanov küçəsi ev 23 mənzil 199-da yerləşən yaşayış evi qazla təmin edilmişdir. xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə keçən gecə smart kart tipli sayğacı binanın blokundan oğurlanmışdır. Səhər-səhər nahara qalxan zaman qazın olmadığını hiss etmişlər. Sayğacın oğurlandığını bildikdən dərhal sonra polisə və Cavabdeh İB-nə müraciət etmişdir. Polisdən və Cavabdeh İB-dən sayğac yerinə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Qaz borusu bağlanmışdır. Bir neçə gün ərzində öz mənzilində qızdırıcı pliətələrdən istifadə etdikdən sonra xx.xx.2021-ci il tarixdə yeni ZENNER G4T SMART tipli smart kartla işləyən sayğac quraşdırılmışdır. Tərəfindən borc yaradan hər hansı digər hərəkət edilməmişdir. Cavabdeh İB tərəfindən maraqlı bir şəkildə həmin tarixə 1333 kub/metr qaz sərfıyyatı göstərilmiş və ona 159.96 manat borc yazılmışdır. Sayğac dəyişən gündən bu ilin dekabr ayınadək hər-hansı borcu olmamışdır. Borcun yaranma ehtimalı belə olmamışdır. Çünki qazın istehlak edildiyi sayğac tipi smart kart tipli olduğundan balansda pul olmadığı halda qazın işlədilməsi mümkün deyil. Yeni qoşulmuş ZENNER G4T SMART tipli sayğac da smart kartla işləyən sayğacdır. İkinci bir tərəfdən onun əvvəlki qaz sayğacı Nazirlər Kabinetinin standartlarına uyğun smart kart tipli qaz sayğacı olduğundan onun üzərinə hər hansı borc yığılması mümkün deyildir. Balans olmadığı halda qazın işlədilməsi mümkün deyildir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac oğurlanmış, bununla bağlı İddiaçı Cavabdeh İB-nə və Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nə müraciət etmişdir. PB-də aparılmış təhqiqat müddətində sayğac tapılmamış, həmçinin, sayğacın oğurlanması barədə Cavabdeh İB tərəfindən akt tərtib edilmişdir. Cavabdeh 2023-cü ilin avqust ayında akt əsasında iddiaçının abonent koduna 159.96 manat ziyan hesablamışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə 2023-cü ilin avqust ayında akt əsasında 159.96 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı G4 markalı **********8 nömrəli qaz sayğacının oğurlanması barədə Cavabdeh İB-nin rəhbərliyinə məlumat vermişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə yaşadığı evdə quraşdırılmış qaz sayğacının oğurlanması aşkar edilmişdir. Daxil olmuş ərizə “Cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabı”nda 291 nömrə ilə qeydə alınmışdır. Bununla əlaqədar aparılan ilkin təhqiqat araşdımasına baxmayaraq, araşdırma müddətində qeyd edilən sayğac tapılmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus **********8 nömrəli qaz sayğacı oğurlanmışdır. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac oğurlanmış, bununla bağlı İddiaçı Cavabdeh İB-nə və Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nə müraciət etmişdir. PB-də aparılmış təhqiqat müddətində sayğac tapılmamış, həmçinin, sayğacın oğurlanması barədə Cavabdeh İB tərəfindən akt tərtib edilmişdir. Cavabdeh 2023-cü ilin avqust ayında akt əsasında iddiaçının abonent koduna 159.96 manat ziyan hesablamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı mübahisədə ona dəymiş ziyanı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh dəymiş ziyana dair məhkəməyə sübut təqdim etməmişdir. Belə ki, abonent saldosunun qalıq və aktlar bölməsində 2023-cü ilin avqust ayında iddiaçının abonent koduna 159.96 manat borcun hesablanması qeyd edilsə də, həmin borcun yaranmasına əsas olmuş hallar (qaz sayğacına qanunsuz qoşulma və ya sayğacın yararsız olması) və buna dair sənədlər (akt, dəymiş ziyanın hesablanmasına dair tələbnamə və s.) məhkəməyə təqdim edilməmişdir. Həmçinin sayğacın oğurlanmasına görə hazırkı abonentin təqsirinin olması müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının abunə koduna 159.96 manat məbləğində borc (sayğacın dəyəri) əsassız olaraq hesablanmışdır və həmin borc silinməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********01990 saylı abunə koduna hesablanmış 159.96 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********01990 saylı abunə koduna hesablanmış 159,96 manat məbləğində borc silinsin. Cavabdehndən 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar