Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1631/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “mexaniki sayğacın smart-tipli sayğacla əvəz edilməsi və əsassız hesablanmış borc məbləğin hesab kodundan silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azəriqaz” İB-nə qarşı “mexaniki sayğacın smart-tipli sayğacla əvəz edilməsi və əsassız hesablanmış borc məbləğin hesab kodundan silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, E.Mehdiyev küçəsi, ev 16 a” (abonent kodu **********30000) mexaniki sayğacın smart-tipli sayğacla əvəz edilməsi və əsassız hesablanmış 156.50 manat məbləğin hesab kodundan (kod: **********30000) silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında Bakı şəhəri, E.Mehdiyev küçəsi, ev 16 a” (abonent kodu **********30000) ünvanına xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır və onun icazəsi olmadan smart-tipli sayğac mexaniki sayğacla əvəz edilmişdir. Lakin Cavabdeh tərəfindən Bakı şəhəri, E.Mehdiyev küçəsi, ev 16 a” ünvanına (abonent kodu **********30000) üzrə heç bir əsas olmadan vaxtında sayğacın 2023-cü il göstəriciləri sıfırlanmadığı üçün 2024-cü ildə limitdən əlavə 156.50 manat əsassız borc hesablanmışdır. Cavabdeh tərəfindən Bakı şəhəri, E.Mehdiyev küçəsi, ev 16 a” (abonent kodu **********30000) sayğacla bağlı əsassız hesablanmış 156.50 manat məbləğin hesab kodundan (kod: **********30000) silinməsi barədə qətnamə qəbul edilməsinin xahiş edir. Cavabdeh işçiləri tərəfindən qanusuzluqlara yol verilmişdir. Belə ki, mexaniki sayğacın smart-tipli sayğacla əvəz edilməsi nəticəsində onun qaz sərfiyyatını düzgün hesablanmır, artıq sərfıyyat gedir, bu da sayğacın nasaz olmasını göstərir. Sayğac dəyişdirilərkən Cavabdeh İB-yi tərəfindən ona heç bir rəsmi məlumat verilməmiş və onun icazəsi olmadan edilmişdir. Cavabdeh ‘"Azəriqaz” İB-yi tərəfindən mexaniki sayğacın smart-tipli sayğacla əvəz edilməsi qanunsuz və əsassızdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, qeyd edilən sayğac düzgün işləmədiyini, müxaniki sayğacın smart tipli sayğacla əvəz edilməli olmasını, sayğacın dəyişdirilməsi üçün bir neçə dəfə Azəriqa İB-nə ərizə yazsa da, dəyişdirilmədiyini, Azəriqaz İb-nin işçilərinin borc məbləğini müntəzəm olaraq təqdim etmədiyini, ayın 5-6-7 kimi tarixlərdə gəlməli olduğları halda gec gəldiklərini, limiti düzgün hesablamadıqlarını, 0.25 qəpikdən qaz sərfiyyatının məbləğini hesabladığını, bu səbəbdən də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, qeyd edilən borc məbləği sərfiyyat borcudur. İddiaçı qaz sərfiyyatının miqdarı çox qeyd edildiyini bildirsədə, bu hal mümkünsüzdür. Belə ki, itirilmiş qazın həcminə uyğun Tarif şurasının müəyyən etdiyi məbləğlərdə borc hesablanmışdır. Həmçinin bu hal iddiaçının əlavə etdiyi sənədlərdən də görünür ki, digər smart tipli sayğacla da eyni həcmində qaz sərfiyyatı olmuşdur. Bundan əlavə, sayğacın dəyişməsi üçün həmin sayğacda hər hansı bir nasazlıq olmadığından, istehlakçı dəyişilməli olan sayğacın dəyərini ödəməli olduğunu bildirmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğus istifadəçisi arasında 04-1672 nömrəli, xx.xx.2021-ci il tarixli qazın alqı-satqı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh İB ilə İddiaçı arasında müqaviləyə əsasən İstehlakçını keydiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ərizəsinin surətindən görünür ki, mexaniki sayğacın müasir tipli smarta kart sayğacı ilə dəyişilməsini xahiş etmişdir. **********30000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2023-cü ilin dekabr ayının sonu üçün 156.60 manat məbləğində sərfiyyat borcu mövcud olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı iddianın əsasları kimi istinad etdikləri hallarla bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələblərinin əsası kimi yalnız öz subyektiv mülahizələrinə istinad edir və iddia tələblərini təsdiq edən heç bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı sayğacda nasazlıq olduğunu, yazılmış debitor borcun sərfiyyata uyğun yazılmadığını qeyd etsə də, qeyd edilən sayğacda hər hansı bir nasazlığın olması sübuta yetirilməmiş eyni zamanda debitor borcun şişirdilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “mexaniki sayğacın smart-tipli sayğacla əvəz edilməsi və əsassız hesablanmış borc məbləğin hesab kodundan silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1631/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1631/2024
15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver