Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1634/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X2 qızının, İddiaçı iştirakları ilə İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi, cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehn tərəfindən ona (abonent kodu: **********00000) itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün əsassız yazılmış aktın ləğv edilməsi, 972 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Meyvə Tərəvəz sovxozu unvanında fərdi yaşayış evində yaşayır. Cavabdeh İB-nin əməkdaşları xx.xx.2018-ci il tarixdə onun yaşadığı fərdi yaşayış evinə quraşdırılmış Smart tipli G4 markalı 1202AQ**********7 zavod nömrəli qaz sayğacını sökərək yeni bir qaz sayğacı ilə əvəzlədilər. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib olunarkən, həmin əməkdaşlar M1-(218), M2-(1770) sayğac OFF salındı və kamera vasitəsi ilə baxış keçirildi, dəlik aşkar edildi kimi akt tərtib etdilər, şifahi olaraq isə ona cərimə olunacağını bildirdilər. O, həmin əməkdaşların tərtib etdiyi aktın düzgün tərtib olunmadığını, sayğac üzərində olan plombun məhz həmin əməkdaşlar tərəfindən həmin vaxt qırılaraq aktda qeyd olunduğunu, belə olduğu halda sayğacda hər hansı deşiyin olmasının onun günahından olmadığını bildirərək etiraz etmişdir. Onunla Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti arasında eyni tarixli müqaviləyə əsasən yaşadığı fərdi yaşayış evinə yeni Smart tipli G4 markalı 1802AZ**********70 nömrəli qaz sayğacı quraşdırılmış, o yeni quraşdırılmış sayğaca ödəniş kartı almaq məqsədi ilə Asan Kommunal Mərkəzinə müraciət etmiş və kart almışdır. Lakin karta pul yükləyərkən məlum olmuşdur ki,onun hazırda istifadəsində olan smart kart sayğacı bloklanıb. Bu barədə cavabdehlə əlaqə yaratmış, orada ona şifahi olaraq bildirilmişdir ki, köhnə sayğaca müdaxilə var və bu səbəbdən də 972 manat cərimə ödəməlidir. Cavabdeh İB-nin ******* №-li xx.xx.2018-ci il tarixli itirilmiş təbii qazın hesablanması komissiyasının vermiş olduğu aktda itirilmiş təbii qaza görə hesabatda orta günlük iş rejimi və hesabat müddəti 180 gün qəbul edilməklə hesablanmış məbləğin ödənilməsi öz əksini tapmışdır. Cavabdeh qaz sayğaclarına nəzarət komissiyasının və məişət qaz sayğaclarının yoxlanması lobaratoriyasının xx.xx.2018-ci il tarixli dövlət lobarator yoxlası haqqında tərtib olunmuş aktda ona aid olan hissədə qeyd olunub ki, sayğaca çıxış plastmas borusu deşilib və yivli birləşmələri korroziyaya uğramışdır. Sayğacın aşağı təzyiqdə keçən qazın həcmini qeydə almamasında, yaxud sayğacın klapanının deşik olmasında, yivli birləşmələri korroziyaya uğramasında vətəndaşın günahı nədir. Əksinə olaraq Cavabdeh vətəndaşla bağladığı müqavilə şərtlərinə əməl etməyərək qazı aşağı təzyiqlə verməklə vətəndaşa xeyli miqdarda maddi ziyan vurur. Həmçinin o, eyni orqanın tabeçiliyində olan lobarator yoxlamanının nəticələrinidə şübhə ilə yanaşır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. AzərbaycanRespublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən İddiaçı məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş və 1202AQ**********7 nömrəli zavod nömrəli sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin itirilmiş qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli hesabat akt üzrə itirilmiş qazın miqdarı 9720 m3 hesablanmışdır. "Cavabdeh" İB-nin qənaətinə görə ona 9720 m3 həcmində ziyan dəymiş və iddiaçıdan 972 manatın ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməli olduğu qənatinə gəlmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx xxx 2011-ci il tarixli № 80 nömrəli qərarının 3.1. maddəsinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi cavabdeh tərəf özü daşıdığından, habelə zədələnmiş qaz sayğaclarının təmir olunması, həmin dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, bununla da qaz sayğaclarının yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən İddiaçı Cavabdehnə qarşı 972 manat cərimənin silinməsi barədə iddia tələbi təmin edilməlidir. Cavabdeh orqan tərəfindən bu səryfiyyatı və məbləği əsaslandıran hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iddiaçı aktın ləğv edilməsini istəyir. Məhkəmə hesab edir ki, aktda əks olunanlar şübhə yaratmadığından, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh tərəfindən İddiaçı hesablanmış 972 manat məbləğində cərimə silinməli, iddia aktın ləğv edilməsi hissəsində rədd edilməlidir. Belə ki, aktda əks olunanlar həqiqəti əks etdirir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayjan Respublikasının Mülki Prosessual Məjəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış 972 manat məbləğində cərimə silinsin. İddia Cavabdehn tərəfindən tərtib olunmuş aktın ləğv edilməsi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1634/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1634/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver