Məhkəmə qərarları › İş №2(008)-1628/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1628/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1628/2020 17.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X15, X5 və onun vəkili X10, X3 iştirakları ilə X6 və X11 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 və X11 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçı X12 48 000 manat, iddiaçı X8 12 700 manat alınaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh icarə müqaviləsi əsasında işlətdiyi Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 31 ünvanında yerləşən X4 aylıq faiz ödəmək şərti ilə xx.xx.2016-cı il tarixdə ümumilikdə 87.9 qram çəkidə, cəmi 5280 manat dəyərində qızıl-zinət əşyaları qəbul edib 1 800 manat, xx.xx.2016-cı il tarixdə ümumilikdə 34 qram çəkidə, cəmi 2040 manat dəyərində qızıl-zinət əşyaları qəbul edib 750 manat, xx.xx.2016-cı il tarixdə ümumilikdə 141,8 qram çəkidə, cəmi 8520 manat dəyərində qızıl-zinət əşyaları qəbul edib 3500 manat, xx.xx.2016-cı il tarixdə ümumilikdə 34,7 qram çəkidə, cəmi 2100 manat dəyərində qızıl-zinət əşyaları qəbul edib 900 manat, xx.xx.2016-cı il tarixdə ümumilikdə 93,4 qram çəkidə, cəmi 5580 manat dəyərində qızılzinət əşyaları qəbul edib 2800 manat, xx.xx.2016-cı il tarixdə ümumilikdə 125,2 qram çəkidə, cəmi 7500 manat dəyərində qızıl-zinət əşyaları qəbul edib 3500 manat, xx.xx.2016-cı il tarixdə ümumilikdə 94,9 qram çəkidə, cəmi 5700 manat dəyərində qızılzinət əşyaları qəbul edib 2800 manat, xx.xx.2016-cı il tarixdə ümumilikdə 59,3 qram çəkidə, cəmi 3540 manat dəyərində qızıl-zinət əşyaları qəbul edib 1600 manat və xx.xx.2016-cı il tarixdə ümumilikdə 128,9 qram çəkidə, cəmi 7740 manat dəyərində qızılzinət əşyaları qəbul edib 3400 manat nağd pul verərək onu aldatmış, nəticədə onun ümumilikdə 48 000 manat dəyərində qızıl-zinət əşyalarını girov adı ilə qəbul edib ona ziyan vurmaqla dələduzluq etmişdir. Eyni zamanda xx.xx.2016-cı il tarixdə Cavabdeh Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 31 ünvanında yerləşən X1 müxtəlif qızıl-zinət əşyalarını qəbul edərək 12 800 manat ziyan vurmuşdur. Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə hökm çıxarılmış, həmin hökmə əsasən Cavabdeh 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İstintaq və məhkəmə zamanı onlar mülki iddiaçı kimi tanınmadıqları üçün mulki icraat qaydasında məhkəməyə müraciət etməli olmuşlar. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı X16 və onun vəkili X19 iddianı müdafiə etdilər, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iddiaçı X11 iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əvvəllər keçirilən məhkəmə iclasında Cavabdeh iddia ərizəsində göstərilənlərlə razı olduğunu bildirsə də, həmin pulların onun tərəfindən deyil, başqa şəxsin tərəfindən mənimsənildiyini bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət törədilməsində təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Həmin hökmlə aşağıdakılar müəyyən edilmişdir: Cavabdeh təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə icarə müqaviləsi əsasında işlətdiyi Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 31 ünvanında yerləşən X4 aylıq faiz ödəmək şərti ilə xx.xx.2016-cı il tarixdə ümumilikdə 87.9 qram çəkidə, cəmi 5280 manat dəyərində qızıl-zinət əşyaları qəbul edib 1 800 manat, xx.xx.2016-cı il tarixdə ümumilikdə 34 qram çəkidə, cəmi 2040 manat dəyərində qızıl-zinət əşyaları qəbul edib 750 manat, xx.xx.2016-cı il tarixdə ümumilikdə 141,8 qram çəkidə, cəmi 8520 manat dəyərində qızıl-zinət əşyaları qəbul edib 3500 manat, xx.xx.2016-cı il tarixdə ümumilikdə 34,7 qram çəkidə, cəmi 2100 manat dəyərində qızıl-zinət əşyaları qəbul edib 900 manat, xx.xx.2016-cı il tarixdə ümumilikdə 93,4 qram çəkidə, cəmi 5580 manat dəyərində qızıl-zinət əşyaları qəbul edib 2800 manat, xx.xx.2016-cı il tarixdə ümumilikdə 125,2 qram çəkidə, cəmi 7500 manat dəyərində qızılzinət əşyaları qəbul edib 3500 manat, xx.xx.2016-cı il tarixdə ümumilikdə 94,9 qram çəkidə, cəmi 5700 manat dəyərində qızıl-zinət əşyaları qəbul edib 2800 manat, xx.xx.2016-cı il tarixdə ümumilikdə 59,3 qram çəkidə, cəmi 3540 manat dəyərində qızılzinət əşyaları qəbul edib 1600 manat və xx.xx.2016-cı il tarixdə ümumilikdə 128,9 qram çəkidə, cəmi 7740 manat dəyərində qızıl-zinət əşyaları qəbul edib 3400 manat nağd pul verərək onu aldadaraq, ümumilikdə 48 000 manat dəyərində qızıl-zinət əşyalarını girov adı ilə qəbul edib vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmiş, Rəhilə Abbasova faizləri ilə birlikdə cəmi 21 050 manat əsas borcu qaytarmaq istəyərkən, sonuncuya 48 000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Cavabdeh təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə icarə müqaviləsi əsasında işlətdiyi Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 31 ünvanında yerləşən X2 aylıq faiz ödəmək şərtilə xx.xx.2016-cı il tarixdə ümumilikdə 69,6 qram çəkidə, cəmi 3300 manat dəyərində qızılzinət əşyaları qəbul edib 1500 manat, xx.xx.2016-cı il tarixdə ümumilikdə 212,8 qram çəkidə, cəmi 9370 manat dəyərində qızıl-zinət əşyaları qəbul edib 5300 manat nağd pul verərək girov biletləri tərtib etməklə etibarını qazanıb bundan sui-istifadə etməklə aldadaraq ümumilikdə 12 700 manat dəyərində qızıl-zinət əşyalarını girov adı ilə qəbul edib vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmiş, İddiaçı2 faizləri ilə birlikdə cəmi 6800 manat əsas borcu qaytarmaq istəyərkən, sonuncuya 12 700 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hazırda iddiaçılar cavabdehdən iddiaçı X12 48 000 manatın, iddiaçı X8 12 700 manatın alınaraq ödənilməsini istəyirlər. Məhkəmə aşağıda qeyd olunan əsaslara görə iddia tələbinin qismən təmin olunması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», 21.2-ci maddəsinə əsasən «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür». Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, cavabdeh qanunsuz hərəkətləri nəticəsində iddiaçılara ziyan dəymişdir. Yuxarıda qeyd olunan hökmdən müəyyən olunur ki, iddiaçı X16 lombarda girov qoyduğu 48000 manat dəyirində qızıl- zinət əşyalarının əvəzində 21 050 manat, X11 isə lombarda girov qoyduğu 12 700 manat dəyirində qızıl - zinət əşyalarının əvəzində 6 800 manat məbləğində pul vəsaitini cavabdehdən qəbul etmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh 26 950 manat alınaraq iddiaçı X12, 5 900 manat alınaraq iddiaçı X8 ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh 26 950 manat alınaraq iddiaçı X12, 5 900 manat alınaraq iddiaçı X8 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ AZ 1102 Bakı şəhəri, A.Məhərrəmov küçəsi Tel: (012) 530-26-99, Faks: 433-00www.nasimicourt.gov.az Elektron ünvan İş № 2(006)-2595/2019 xx xxxxxx 2019cu il İddiaçı: X17 Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov 15, mənzil 8 Cavabdeh: X14 Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov 15, mənzil 32 Nəsimi Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli, 2(006)-2595/2019 saylı qətnaməni məlumat üçün Sizə göndərir. Qoşma: qətnamə - 04 (dörd) vərəq Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar